Modern.az

Azərbaycan - İsveçrə oyununda yanğın

Azərbaycan - İsveçrə oyununda yanğın

15 Oktyabr 2019, 21:44

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası ilə İsveçrə yığması arasında baş tutan Avropa çempionatının seçmə mərhələ oyunu zamanı yanğın baş verib.

Modern.az  "Report"a istinadən xəbər verir ki, yanğın "Kapital Bank Arena"nın inzibati otaqlarından birində elektrik naqillərində olub.

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri dərhal yanğının qarşısını almağı bacarıblar.

Qeyd edək ki, bu, "Kapital Bank Arena"da ilk beynəlxalq rəsmi oyundur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...