Modern.az

Bakı Meriyası Milli Şuranın mitinqinə İCAZƏ VERDİ

Bakı Meriyası Milli Şuranın mitinqinə İCAZƏ VERDİ

16 Oktyabr 2019, 13:44

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətinə  cavab verib.

Modern.az xəbər verir ki,  mitinqin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi "Neftçi İdman Klubu"nun Qaradağ təlim - idman bazasında keçirilməsinə razılıq verilib.


Meriyadan mitinq təşkilatçılarına bildirilib ki, onların təklif etdiyi yerlərdə aksiya keçirmək məqbul sayılmayıb:

“Nəriman Nərimanov” stansiyasının qarşısındakı parkda toplanması ictimai təhlükəsizliyin təmin edilməsi baxımından çətinlik yaradar. Eyni zamanda Bakı Şəhər Baş Polis İdarəsindən Bakı Şəhər İcra Hakimiyyətinə daxil olan məktuba əsasən, sizin mitinq keçirilməsi üçün qeyd etdiyiniz ərazilərin nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi, həmçinin əhalinin daha sıx fəaliyyətdə olduğu metro çıxışları yaxınlığında olması toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinə problemlər yaradacağı, həmin ərazilərdəki ticarət, ictimai-iaşə, xidmət obyektlərinin iş ahənginə ciddi maneələr törədəcəyindən göstərilən yerlərdə mitinqin keçirilməsi insanların təhlükəsizliyinin təmin edilməsində çətinliklərin yaranmasına səbəb olacaq”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?