Arxiv
16 Oktyabr 2019, 14:39 | QARABAĞ
Həmsədrlər Qarabağa niyə gedir? – Konfliktoloq səbəbləri SADALADI

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ), həmçinin, ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik işğal altındakı Dağlıq Qarabağ torplaqlarına səfər ediblər. Həmsədrlər bu dəfə də ənənələrinə sadiq qalaraq, Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüb, danışıqlar aparıblar.

 

Minsk Qrupunun qondarma Dağlıq Qarabağ rejimi ilə münaqişənin üçüncü tərəfi kimi münasibət saxlaması bu dəfə də narazılığa səbəb olur. Azərbaycan beynəlxalq ictimaiyyət qarşısında dəfələrlə problemin Ermənistan-Azərbaycan arasında mövcud olduğunu diqqətə çatdırsa da, görünür ki, vasitəçilər qondarma Dağlıq Qarabağın tərəf kimi prosesə daxil edilməsində maraqlıdır.

 

Bəs Azərbaycan tərəfi həmsədrlərin bu yanaşmasına etiraz edə bilərmi?

Bu barədə Modern.az-a danışan konfliktoloq Əvəz Həsənov həmsədrlərin bununla bağlı balansı qorumalı olduğunu düşünür:

“Dağlıq Qarabağ münaqişəsi hazırda Ermənistan və Azərbaycan arasında davam edir. Bu baxımdan 1997-ci ildən indiyə qədər danışıqlar faktiki olaraq, iki ölkənin rəhbərliyinin iştirakı ilə aparılır. Amma həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi Dağlıq Qarabağdan olan icmaların maraqlarını inkar etməməlidirlər. Əksinə onların danışıqlar prosesinə verəcəkləri töhfə dəqiq ölçüb, biçilməlidir. Münaqişənin həllində irəliləyiş əldə etmək üçün onların dəstəyinə əsaslanmaq vacibdir. Ona görə həmsədrlərin Azərbaycan və Ermənistan ölkə başçıları ilə bərabər, Dağlıq Qarabağın azərbaycanlı və erməni icması ilə görüşməsi, onların mesajlarını alması normaldır. Vasitəçilər anlayırlar ki, danışıqların predmetinin Dağlıq Qarabağ əhalisi olduğunu inkar etmək mümkün deyil. Burada bir məsələ var. Qondarma hakimiyyət kimi Dağlıq Qarabağın erməni icmasını təmsil edən isə həmin “respublika”dır. Əgər Minsk Qrupu Dağlıq Qarabağda icma rəhbəri ilə görüşmək istəyirsə, bu icmanın rəhbəri kimi məhz Bako Saakyan təqdim edilirsə, kim risk edib, onun qarşısına keçəcək? Reallıq budur”.

 

Konfliktoloq Azərbaycanın qətiyyətlə etiraz etməli olduğu və buna hüququ çatan məsələləri də diqqətə çatdırıb:

“Minsk Qrupu Dağlıq Qarabağın azərbaycanlı icması ilə, məcburi köçkünlərlə görüşmədən, yalnız qondarma Dağlıq Qarabağ rəhbərliyi ilə müzakirə apararsa, birmənalı şəkildə etiraz etməliyik. Dağlıq Qarabağın qondarma rəhbərliyi ciddi dəyişiklik üçün hansısa addım atırsa, qanunsuz seçki keçirirsə, bununla bağlı beynəlxalq qurumlara müraciət etmək mütləqdir. Xüsusilə, işğal altındakı torpaqlarımızda Azərbaycan xalqına məxsusu mədəniyyət abidələrinin məhvi, restavrasiya adı ilə erməniləşdirilməsi qınanmalıdır. Bu kimi məsələlərlə bağlı etirazımızı ifadə etməliyik”.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qaladakı qəzada ölən bir ailənin dörd üzvü dəfn edilib - FOTO, VİDEO 21 Noyabr 2019, 22:46 Futbol Federasiyasının rəhbəri istefa verdi 21 Noyabr 2019, 22:29 İranda itkin düşən sabiq deputatın meyiti tapıldı 21 Noyabr 2019, 22:13 Biləcəridə 12 yaşlı qızı maşın vurdu 21 Noyabr 2019, 21:55 QHT-lərə xəbərdarlıq: Məlumatlandırma sessiyaları başlayır 21 Noyabr 2019, 21:39 Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində  - FOTO 21 Noyabr 2019, 21:17 “İmkan olacaqsa, Sumqayıt bulvarını genişləndirməliyik” - PREZİDENT 21 Noyabr 2019, 20:59 Bu yollarda sürət həddi endirildi 21 Noyabr 2019, 20:44 İlham Əliyev AXC-Müsavat dövründən danışdı: “Yalvarırdılar, mən bunun şahidiyəm” 21 Noyabr 2019, 20:29 Dadaş Dadaşlinskidən Elxan Məmmədova atmaca - VİDEO 21 Noyabr 2019, 20:16 “Erməni millətçiləri Sumqayıt şəhərinə qara yaxmaq, ləkə vurmaq istəyirlər”  - İlham Əliyev, YENİLƏNİB     21 Noyabr 2019, 20:00 Bakıda əcnəbi vətəndaşın pulunu kirayə qaldığı apardılar 21 Noyabr 2019, 19:55 Ağcabədidə toy karvanında qəza olub, ölən və yaralananlar var – FOTO 21 Noyabr 2019, 19:47 Ermənistan Futbol Federasiyasının sədri istefa verib 21 Noyabr 2019, 19:24 Prezident Ədliyyə Nazirliyinin əməkdaşlarına ali rütbələr verdi - SƏRƏNCAM 21 Noyabr 2019, 19:05 Rəsmi Bakı Paşinyana CAVAB VERDİ: “Öz xalqını aldatmaq cəhdidir” 21 Noyabr 2019, 18:53 İsrail Prezidenti Knessetə üç həftə vaxt verdi 21 Noyabr 2019, 18:42 Oqtay Əsədov: “Rusiya ilə yüksək siyasi dialoq iqtisadi sahəyə də təsir göstərir” 21 Noyabr 2019, 18:29 “Real” Maurisio Poçettinonu baş məşqçi gətirmək istəyir 21 Noyabr 2019, 18:18 “Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar formatını tərəflər müəyyənləşdirməlidir 21 Noyabr 2019, 18:10 Yevda Abramov xəstəxanaya yerləşdirildi 21 Noyabr 2019, 17:53 Mehriban Əliyeva Rusiya Prezidenti ilə görüşəcək 21 Noyabr 2019, 17:38 Azərbaycanın yeni Ombudsmanı bu üç nəfərdən biri olacaq - ADLAR 21 Noyabr 2019, 17:37 Bakıda “Porsche Cayenne”nin sürücüsü yolu kəsdi - Tıxac yaratdı - VİDEO 21 Noyabr 2019, 17:29 İlham Əliyev 70 yaşlı deputatla bağlı sərəncam verdi 21 Noyabr 2019, 17:22 İctimai Nəzarət Şuralarının Forumu keçirilsin – Jurnalist təşkilatından TƏKLİF 21 Noyabr 2019, 17:15 Kürəkəni Sarkisyana 20 milyon dollarlıq hədiyyə edib 21 Noyabr 2019, 17:09 İlham Əliyev Daxili İşlər nazirini qəbul etdi 21 Noyabr 2019, 17:03 Macarıstanın məşhur caz ifaçısı Bakıda: “Bu, sanki odun üstünə neft tökməyə bənzəyirdi” - MÜSAHİBƏ 21 Noyabr 2019, 16:58 BDU-dan ölən və zəhərlənən tələbələrlə bağlı AÇIQLAMA 21 Noyabr 2019, 16:56 Sumqayıtda 100 binanın təmiri üçün 6 milyon manat ayrıldı 21 Noyabr 2019, 16:44 BDU-nun zəhərlənən tələbələrinin FOTOSU 21 Noyabr 2019, 16:37 “Mehriban Əliyevanın Rusiyaya səfəri diplomatiyamız üçün böyük əhəmiyyət kəsb edir” - Deputat 21 Noyabr 2019, 16:32 Əli Həsənov Ata Abdullayevi QINADI: “Azərbaycan hakimiyyəti o günə qalmayıb ki, belə səviyyəsiz...” 21 Noyabr 2019, 16:25 Bu şəxslərə prezidentin fərdi təqaüdü veriləcək - SƏRƏNCAM 21 Noyabr 2019, 16:24