Arxiv
16 Oktyabr 2019, 16:40 | TƏHSİL
Şagirdlər niyə sinifdə saxlanılır? - “Uşaqlar “2” aldıqda valideynləri çağırıb deyirlər ki...”

Dünən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda ötən dərs ilində 4000-dən çox şagirdin sinifdə saxlanıldığına etiraz edib:

 

“Hansı dövrdə yaşayırıq ki, oxuyub yaza bilməyən şagird sinifdə saxlanılsın. Axı məktəbin əlində müxtəlif imkanlar var ki, həmin uşağa vaxtında təhsil öyrətsin. Ötən dərs ilində daxil olan şikayətlər təhlil olunarkən məlum oldu ki, bu məsələnin arxasında bir çox subyektiv yanaşmalar durur. Şagird əsas fənlərdən qiymət alır, amma musiqi və digər yaradıcı fənlərdən 2 alır. Ümumiyyətlə, təlim tədris prosesinə mane olan, çətin tərbiyə edilən uşaqlar var. Lakin oxumayan şagirdi bir il də geri saldıqda nolur?!".

 

Modern.az məsələnin mahiyyətini öyrənməyə çalışıb. Bakının Nərimanov rayonu 45 saylı məktəbin direktoru  Nəcibə Axundova saytımıza açıqlamasında bildirib ki,  şagirdin sinifdə saxlanılması halları proqramı mənimsəmədikdə baş verir:

 

“Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva haqlı olaraq bu barədə fikirlərini əsaslandırıb. Əvvəla, şagirdin sinifdə saxlanılmasının səbəbini tapmaq lazımdır. Şagird dərs prosesini yaxşı mənimsəyə bilmədikdə belə hallar olur. Bunun üçün müəllim əlavə dərs məşğələləri təşkil etməli, şagirdlə dərsdən əlavə məşğul olmalıdır. Bu məsələdə müəllim və məktəb direktoru bir arada fəaliyyət göstərməlidir ki, şagird heç olmasa 3 ala bilsin. Burada müəllimlərin də üzərinə məsuliyyət düşür. Çünki müəllim elə etməlidir ki, şagird ona təqdim edilən proqramı mənimsəyə bilsin”.

 

Məktəb direktoru vurğulayıb ki,  şagirdin sinifdə saxlanılması son məqamdır:

 

“İlkin olaraq uşağın 2 qeyri-kafi qiymətləri varsa və illik qeyri-kafi qiymət alırsa həmin şagird yay tapşırıqlarını əldə edir və payız  imtahanına saxlanılır. Payız imtahanını verəndən sonra sinifdən-sinfə keçirilir. Yay dövründə neçə şagirdin  tədris ilkini başa vurub və növbəti tədris ilinə keçə bilməsi ilə bağlı məsələlər pedaqoji şurada mütləq müzakirə olunur. 3 fəndən qeyri-müvəffəq qiymət alan şagird yay tapşırığı alır. Ancaq 5 və daha çox fəndən qeyri-müvəffəq qiymət alan şagirdə yay tapşırığı verilmir və payız imtahanına getmir”.

Nəcibə Axundova qeyd edib ki, rəhbərlik etdiyi məktəbdə belə hallar olmur:

 

“Proqramı mənimsəməyən şagird ona görə sinifdə saxlanılır ki, təkrar mənimsəsin. Ancaq bizim məktəbdə şagirdlər sinifdə saxlanılmır. Əsasən yay tapşırıqlarını hazırlayıb payız imtahanını verir və növbəti sinfə keçir”.

 

Nəcibə Axundova qeyd edib ki, rəhbərlik etdiyi məktəbdə belə hallar olmur:

“Proqramı mənimsəməyən şagird ona görə sinifdə saxlanılır ki, təkrar mənimsəsin. Ancaq bizim məktəbdə şagirdlər sinifdə saxlanılmır. Əsasən yay tapşırıqlarını hazırlayıb payız imtahanını verir və növbəti sinfə keçir”.

 

Təhsil eksperti Etibar Əliyev isə düşünür ki, bu məsələdə müəllimin məsuliyyəti daha çoxdur:

 

“4000-dən çox şagirdin sinifdə qalması kiçik rəqəm deyil. Düşünürəm ki, şagirdləri oxutmaq lazımdır. Bu məsələdə müəllim məsuliyyətli olmalıdır. Sinifdə qalan şagirdlərin sayının çox olmasında repetitorların da təsiri var. Heç birimizə sirr deyil ki, bir çox şagirdlər müəllimlərin keçdiyi musiqi, rəsm kimi qeyri-əsas  fənlərə etinasız yanaşırlar. Bu da doğru yanaşma deyil”.

 

Təhsil ekspertinin sözlərinə görə, bu gün məktəblərimizi epidemiya bürüyüb:

 

“Şagirdlər hər hansı fəndən 2 aldıqda valideynləri çağırıb deyirlər ki, “gəlin uşağınızı məktəbdən aparın”. Bu da çox pis haldır. Nəyin bahasına olursa-olsun şagirdləri məktəbdə oxutmaq lazımdır. Uşaqlar ibtidai təhsildən orta təhsil pilləsinə gəlib çatıblarsa, elementar formada fənlərin mənimsədilməsində müəllimlər məsuliyyət daşıyırlar. Hesab edirəm ki, bu da  ciddi məsələdir. XXI əsrin müəllimi Sovet dövrü müəllimindən fərqli müəllim olmalıdır. Çünki informasiya cəmiyyətində yaşayırıq. İnformasiya cəmiyyətində yaşadığımızdan istənilən anda şagirdin hər hansı davranışına görə valideynlə ünsiyyət qurmaq imkanına malikdirlər. Düşünürəm ki, bu, şagirdlərin məsuliyyətindən daha çox məktəbin məsuliyyətidir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Qarabağ"dan  növbəti qələbə 22 Yanvar 2020, 21:01 İlham Əliyev Davosda Gürcüstanın Baş Naziri ilə görüşdü 22 Yanvar 2020, 20:51 8 saylı Binəqədi I seçki dairəsi seçicilərinin elektron kabineti işə düşdü - FOTOLAR 22 Yanvar 2020, 20:36 Kürdəmirlilər Əhliman Əmiraslanovu dəstəklədi - FOTO 22 Yanvar 2020, 20:18 Azərbaycan sularında gəmilərin hərəkəti üçün heç bir təhlükə yoxdur 22 Yanvar 2020, 20:06 Goranboyda 2 avtomobil toqquşdu - FOTO 22 Yanvar 2020, 19:53 İlham Əliyev BP-nin baş icraçı direktoru ilə görüşdü 22 Yanvar 2020, 19:35 İqbal Məmmədov şəhid anasını ziyarət edib - FOTO 22 Yanvar 2020, 19:30 Naftalanın icra başçısı səyyar qəbul keçirib 22 Yanvar 2020, 19:21 Əbüfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri ilə görüşüb 22 Yanvar 2020, 19:15 DİN işçi axtarır - boyu 180 santimetrdən hündür, idman cüssəli... 22 Yanvar 2020, 19:09 Bakıda 8 prokurorluq əməkdaşı CƏZALANDIRILDI 22 Yanvar 2020, 18:49 Ceyhun Məmmədov məcburi köçkünlərin evində olub - FOTO 22 Yanvar 2020, 18:40 Sumqayıt İcra Hakimiyyətindən “Bu şəhərdə”yə: “Onlar haradan bilə bilərlər ki, məktuba baxılmayıb?” 22 Yanvar 2020, 18:33 Musa Qasımlı şəhid ailələrinin evində olub - FOTO 22 Yanvar 2020, 18:25 İqbal Məmmədovun görüşündə gənclər fəallıqla iştirak ediblər - FOTO 22 Yanvar 2020, 18:18 Hava kəskin dəyişəcək - Nazirlik əhaliyə ÇAĞIRIŞ ETDİ 22 Yanvar 2020, 18:10 Fəzail Ağamalının parlamentdəki çıxışlarından fraqmentlər - VİDEO 22 Yanvar 2020, 18:03 Deputatlığa namizədlərin sayı 1479 oldu 22 Yanvar 2020, 18:00 Musa Quliyev vətəndaş cəmiyyətinin nümayədələri ilə görüşüb - FOTO   22 Yanvar 2020, 17:54 Cavanşir Paşazadə şəhid ailəsinin evində - FOTOLAR 22 Yanvar 2020, 17:48 Rauf Əliyev seçicilərlə görüşdü - FOTO 22 Yanvar 2020, 17:42 İcra Hakimiyyəti “Bu şəhərdə”yə konsert keçirməyə icazə vermədi 22 Yanvar 2020, 17:36 Azərbaycan və Monqolustan prezidentləri görüşüblər 22 Yanvar 2020, 17:30 İlham Əliyev Polşa prezidenti ilə görüşüb 22 Yanvar 2020, 17:23 Ekspertdən İpoteka və Kredit Zəmanət Fonduna: “9 milyon manatlıq elektron sistem niyə işləmir?” 22 Yanvar 2020, 17:16 Vilayət Eyvazov kollegiya iclası keçirdi - “Qarşıda çox mühüm vəzifələr durur” 22 Yanvar 2020, 17:09 Yeni məktəbli formalarının təsvirləri təqdim OLUNDU 22 Yanvar 2020, 17:02 Pensiya artan insanların sayı - RƏQƏMLƏR  22 Yanvar 2020, 16:56 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı - TARİXLƏR 22 Yanvar 2020, 16:50 Seçkiyə müdaxilə etmədiyinə görə işdən çıxarıldığı deyilən icra nümayəndəsi Modern.az-a DANIŞDI 22 Yanvar 2020, 16:43 Qaradağda məslunlaşmış məcburi köçkünlərdən Mahir Abbaszadəyə dəstək 22 Yanvar 2020, 16:36 Cavanşir Paşazadə Həzi Aslanovun ev muzeyində olub - FOTOLAR 22 Yanvar 2020, 16:30 İlham Əliyev: “Prezident Administrasiyasında yeni insanlar lazımdır”  22 Yanvar 2020, 16:24 Konstitusiya Məhkəməsinin sədrinin telefonu dinlənilir 22 Yanvar 2020, 16:17
SORĞU Yeni parlamentdə kimlər olsun?