Arxiv
16 Oktyabr 2019, 16:59 | AKTUAL
2020-ci il üçün əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb

 

Əmək miqrasiyası kvotasının müəyyən edilməsi üçün təkliflərin hazırlanması və bu sahədəki işin əlaqələndirilməsi məqsədi ilə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə aidiyyəti qurumların nümayəndələrindən ibarət tərkibdə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclasda Komissiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində respublikamızda dayanıqlı xarakter alan inkişaf prosesləri, sosial ödənişlərin artırılması sahəsində atılan mühüm addımlar ölkəmizin əmək bazarının əmək miqrantları üçün cəlbediciliyini də artırıb. Hər il üçün əmək miqrasiyası kvotası üzrə təkliflər də ölkəmizin iqtisadi inkişaf tendensiyaları, əmək bazarı ilə bağlı məlumatlar təhlil edilməklə, mövcud  əmək ehtiyatları və işçi qüvvəsinə tələbat nəzərə alınmaqla hazırlanır. 

 

Nazir qeyd edib ki, bu zaman vakansiyaların ilk növbədə müvafiq peşə hazırlığına, əmək bacarıqlarına malik olan yerli işçi qüvvəsi üçün istifadə olunması prinsipi üstünlük təşkil edir. Yerli işçi qüvvəsinin iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, işçi qüvvəsinə olan ehtiyacların yerli əmək ehtiyatları hesabına təmin edilməsi imkanı, habelə müvafiq iş sahələrinə yüksəkixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsi zəruriliyi kimi amillər əsasında kvota üzrə təkliflərin hazırlanması həyata keçirilir.

 

S.Babayev aidiyyəti dövlət orqanlarından daxil olan məlumatlar əsasında icmal hazırlandığını, müzakirə üçün Komissiya üzvlərinə təqdim olunduğunu deyib. 

 

İclasda 2020-ci il üçün əmək miqrasiyası kvotası üzrə təkliflərlə bağlı geniş müzakirələr aparılıb. 2020-ci il üçün əmək miqrasiyası kvotasına dair təkliflərin baxılmaq üçün Nazirlər Kabinetinə təqdim olunması qərara alınıb.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin 2016-cı  il 14 mart tarixli 124 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”na əsasən, əmək miqrasiyası kvotası - təqvim ili ərzində Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları nəzərdə tutulan əcnəbilərin sayının son həddidır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident tapşırığı: “Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur” 13 Noyabr 2019, 15:53 İcra başçısı məktəbliləri yola saldı - FOTO 13 Noyabr 2019, 15:48 Gəncədə narkobaron saxlanılıb 13 Noyabr 2019, 15:40 Mehriban Əliyeva şəhid ailəsinin əlindən alınan evi özünə qaytardı  13 Noyabr 2019, 15:27 Naqif Həmzəyev: 2020-ci ilin büdcəsi əhalinin rifah halına hesablanıb 13 Noyabr 2019, 15:20 İcra başçısı yerli məmurlara tapşırıq verdi - FOTO 13 Noyabr 2019, 15:13 İcbari tibbi sığorta Bakı və Sumqayıta şamil edilməyəcək? - Rəsmi AÇIQLAMA 13 Noyabr 2019, 15:06 Vaqif Əsədov xəstəxanaya yerləşdirildi 13 Noyabr 2019, 15:04 Dünyanın ən zəngin azərbaycanlısı 6 gündə 600 milyon dollar GERİLƏDİ 13 Noyabr 2019, 14:57 Prezident İranın nümayəndə heyətini qəbul edib - YENİLƏNƏCƏK   13 Noyabr 2019, 14:49 İlham Əliyev rusiyalı rəsmiləri qəbul edib 13 Noyabr 2019, 14:42 BMU-nun rektoru beynəlxalq şirkətin nümayəndələri ilə görüşüb   13 Noyabr 2019, 14:36 Vitse-spikerdən tələbə yataqxanaları ilə bağlı - TƏKLİF 13 Noyabr 2019, 14:30 Ramiz Mehdiyev AMEA-da islahatlara başlayır 13 Noyabr 2019, 14:23 Azərbaycan-Uels oyununu bu məşhur hakim idarə edəcək 13 Noyabr 2019, 14:16 Prezident nə istəyir? 13 Noyabr 2019, 14:10 AFFA bu klubları cərimələdi - SİYAHI 13 Noyabr 2019, 14:07 Nazir Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərini ELAN ETDİ 13 Noyabr 2019, 13:53 Sahil Babayev İşsizlikdən Sığorta Fondunun büdcəsindən DANIŞDI 13 Noyabr 2019, 13:50 Nazir müavini Ucarda dərs prosesini izləyib - FOTOLAR 13 Noyabr 2019, 13:47 Qarabağ separatçılarına qadın başçılıq edə bilər – FOTO 13 Noyabr 2019, 13:45 Cəlil Məmmədquluzadənin nəticəsi Azərbaycana gəlir - İLK DƏFƏ 13 Noyabr 2019, 13:38 Zahid Orucdan hökumətə ÇAĞIRIŞ:  Deputat bəzi məmurları “ZƏLİ” adlandırdı 13 Noyabr 2019, 13:35 Elmi impact məqalələrə görə Azərbaycan dünyada 92-ci yerdədir 13 Noyabr 2019, 13:27 Gələn ilin büdcə layihəsi I oxunuşda qəbul edildi 13 Noyabr 2019, 13:19 Sabahın hava proqnozu AÇIQLANDI 13 Noyabr 2019, 13:15 Qarabağın azərbaycanlı icmasından Lavrovun qalmaqallı fikirlərinə REAKSİYA 13 Noyabr 2019, 13:07 Rusiyalı deputat bu hərəkətinə görə ermənilər tərəfindən hədələnir - FOTO 13 Noyabr 2019, 13:00 Rafael Cəbrayılov rəsmən məhkəmə qarşısına çıxır 13 Noyabr 2019, 12:59 Deputat elektromobilləri bütün rüsumlardan azad etməyə ÇAĞIRDI 13 Noyabr 2019, 12:56 Sosial şəbəkələrdə narkotik satan dəstənin üzvü tutulub 13 Noyabr 2019, 12:51 ATƏT Tərtərdə monitorinq keçirdi 13 Noyabr 2019, 12:49 “Real”dan “PSJ”-yə Mbappe üçün fantastik transfer TƏKLİFİ 13 Noyabr 2019, 12:44 Oqtay Əsədov deputatlara XƏBƏRDARLIQ ETDİ 13 Noyabr 2019, 12:36 Deputat maliyyə amnistisiyası TƏKLİF ETDİ 13 Noyabr 2019, 12:30