Arxiv
16 Oktyabr 2019, 18:44 | AKTUAL
Azərbaycan bu təşkilata üzv qəbul edildi

Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişafa Yardım Komitəsində (DAC) iştirakçı (participant) statusu əldə edib.

 

Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, ölkəmiz OECD/DAC ilə 2015-ci ildən etibarən əməkdaşlıq edir və Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) tərəfindən aparılan iş nəticəsində Azərbaycan bu mötəbər qurumda artıq iştirakçı olaraq təmsil olunur.


"OECD/DAC inkişafa dəstək sahəsində başlıca donor dövlətlər və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın effektivliyinin artırılması məqsədilə yaradılmış ən nüfuzlu beynəlxalq qurumdur. Komitənin üzvləri sırasında 30 donor dövlət təmsil olunur, eyni zamanda, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və BMT-nin İnkişaf Proqramı onun fəaliyyətində müşahidəçi statusunda iştirak edir. Qeyd edək ki, Azərbaycan MDB daxilində OECD/DAC-da bu statusda təmsil olunan yeganə ölkədir. Hal-hazırda Azərbaycanla yanaşı, təşkilatın iclaslarında cəmi 6 ölkə iştirakçı statusunda təmsil olunur (Bolqarıstan, Küveyt, Qətər, Rumıniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri).

 

AIDA tərəfindən 2016-cı ildən etibarən hər il təşkilata təqdim olunan Azərbaycanın Rəsmi İnkişafa Yardımı (Official Development Assistance/ODA) üzrə hesabat OECD tərəfindən nəşr olunan İnkişaf üzrə Əməkdaşlıq Hesabatında əks olunur və bu da ölkəmizin digər aparıcı dövlətlər ilə birlikdə beynəlxalq səviyyədə donor dövləti kimi nüfuzunun daha da möhkəmlənməsinə səbəb olur. OECD/DAC iclaslarında iştirakçı statusunda təmsil olunmaq donorlar ailəsinin yeni üzvünə çevrilmiş Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da artmasına, ölkəmiz tərəfindən həyata keçirilən donor fəaliyyətinin səmərəliliyinin artırılmasına və yeni siyasi tərəfdaşlıqların əldə edilməsinə xidmət edəcəkdir.

 

Ölkəmizin yüksək statusda – iştirakçı olaraq dünyanın aparıcı və ən yüksək iqtisadi göstəricilərə malik olan ölkələri birləşdirən bu mötəbər qurumda təmsil olunması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin iqtisadi və siyasi yüksəlişinin bariz nümunəsidir", - XİN-dən bildirilib. 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan atəşkəsi 22 dəfə pozub 21 Noyabr 2019, 09:36 Bakıda avtobus qəzası: 6 nəfər xəsarət aldı 21 Noyabr 2019, 09:29 Çoxuşaqlı müğənnilər - Xuraman, Elnarə, Gülyanaq və digərləri...   21 Noyabr 2019, 09:21 Bir şəklin tarixçəsi: İsa Qəmbərlə Məzahir Pənahovun “Seçki DUELİ” 21 Noyabr 2019, 08:37 Azərbaycanda ipoteka kreditləri: Kənarda qalanlar, güzəşt olunanlar... 21 Noyabr 2019, 08:29 Fərid Şəfiyev: Dağlıq Qarabağ ermənilərin son arzusu deyil 21 Noyabr 2019, 08:25 Yeni Azərbaycan Partiyası 27 yaşına çatdı 21 Noyabr 2019, 08:18 Manatın bugünkü MƏZƏNNƏSİ 21 Noyabr 2019, 08:16 Sürücülər üçün dünyanın ən arzuolunmaz şəhəri 21 Noyabr 2019, 00:48 "WhatsApp"da boşluq aradan qaldırıldı 21 Noyabr 2019, 00:30 Soçidə 6 hektar meşə yanıb kül oldu 21 Noyabr 2019, 00:13 Samuxda qaz sızmasından partlayış  20 Noyabr 2019, 23:53 Azərbaycan nefti ucuzlaşıb 20 Noyabr 2019, 23:37 Bakıda "Qoşa çinar" restoranı yandı 20 Noyabr 2019, 23:19 Naxçıvanda qanunsuz yaşayan 36 əcnəbi aşkarlanıb 20 Noyabr 2019, 22:59 Azərbaycana gələnlərin sayı artdı - SƏBƏB 20 Noyabr 2019, 22:43 Bu ölkənin Azərbaycana 7 milyon dollar borcu var 20 Noyabr 2019, 22:24 İrandan ABŞ-a etiraz notası 20 Noyabr 2019, 22:11 "Kürdlərin geri çəkilməsi prosesi başa çatıb" - Lavrov 20 Noyabr 2019, 21:58 Kürdəmirdə ağr qəza: Ölən və yaralanan var 20 Noyabr 2019, 21:42 Bərdədən Bakıya ziyarətgaha gələn ruhi xəstə qadın itkin düşdü 20 Noyabr 2019, 21:31 QDİƏT-in iclasında erməni təxribatının qarşısı alındı 20 Noyabr 2019, 21:14 Qarakənd üzərində vertalyotu kim vurdu? - Hadisə yerinə ilk çatan jurnalist DANIŞDI 20 Noyabr 2019, 21:07 AFFA-ya sərt tənqid: Futbolu 23 il əvvələ qaytardınız - VİDEO 20 Noyabr 2019, 20:49 "Rusiya ilə Azərbaycan qarşılıqlı əlaqələrini genişləndirir" - Valentina Matviyenko 20 Noyabr 2019, 20:29 QHT Şurası 18 dövlət orqanı ilə birgə müsabiqə elan etdi 20 Noyabr 2019, 20:16 Gəncədə daha bir qadın itkin düşdü 20 Noyabr 2019, 20:01 Dünyanın ən yaxşı pasportları açıqlandı - Azərbaycan 100-lüyə düşmədi 20 Noyabr 2019, 19:59 İrəvanda etiraz aksiyası keçirilir 20 Noyabr 2019, 19:56 “Ölkəyə gətirilən ərzaq məhsullarının tərkibi əsil xəstəlik mənbəyidir” - Deputat həyəcan təbili çaldı 20 Noyabr 2019, 19:41 Hindistan səfiri Aslan Aslanovla görüşüb 20 Noyabr 2019, 19:30 Rəsulzadə və Nuru Paşanın birgə rəsmi olan avro çap olundu - FOTO 20 Noyabr 2019, 19:16 Van Damm heykəlinə görə Azərbaycana təşəkkür etdi - FOTO 20 Noyabr 2019, 18:49 Prezident tanınmış jurnalistə fəxri ad verdi 20 Noyabr 2019, 18:30 Mehriban Əliyeva Rusiyaya səfər edib 20 Noyabr 2019, 18:25