Modern.az

“Sanksiya ritorikaları 70 illik NATO alyans ruhu ilə uyğun gəlmir” - Türk ordusundan ETİRAZ

“Sanksiya ritorikaları 70 illik NATO alyans ruhu ilə uyğun gəlmir” - Türk ordusundan ETİRAZ

17 Oktyabr 2019, 17:54

“Barış pınarı” hərəkatı planlaşdırdığı şəkildə uğurla davam edir”.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

“Hərəkatda ölkəmizin, sərhədlərimizin və xalqımızın qorunması əsasdır. Ölkəmizə qarşı sanksiya ritorikaları 70 illik NATO alyans ruhu ilə uyğun gəlmir.

Terror təşkilatı PKK/YPG-nin təhlükəsiz bölgədən kənara çıxarılması zəruridir. DEAŞ-la mübarizə də fasiləsiz davam edəcəkdir. Suriyalı qardaşlarımızın təhlükəsiz və könüllü şəkildə öz evlərinə və torpaqlarına qayıtmalarının təmin edilməsi hədəfimizdir”, - deyə Milli Müdafiə Nazirliyi bəyan edib.

 

T.İSMAYIL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir