Modern.az

Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilir  

Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilir  

17 Oktyabr 2019, 17:56

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında enerji infrastrukturunun mühafizəsi üzrə Hərbi Dəniz Qüvvələrinin (HDQ) taktiki təlimi keçirilir.

 

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, gəmi taktiki qruplarının qarşılıqlı fəaliyyətdə döyüş əməliyyatlarının planlaşdırılması və aparılması məsələlərinin işlənilməsi üzrə keçirilən təlimin məqsədi gəmi birləşmələri tərkibində birgə fəaliyyətin təşkilidir.

 

Təlimdə qüvvələrin idarəolunması üzrə komandirlərin və qərargahların bacarıqları təkmilləşdirilir, gəmi birləşmələrinin döyüş tapşırıqlarının yerinə yetirilməsi hazırlıqları yoxlanılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hafiz Hacıyev CANLIDA skandal adlar çəkir - Bu şəxslər həbs olunacaq