Modern.az

El-Klasiko təxirə salınıb

El-Klasiko təxirə salınıb

Aktual

18 Oktyabr 2019, 00:46

İspaniya La Liqasında X turun "Barselona" - "Real Madrid" matçı oktyabrın 26-dan dekabrın 18-nə təxirə salınıb.

Modern.az  "Report"a istinadən  xəbər verir ki, bu barədə qərarı ötən gün yarışların keçirilməsi üzrə komitə qəbul edib.

Səbəb kimi Kataloniya paytaxtındakı etiraz və çaxnaşmalar göstərilib. Görüşün başlama saatı yaxın vaxtlarda müəyyənləşəcək.

Qeyd edək ki, "Barselona" etiraz aksiyaları üzündən artıq bəzi çətinliklər yaşayıb. La Liqada "Eybar"la növbəti matça komanda avtobusla yollanacaq. Hazırda "Real Madrid" 18 xalla birinci, "Barselona" 16 xalla 2-ci pillədədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi