Modern.az

Azərbaycanda bələdiyyə seçkilərinin tarixi rəsmən ELAN OLNDU

Azərbaycanda bələdiyyə seçkilərinin tarixi rəsmən ELAN OLNDU

Aktual

18 Oktyabr 2019, 16:33

Mərkəzi Seçki Komissiyası(MSK) növbəti bələdiyyə seçkiləri ilə bağlı qərar verib.

Modern.az xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında qəbul olunan qərara əsaən, bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.

Sonra "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı" təsdiq edilib.

Bələdiyyə seçkilərində vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK-nın nəzdində ekspert qrupunun yaradılmasına qərar verilib.

İclasda daha sonra imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrup yaradılıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub