Arxiv
19 Oktyabr 2019, 15:28 | AKTUAL
Azərbaycan hərbi xərclərini kəskin artırdı – “Müharibəyə hazır olmalıyıq”

2020-ci il üçün Azərbaycan Respublikasın müdafiə və milli təhlükəsizlik xərclərinə 3 milyad 853 milyon 600 min manat vəsait nəzərdə tutulub. Gələn il üçün proqnozlaşdırılan müdafiə xərcləri 2019-cu illə müqayisədə 20,9 faiz, yaxud 666 milyon manat çoxdur.

 

Bəs görəsən hərbi müdafiə xərclərinin artması ölkədə müharibənin başlamasına zəmin yaradacaqmı?

 

Məsələ ilə bağlı  Millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Modern.az-a açıqlamasında bildirib:

“Nə qədər ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayıb, hər zaman müharibənin başlaması məsələsi gündəmdə qalacaqdır. Düşünmürəm ki, bu dəfəki büdcə artımı Azərbaycanın müharibəyə başlayacağına bir işarə olsun. Çünki hər zaman Azərbaycan büdcəsində dinamik olaraq, hərbi xərclər artır.Ordunun texniki təchizatı və  kadr resursları yaxşılaşdırılır. İşğalda olan bir ölkənin hərbi xərclərini artırması təbii bir hal hesab etmək olar. Ancaq hazırkı vəziyyətdə xüsusi bir məna axtarmaq da düzgün deyil. Biz bilirik ki, Azərbaycan ordusu dünyanın ən güclü orduları siyahısındadı və öz ərazi bütövlüyünü bərpa etməyə qadirdir. Bunu dost və düşmən də çox yaxşı bilir”.

 

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi, ehtiyatda olan polkovnik Şair Ramaldanov isə hərbi xərclərin artırılmasını sosial təyinatlı xərclər olduğunu qeyd edib:

“Azərbaycan müharibə şəraitindədir, hər zaman da müharibəyə hazırdır. Öz torpaqlarını azad etməkdən ötrü, ərazi bütövlüyünün bərpası  üçün , gündəlik döyüş hazırlığını yüksəldir. Bütün bu hazırlıqlar bir istiqamətə yönəlir ki, müharibə ilə də olsa öz torpaqlarını geri qaytarsın. O ki, qaldı büdcənin artırılmasına, mən deməzdim ki,  bu dəqiqə müharibəyə hazırlaşır. Azərbaycan 50 ən güclü silahlı qüvvələr olan dövlətlərin içərisində özünəməxsus yer tutub. Ölkənin hazırda güclü ordusu və texnikası var. Biz bunları  keçirilən təlimlərdə də görürük. Yəqin ki, hansısa bir sazişlər var ki, daha müasir silahların alınmasına təlabatın olduğuna zəmin yaradır. Hərbi xərclərin də kifayət qədər artması bu zərurətdən yaranır ”.

 

Hərbi ekspert bu xərclərin artırılması, döyüş hazırlığını yüksəltmək üçün bir təkan rolunu oynadığını düşünür:

“Kadr potensialı hazırlığını daha da keyfiyyətli etmək üçün nəzərdə tutulub. Köhnə silahlar yenilənir və müasir silahların alınması isə müəyyən xərc tələb edir. Hər hansı bir dövlətin hərbi xərcləri artırsa, bu onun iqtisadi potensialının artmasının göstəricisidir. Çünki dövlətin iqtisadi potensialı artırsa, öz silahlı qüvvələrinin büdcəsini artırmağa imkan verir. Ancaq bu ona əsas vermir ki, sabah müharibə olacaq. Öz ordusunu və texnikasını yeniləməlidir ki, müharibə də olanda qələbə qazana bilsin”.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
AHİK İcraiyyə Komitəsinin növbəti iclası keçirilib 28 Yanvar 2021, 17:14 Azərbaycan “quş qripi”nə görə riskli ölkələr sırasındadır 28 Yanvar 2021, 17:08 Darxan Kıdırəli Qırğızıstanın yeni prezidentinin andiçməsində... 28 Yanvar 2021, 17:02 Yoluxma azaldı - 8 nəfər öldü 28 Yanvar 2021, 16:56 Ziya Məmmədovun qardaşına yeni vəzifə verildi 28 Yanvar 2021, 16:50 Tərtərdə traktorçu MİNAYA DÜŞDÜ 28 Yanvar 2021, 16:45 Yerevanda Paşinyanın istefası tələbilə aksiya keçirilir 28 Yanvar 2021, 16:40 Diaspora Dəstək Fondu təlimlərə başlayır 28 Yanvar 2021, 16:36 Bakıda daha bir erməni terrorçuya cinayət işi açıldı 28 Yanvar 2021, 16:30 YAP “Vahid Rusiya” Partiyasına ETİRAZ ETDİ 28 Yanvar 2021, 16:24 Türkiyəli deputatlar Ermənistanın ərazi iddiasına GÜLDÜLƏR 28 Yanvar 2021, 16:18 İctimaiyyət nümayəndələri Qaradağdakı şəhid məzarlığına getdilər - AÇIQLAMA 28 Yanvar 2021, 16:12 Publisist Ənvər Börüsoy vəfat etdi 28 Yanvar 2021, 16:06 Konstitusiyasında ərazi iddiası olan ÖLKƏLƏR 28 Yanvar 2021, 16:00 Babək prospektində piyadanı maşın vurub 28 Yanvar 2021, 15:55 Yeniyetmə qıza təcavüz edən polis işdən QOVULDU 28 Yanvar 2021, 15:49 İspaniyalı jurnalistin Qarabağ XATİRƏLƏRİ: “Azərbaycan artilleriyası yaşayış yerlərini vurmurdu” 28 Yanvar 2021, 15:43 UNEC tələbələri beynəlxalq yarışın finalına vəsiqə qazanıblar 28 Yanvar 2021, 15:39 Navalnının qardaşı da həbs olundu 28 Yanvar 2021, 15:34 Karantini pozan dönərxana aşkalandı 28 Yanvar 2021, 15:28 Türk ordusu suriyalı uşaqlara hədiyyələr payladı - FOTO 28 Yanvar 2021, 15:23 Dilçilik institutunda qalmaqal - “Qaynar xətt”i BƏRPA ETDİLƏR 28 Yanvar 2021, 15:17 Səfir: “Koçaryanla Sarkisyan küçəyə 100 min nəfər çıxara bilsəydi, Paşinyanı tarixin zibilliyinə atardı...” 28 Yanvar 2021, 15:11 Navalnı məhkəməyə videokonfransla qoşuldu 28 Yanvar 2021, 15:07 Vilayət Eyvazov Xalq artistinin həyat yoldaşını işdən çıxardı - FOTO 28 Yanvar 2021, 15:02 Bakıda universitetdə tələbələrin təhsil haqqını mənimsədilər 28 Yanvar 2021, 14:56 Bakıda bu yolda yeni işıqor quraşdırıldı 28 Yanvar 2021, 14:50 Xəzər quruyacaq? - Alimdən  AÇIQLAMA  28 Yanvar 2021, 14:44 Qanunsuz valyuta dəyişən şəxs tutuldu  28 Yanvar 2021, 14:38 Serj Sarkisyan koronavirusa yoluxub 28 Yanvar 2021, 14:32 Şəhid ailələrinə xidmət üçün təlim  28 Yanvar 2021, 14:26 Mağazalarda ödəniş üçün daha bank kartlarına da gərək qalmadı 28 Yanvar 2021, 14:22 Yanacaqdoldurma məntəqələrinə xəbərdarlıq 28 Yanvar 2021, 14:16 Tərtərdə traktor minaya DÜŞDÜ 28 Yanvar 2021, 14:10 Qarabağ işçi qrupunun GÜNDƏLİYİ 28 Yanvar 2021, 14:04