Modern.az

Azərbaycanlı deputatdan AÇIQLAMA: “Saakaşvili Gürcüstana piyada gələsi deyil ki?”

Azərbaycanlı deputatdan AÇIQLAMA: “Saakaşvili Gürcüstana piyada gələsi deyil ki?”

21 Oktyabr 2019, 13:29

“Mixail Saakaşvilinin  tez-tez Gürcüstana gələcəyini deməsi, amma bunu gerçəkləşdirə bilməməsinin səbəbləri var. O “gələcəm” deyirsə, seçki öncəsi mütləq buna çalışır. Çünki gərək Gürcüstan hökuməti buna icazə versin. Yoxsa o,  piyada gələsi deyil ki!”.


Bu fikirləri Modern.az-a Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Azər Süleymanov eks-prezident M.Saakaşvilinin Gürcüstana gəlməsi ilə bağlı verdiyi vədlərin yalan çıxmasına münasibət bildirərkən deyib.

 


“Hər dəfə “gəlirəm” deyən kimi,  Gürcüstan  hökuməti onun gəlməməsi üçün min cür əngəl törədir. Saakaşvili də bəyan edir ki, “icazə verin, Gürcüstana gəlim və qanun qarşısında bütün sualları cavablandırım”. Hər halda, Saakaşvilinin Gürcüstana gəlməsi komandasına stimul verəcək”,- deyə azərbaycanlı deputat əlavə edib.

 

Azər Süleymanovun sözlərinə görə, Saakaşvilinin 2020-ci ildə Gürcüstana gəlməsi gerçək ola bilər:

“2020-ci ilin parlament seçkilərində bugünkü hakimiyyət müxalifətdə qalacaq və böyük ehtimalla Saakaşvili Gürcüstana gələcək. Saakaşvili hazırda Gürcüstana gəlsə belə, hansısa vəzifəni tuta bilməz. Bunun üçün mütləq Gürcüstan vətəndaşlığını almalıdır”.

Parlamentari bildirib ki, Saakaşvili  Ukrayna siyasi dairəsində də  böyük nüfuz sahibidir:

“Ukraynanın siyasi həyatında Saakaşvili çox aktivdir. Hər gün Ukrayna televiziyalarında yayımlanan tok-şoularda çıxış edir. Birbaşa Ukrayna prezidenti ilə sıx əlaqələri mövcuddur. Odessa şəhərində siyasətlə məşğul olur. Bir neçə ay Odessada qubernator olsa da qısa vaxt ərzində insanların fikirlərini belə dəyişə bildi. Həmçinin, 2020-ci ildə Ukraynada mer seçkiləri keçiriləcək və Saakaşvili mer seçkiləri uğrunda da ciddi mübarizəyə qoşulacaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir