Arxiv
21 Oktyabr 2019, 20:47 | ÖLKƏ
Əli Həsənov işdən çıxmaq ərizəsi yazıb: “71 yaşınız var və gənc kadrlara yer vermək üçün yaxşı nümunə göstərirsiniz”  - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib.

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev deyib: Hörmətli Əli müəllim, bu gün siz mənim ünvanıma ərizə yazmısınız. Ərizədə tutduğunuz vəzifədən azad olunmağınızı xahiş edirsiniz. İstərdim ki, sizə ölkəmizin inkişafına verdiyiniz töhfələrə görə təşəkkürümü bildirim. Siz uzun illərdir ki, Azərbaycanın hərtərəfli inkişafında fəal rol oynayırsınız. Ulu öndər Heydər Əliyev tərəfindən irəli çəkilmisiniz, hələ sovet dövründə onun qərarı ilə yüksək vəzifələrə təyin olunmusunuz, müstəqillik dövründə 21 ildir ki, Baş Nazirin müavini vəzifəsində çalışırsınız, son 16 il ərzində mənim rəhbərliyimlə. Əlbəttə, sizə olan yüksək etimad onu göstərir ki, tutduğunuz vəzifələrdə işin öhdəsindən şərəflə gəlmisiniz. Ancaq, əlbəttə, həyat yerində durmur, yeni Baş Nazir təyin edilib, Nazirlər Kabineti qarşısında yeni vəzifələr qoyulub. Bir də ki, siz pensiya yaşına çatmısınız, 71 yaşınız var və əlbəttə, gənc kadrlara yer vermək üçün hesab edirəm ki, siz yaxşı nümunə göstərirsiniz. Ümid edirəm ki, iqtidar komandasında təmsil olunan digər yoldaşlara da bu, yaxşı bir örnək olacaqdır. Eyni zamanda, siz ictimai-siyasi həyatda fəal rol oynayırsınız və mənim tövsiyəmlə Yeni Azərbaycan Partiyası sizi sədrin müavini vəzifəsinə layiq görübdür. Bu, həm mənim tərəfimdən, eyni zamanda, partiya üzvləri tərəfindən sizin fəaliyyətinizə verilən yüksək qiymətdir və böyük etimaddır. Əminəm ki, siz komandanın etibarlı üzvü kimi bundan sonra da fəaliyyət göstərəcəksiniz. Hesab edirəm ki, partiya işində fəallığa daha böyük ehtiyac var. Mənim göstərişimlə Yeni Azərbaycan Partiyasının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində əlavə addımlar atılmalıdır. Son vaxtlar siz bu sahəyə daha fəal qoşulmusunuz və bölgələrə səfərlər edirsiniz. Mənə göndərdiyiniz arayışlarda bölgələrdə mövcud vəziyyətlə bağlı məlumatlar və görüləcək işlər haqqında təkliflər verirsiniz.

Mən bir daha sizin uzun illər Azərbaycan naminə gördüyünüz işlərə görə təşəkkürümü bildirirəm. Əmin olduğumu bildirirəm ki, siz gələcəkdə ölkəmizin ictimai-siyasi həyatında öz sözünüzü deyəcəksiniz.

Əli Həsənov: Çox sağ olun, möhtərəm cənab Prezident. Məni qəbul etdiyiniz üçün Sizə dərin təşəkkürümü bildirirəm. Həqiqətən, mən 51 illik fəaliyyətim dövründə 20 il ulu öndər Heydər Əliyevin, son 16 ildə isə Sizin rəhbərliyiniz altında çalışmışam. İndi ünvanıma dediyiniz sözlər mənim üçün ən böyük qiymətdir. İnsan üçün bundan böyük nə ola bilər?! Ümumiyyətlə, 20 il Ulu Öndərin, 16 il ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin, - hansı ki, bu gün dünya prezidentləri arasında öz layiqli yerini tutub və onun heç əvəzi də yoxdur, - rəhbərliyi altında çalışasan və belə bir Prezidentdən bu cür qiymət almaq, hansı ki, Siz sadaladınız, insana bundan böyük nə lazımdır?! Ulu Öndərimizin və Sizin rəhbərliyiniz altında işləmək mənim ən böyük qazancım olub. Ömrümün axırınacan Əliyevçiyəm və Əliyevçi də olaraq qalacağam. Ölkə Prezidentinin bir vəzifəli şəxs haqqında bu cür sözlər söyləməsindən, onun gördüyü işlərə bu cür qiymət verməsindən yaxşı nə ola bilər?!

Prezident İlham Əliyev: Siz buna layiqsiniz, Əli müəllim, mən bunları tam səmimi deyirəm. Əlbəttə ki, gündəlik formatda Prezidentdən daha çox tənqidi fikirlər səslənir, bu da təbiidir. Amma mən hər bir adamın, hər bir vəzifəli şəxsin fəaliyyətini obyektiv qiymətləndirirəm və sizin ünvanınıza dediyim sözlər tam həqiqətə uyğundur.

Əli Həsənov: O da Sizin böyüklüyünüzdür, bir daha nümayiş etdirirsiniz ki, Siz həqiqətən hər bir Azərbaycan vətəndaşının qarantısınız. Mən də Azərbaycan vətəndaşıyam və bunu bir daha nümayiş etdirirsiniz. Siz bütün sahələrdə islahatlar aparmısınız. Bəli, gənclərə yol verilməlidir. Bəli, ulu öndər Heydər Əliyev də bu addımları atırdı. Ulu öndər Heydər Əliyevin siyasəti bu gün tam davam edir bütün istiqamətlərdə. Nə əldə etmişiksə, təbii ki, onun hamısının kökündə, əsasında ulu öndər Heydər Əliyevin siyasəti durur. Allaha çox şükürlər olsun ki, Siz də bunu çox böyük ləyaqətlə, çox böyük bacarıqla həyata keçirirsiniz. Bu gün Siz Azərbaycanı dünyaya tanıtdırırsınız. Götürək, Mehriban xanımın işlərini. Mehriban xanım ən yüksək keyfiyyətə, humanistlik keyfiyyətinə, ən yüksək siyasi keyfiyyətə malik bir xanımdır. Mehriban xanım Azərbaycan xanımını dünya xanımları sırasında ən yüksək zirvəyə qaldırdı. Sizin sayənizdə bu gün bütün dünya Azərbaycandan danışır. Bunu necə görməmək olar? O müxalifətdəkilər aldıqları vəsaiti doğrultmaq, onları silmək üçün canfəşanlıq edirlər, ağızlarına gələni danışırlar. Bütün Azərbaycan ictimaiyyəti belə qeyri-obyektiv məsələlərə qarşı münasibət bildirməlidir, hər kəs mövqeyini bildirməlidir.

Məni bu gün qəbul etdiyinizə, ünvanıma bu cür xoş sözlər dediyinizə görə Sizə bir daha təşəkkür edirəm. Necə ki, Ulu Öndərin gördüyü işlərin əyani nəticələri indi daha aydın görünür, Sizin də gördüyünüz işlərin nəticələri hər il, 10 il, 50 il bundan sonra daha aydın görünəcəkdir. Ona görə bir daha Sizə təşəkkür edirəm. Sağ olun.

Prezident İlham Əliyev: Sağ olun, Əli müəllim.

 

***

 

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 21-də Baş Nazirinin müavini Əli Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"BƏƏ Azərbaycana 2 milyard dollar investisiya yatırıb" - Mikayıl Cabbarov 12 Noyabr 2019, 22:23 Trampla Makron Suriya barədə razılaşdı 12 Noyabr 2019, 22:06 Professor gənc sevgilisinə 4 güllə vurdu 12 Noyabr 2019, 21:48 Rusiya Ebola əleyhinə peyvənd istehsalına başladı 12 Noyabr 2019, 21:31 Bir həftə əvvəl azadlığa çıxan jurnalist həbs edildi 12 Noyabr 2019, 21:14 Ağstafa sakini bıçaqlandı 12 Noyabr 2019, 21:00 Leyla Əliyeva növbəti həyətin açılışında - FOTO 12 Noyabr 2019, 20:46 Azərbaycan ilə BƏƏ arasında ticarət dövriyyəsi 22,56 faiz artıb 12 Noyabr 2019, 20:31 Dövlətə xəyanətdə təqsirləndirilən Fəxrəddin Abbasovun məhkəməsi başlayır 12 Noyabr 2019, 20:16 Lənkəranda 59 yaşlı ruhi xəstə itkin düşdü 12 Noyabr 2019, 20:10 “Dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisə təqdim olunmalıdır” 12 Noyabr 2019, 19:59 “Tədricən bu göstəricilərdən uzaqlaşmalıyıq” – Vüqar Gülməmmədov 12 Noyabr 2019, 19:37 İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edib - YENİLƏNİB 12 Noyabr 2019, 19:21 YAP Qarabağ müharibəsi əlilinə ev tikəcək 12 Noyabr 2019, 19:13 Saxlanılan müsavatçılar sərbəst buraxıldı 12 Noyabr 2019, 18:59 Prezident “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyi təsdiq etdi 12 Noyabr 2019, 18:46 Nazir müavini bu rayonların təhsil işçiləri ilə görüşüb 12 Noyabr 2019, 18:34 “Nar” Göyçayda keçirilən festivalı abunəçiləri ilə birgə qeyd etdi 12 Noyabr 2019, 18:26 “Müraciətlərinin ən peşəkar araşdırmaçısı məhz hüquqşünaslar ola bilər” - Əli Hüseynli 12 Noyabr 2019, 18:14 Qarabağda erməni minaya düşdü 12 Noyabr 2019, 18:08 Müğənni Vüqar Muradovun evindən oğurlanan 3500 manat geri alındı 12 Noyabr 2019, 18:07 “Heydər Əliyev və Azərbaycan tarixi” yarışına rekord sayda komanda qatıldı 12 Noyabr 2019, 17:56 Arif Hacılı sərbəst buraxıldı 12 Noyabr 2019, 17:45 Baş redaktorun ailəsinə ağır itki üz verib 12 Noyabr 2019, 17:34 Deputat: “Hər il əmək bazarına 100 mindən çox işçi qüvvəsi daxil olur” 12 Noyabr 2019, 17:29 İncəsənət Gimnaziyasının şagirdləri beynəlxalq müsabiqədə uğur qazanıblar - FOTO 12 Noyabr 2019, 17:25 Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib - FOTO 12 Noyabr 2019, 17:22 Manat sabah hansı məzənnədə olacaq? 12 Noyabr 2019, 17:20 ABŞ Rusiya və Çinlə kosmik müharibəyə hazırlaşır 12 Noyabr 2019, 17:14 Daha 32 Qarabağ əlili və şəhid ailəsinə ev verildi - FOTO 12 Noyabr 2019, 17:13 Yeni yaradılan saytın baş redaktoru: “Ümid edirik ki, əngəllər olmayacaq” 12 Noyabr 2019, 17:06 Azərbaycan Diaspor Könüllülərindən möhtəşəm aksiya - FOTO 12 Noyabr 2019, 17:00 Bakı Şəhər Baş Polis İdarəsi: 15 nəfər Müsavatın piketində iştiraka cəhd göstərib 12 Noyabr 2019, 16:53 Siyavuş Novruzov: “Onlar xalqın problemləri ilə maraqlanır, yoxsa burada oturanlar?” 12 Noyabr 2019, 16:44 Dövlət Komitəsinin nümayəndə heyətinin Avstriyaya səfəri başlayıb - FOTO 12 Noyabr 2019, 16:40