Modern.az

Ülvi Quliyev: “Seçicilərim adından icazəsiz aksiyaları pisləyirəm”

Ülvi Quliyev: “Seçicilərim adından icazəsiz aksiyaları pisləyirəm”

21 Oktyabr 2019, 18:03

Milli Şuranın Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə birgə oktyabrın 19-da Bakının mərkəzində keçirdiyi icazəsiz aksiya Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayıb.

Modern.az məsələyə Milli Məclisin Gənclər və idman  komitəsinin sədri Ülvi Quliyevin münasibətini öyrənib.

Deputat bildirib ki, Azərbaycan hüquqi dövlətdir və burada hər şey hüququn aliliyi prinsipləri ilə idarə olunur:

“Ona görə də hesab edirəm ki, heç bir güc Azərbaycan dövləti ilə zor dilində danışa bilməz. Bu, qanunvericiliklə tənzimlənir. Eyni zamanda, Azərbaycan dövlətinin gücü ona qarşı uzanan xarici və daxili qara əllərin zərərsizləşdirilməsi üçün yetərlidir. Dünyanın indiki həssas zamanında, bəzi qüvvələrin Yaxın Şərqi qan çanağında boğmaq istədiyi bir dönəmdə Azərbaycan vətəndaşları xüsusilə ayıq olmalıdırlar. Bu mənada vətəndaşlarımıza, xüsusilə gənclərimizə böyük güvəncimiz var. Müasir Azərbaycan gəncliyi öz gələcəyini Azərbaycanın lideri, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında görür. Azərbaycanda bütün sahələrdə inkişaf, islahatlar göz önündədir. Məhz bu islahatların nəticəsidir ki, Azərbaycan gəncliyinin səsi dünyanın hər ölkəsindən gəlir. Ancaq müstəqilliyimizə, inkişafımıza qarşı çıxanlar isə ölkəmizdə qarşıdurma, qarışıqlıq salmaq istəyirlər. Bir daha bəyan edirəm ki, belə cəfəng iddialar baş tutmayacaq. Azərbaycan xalqı öz liderinin arxasındadır”.

Komitə sədri insanların sərbəst toplaşmaq azadlığına hörmətlə yanaşdığını, ancaq qanunsuz toplaşmalara qarşı olduğunu da qeyd edib:

“Hətta Azərbaycanın bir nömrəli məsələsi olan Qarabağ problemindən həmin mitinqlərdə yalançı şüar kimi sui-istifadə halları müşahidə olundu. Düşünürəm ki, bu, yolverilməzdir, Azərbaycan xalqı dövlətçiliyimizə uzanmış qara qüvvələrə heç zaman imkan verməyəcək.

Milli Məclisin deputatı olaraq öz adımdan, seçicilərim adından icazəsiz aksiyaları pisləyirəm”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir