Modern.az

Sabah Sumqayıt və Gəncədə qaz olmayacaq

Sabah Sumqayıt və Gəncədə qaz olmayacaq

Aktual

21 Oktyabr 2019, 19:49

Sumqayıt və Gəncədə təbii qaz təchizatı müvəqqəti dayandırılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

 

Bildirilib ki, oktyabrın 22-də saat 09:00-dan aşkarlanan qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar Sumqayıt şəhərinin bir hissəsində və H.Z.Tağıyev qəsəbəsində qaz verilişində fasilələr olacaq. Saat 09:00-dan 18:00-dək eyni səbəbdən Gəncə şəhərində də bir qrup abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı