Modern.az

Bakıda İLK - Dördtərəfli piyada keçidi təşkil edildi - FOTO

Bakıda İLK - Dördtərəfli piyada keçidi təşkil edildi - FOTO

Aktual

22 Oktyabr 2019, 13:21

Bakıda ilk dəfə dördtərəfli piyada keçidi təşkil edilib. Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

Rəsmi məlumata görə, yol hərəkəti təhlükəsizliyinin artırılması istiqamətində görülən işlər çərçivəsində Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində aşağıdakı tədbirlər həyata keçirilib:

- Sarı kəsişmə toru təşkil edilib;

- Nəqliyyat vasitələrinin hərəkət troektoriyasını əks etdirən yol nişanlamaları çəkilib;

- Yolayrıcının bütün istiqamətləri üzrə piyada keçidləri yerləşdirilib.

Qeyd olunub ki, həyata keçirilmiş dəyişikliklər kəsişmədə piyadaların rahatlığını, yol hərəkəti iştirakçılarının təhlükəsizliyini, nəqliyyat vasitələrinin fasiləsiz hərəkətini təmin etməyə imkan verəcək.

Qeyd edək ki, hazırda ərazidə əlavə pandusların quraşdırılması üçün də iş aparılır

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı