Arxiv
22 Oktyabr 2019, 16:34 | TƏHSİL
Universitetlər imkansız tələbələrə hansı güzəştləri edir? - “Tərcümeyi-halına baxıb...”

Hazırda Azərbaycandakı ali təhsil müəssisələrində xeyli sayda valideyn himayəsindən məhrum, eyni zamanda, imkanı zəif olan tələbələr təhsil alır. Gündəlik xərclər və bölgələrdən oxumaq üçün gələn tələbələrin qalacağı yerlə bağlı xərcləri nəzərə alsaq, ümumilikdə tələbə olmağın asan olmadığı aydın olar.

 

Maraqlıdır, ali məktəblərin özlərində bu cür tələbələrə hansısa güzəşt və imtiyaz verilibmi, kömək göstərilirmi? Modern.az saytının əməkdaşı bu sualla ali təhsil ocaqlarına müraciət edib.

 

Bakı Slavyan Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Əkrəm Mirzəzadə: “Bu məsələ universitetin rektoru Nurlana xanımın xüsusi diqqətindədir. Biz bir təşkilat olaraq fakültə dekanları ilə əlaqə saxlayıb imkansız tələbələri üzə çıxarırıq. İmkanı zəif olan tələbələrə hər ay yemək talonları təqdim olunur ki, bu talonlar vasitəsilə universitet daxilində olan bufetdən tələbə gün ərzində pulsuz nahar edə bilir. Hər semestr 3 tələbəyə Həmkarlar İttifaqının təqaüdü verilir. Təqaüdün miqdarı 300 manatdır və bu məbləği deputat, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Möhbalıyev təqdim edir. Bundan əlavə imkansız tələbələrin ödənişsiz şəkildə yataqxanalarda yerləşdirilməsini də təmin edirik”.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəvi: “Gündəlik olaraq maddi cəhətdən imkanı zəif olan tələbələrə universitet tərəfindən nahar verilir. Aylıq olaraq həmin tələbələrə təqaüd də təqdim olunur. Təqaüdün miqdarı tələbənin imkanından asılı olaraq dəyişir. Ümumi olaraq konkret say müəyyən etməmişik ki, neçə nəfərə yardım göstərəcəyik. Bacardığımız qədər universitetdə təhsil alan bütün imkansız tələbələrə dəstək oluruq”.

 

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Nihat Allahyarlı: “Universitetdə 16 fakültənin hər birinidən bir tələbəyə maddi yardım, bir nəfərə isə aylıq olaraq 20 yemək talonu veririk. Maddi yardımın dəyəri aylıq 100 manat, gündəlik yemək talonun dəyəri isə 3 manatdır. Ümumilikdə 32 nəfərə aylıq yardım göstərlir. Paralel olaraq önümzdəki aylarda imkansız tələbələrin layihəsi olarsa onlara maddi yardım göstərəcəyik. Eyni zamanda, tələbələrin yarım iş günü olmaqla işlə təmin edilməsində köməklik edilir. Semestr ərzində 5 nəfər əlaçı tələbəyə 300 manat dəyərində birdəfə olmaqla əlaçılıq təqaüdü ayrılır. Onu da deyim ki, bu görülən işlər sırf Tələbə Həmkarlar İttifaqının təşəbbüsü ilə görülür. Maddi cəhətdən imkanı zəif olan tələbələr bizim komitəyə şəxsən müraciət edirlər”.

 

Azərbaycan Tibb Universiteti Tələbə Gənclər Təşkilatının sədri Rauf Vəliyev:  “Son 1 ildə 54 nəfər maddi imkanı zəif olan tələbənin təhsil haqqının ödənilməsində təşkilat kimi böyük rolumuz olub. Ümumilikdə imkanı çox zəif olan tələbə yoxdur ki, biz onlar üçün nahar talonu nəzərdə tutaq. Əgər imkanı zəif olan  hansısa tələbəmiz xəstəlikdən əziyyət çəkirsə onun müalicəsi üçün də universitet tərəfindən yardım göstərilir”. 

 

Azərbaycan Memarlıq və İnşaat Universiteti Tələbə Həmkarlar İttifaqının sədri Bayram Aslanov: “Bizdə maddi cəhətdən imkanı aşağı olan tələbələrə aylıq olaraq, 50, 75 və 100 manat arası təqaüd təqdim olunur. Eyni zamanda, belə tələbələrə gündə bir dəfə istifadə üçün pulsuz yemək talonları verilir. Regiondan gələn tələbələr yataqxana pulunu ödəməkdə çətinlik çəkirlərsə, onların pulsuz şəkildə yataqxanada yerləşdirilməsini təmin edirik. İmkanı zəif olan tələbələr Tələbə Həmkarlar İttifaqına ərizə yazır və onun adına bank hesabı açılır. Ərizəyə əsasən tələbənin kart hesabına ödəniş olunur. Hazırda bu təqaüdü əldə etmək üçün universitetdə böyük axın axın var. Lakin biz hər fakültəyə sədr ayırırıq ki, o da həqiqətən imkanı zəif olan tələbənin üzə çıxarılmasında bizə böyük kömək olur. Hər il orta hesabla 100-150 nəfər arası tələbəyə maddi yardım edirik”.

 

Sumqayıt Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Nemət İbayev: “İmkanı zəif olan tələbələrə gündəlik olaraq bufetdən pulsuz istifadə üçün şərait yaradırıq. Bundan başqa ictimai işlərdə fəal olan 3 nəfər tələbəyə ayda 50 manat olmaqla Həmkarlar İttifaqının təqaüdünü təqdim edirik. Elə tələbə var ki, anası və yaxud atasını itirib, xüsusilə onlara güzəştlər edilir. Ümumilikdə tələbənin tərcümeyi-halına baxıb maddi imkanlarını müəyyənləşdiririk”.

 

Azərbaycan Dillər Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahin Sərdarlı: “Tələbə Həmkarlar İttifaqının nizamnaməsinə uyğun olaraq, tələbələrin ərizəsi əsasında onlara birdəfəlik 50 manat dəyərində yardım göstərilir. Bundan başqa valideynlərindən biri və ya hər ikisini itirən, eləcə də valideynləri işsiz olan tələbələr universitetdə pulsuz yeməklə təmin olunur. Başlatdığımız kampaniyalar nəticəsində bəzi şirkətlərlə əməkdaşlıq edirik ki, onlar da maddi cəhətdən imkanı zəif olan tələbələrin işlə təmin olunmasında böyük rol oynayırlar. Bundan əlavə bir çox tanınmış şəxslərdən imkansız tələbələr üçün aylıq 40, 50 manat təqaüd alırıq. Eyni zamanda, illik təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələr üçün biz xüsusilə sosial şəbəkələrdə kampaniya başladırıq və onların adına bank hesabı açılır. Həmin hesaba yığılan pul vasitəsi ilə də tələbələr təhsil haqqını ödəyə bilirlər. Təxminən bu il 25 tələbə illik təhsil haqqının ödənilməsi üçün 100-500 manat arası pul ayrılıb. 7 tələbədən bir neçəsinin 4 illik bir neçəsinin də 2 illik təhsil haqqı ödənilib. Bu semestr 3 ildir ki, maddi imkana görə təhsilini donduran tələbənin illik təhsil haqqını kampaniyalar vasitəsi ilə toplayıb yenidən universitetə qayıtmasına yardımçı olmuşuq”.

 

Azərbaycan İqtisad Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı: “2018-2019-cu il ərzində 188 nəfər tələbəyə maddi yardım göstərilib. Bu tələbələrin içərisində özü və ya valideyni əlil, xəstə olanlar da var. İldə bir dəfə bu tələbələrə 50-100 manat, istisna hal kimi 150-200 manat köməklik edirik. Bundan başqa dəyəri 2-3 manat olan pulsuz talonlar var ki, il ərzində maddi çətinlik çəkən tələbələrə təqdim olunur. Hər tələbənin hesabına pul bir dəfə vurula bilir. Lakin elə hal olub ki, tələbənin universitetə gəlmək üçün yolpulu olmayıb, belə olan halda biz yardımı həmin tələbənin qrup yoldaşının hesabına vurmuşuq ki, yolpulu olaraq ona versin”.

 

Bakı Mühəndislik Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Amil Abdullayev: “İmkanı zəif olan tələbələrin xəstəliklə, naharla və yataqxana ilə bağlı problemlərinin aradan qaldırılması üçün təşəbbüs göstəririk. Minimum olaraq aylıq 50 manat dəyərində belə tələbələrə təqaüd ayrılır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Onun qurduğu xəyal gerçəkləşdi 15 Noyabr 2019, 00:37 Pentaqondan F-35-lə bağlı gözlənilməz rəy 15 Noyabr 2019, 00:21 Azərbaycanlı jurnalist ermənilərlə bir arada 15 Noyabr 2019, 00:03 Azərbaycan neftinin qiyməti dəyişdi 14 Noyabr 2019, 23:47 II Bakı Sammitinin iştirakçılarının şərəfinə ziyafət verildi - FOTOLAR 14 Noyabr 2019, 23:30 Türkiyə millisi AVRO-2020-yə vəsiqə qazandı 14 Noyabr 2019, 23:14 Parlamentin binası qarşısında çadırlar qurulur 14 Noyabr 2019, 22:59 Bakıda ata və oğlu bıçaqlandı 14 Noyabr 2019, 22:46 İndoneziyada 7,2 bal gücündə zəlzələ oldu 14 Noyabr 2019, 22:28 3552 məhbus əfv edildi 14 Noyabr 2019, 22:13 Xarici İşlər Nazirliyi azərbaycanlıların Almaniyada həbsi barədə... 14 Noyabr 2019, 21:53 Məktəbdə silahlı insident 14 Noyabr 2019, 21:41 Azərbaycan Kolumbiya əlaqələri müzakirə edilib 14 Noyabr 2019, 21:24 Almaniyada azərbaycanlı mühacirə aid restoranda axtarış 14 Noyabr 2019, 21:09 "Qardaşım çirkin oyunun iştirakçısı deyil" - Şahbaz Xuduoğlu 14 Noyabr 2019, 20:54 Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edildi - SİYAHI 14 Noyabr 2019, 20:43 Qanunu kobud pozan 4 hakimə töhmət verilib 14 Noyabr 2019, 20:30 "Mühacir alveri ilə bağlı həbs edilməmişəm" - Sabiq ədliyyə işçisi 14 Noyabr 2019, 20:17 Azərbaycan millisi Lixtenşteynə qalib gəldi 14 Noyabr 2019, 20:03 Ərdoğan Trampdan razı qalıb: “Bu dəfə onun daha müsbət və konstruktiv olduğunu gördüm” 14 Noyabr 2019, 19:58 Deputatlarımız Belarusdakı parlament seçkilərni izləyəcəklər 14 Noyabr 2019, 19:48 2 minə yaxın abonent qazsız qaldı 14 Noyabr 2019, 19:43 Gəncədə ağır yol qəzası: 1 ölü, 3 yaralı - FOTO 14 Noyabr 2019, 19:34 Bahalı müğənnilər dövlətə nə qədər vergi ödəyirlər?  - SORĞU 14 Noyabr 2019, 19:19 Xameneyidən gözlənilməz addım - dövlətə qarşı çıxanları ƏFV etdi 14 Noyabr 2019, 18:54 “Azərbaycan və İranı ortaq tarixi-mədəni keçmiş və din bir-birinə sıx bağlayır” - Əbülfəs Qarayev 14 Noyabr 2019, 18:41 İsrail səfiri Azərbaycandan gedir 14 Noyabr 2019, 18:33 Azercell-in dəstəyi ilə beşinci Uşaq Paralimpiya Oyunları keçirilib 14 Noyabr 2019, 18:25 İcra başçısı məktəblilərlə görüşdü 14 Noyabr 2019, 18:19 Serj Sarkisyanın kürəkəni Paşinyanı devirmək üçün 7 üsul TƏKLİF ETDİ 14 Noyabr 2019, 18:08 Gecikmiş sevgi etirafi 14 Noyabr 2019, 18:07 İlham Əliyev: “Söz sağalda bilər, söz yaralaya bilər, söz öldürə bilər” 14 Noyabr 2019, 17:56 Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir - FOTO   14 Noyabr 2019, 17:54 Azərbaycanlı jurnalistlərdən erməni jurnalistlərin Bakıya gəlişinə REAKSİYA 14 Noyabr 2019, 17:46 Cəbhə bölgəsində məktəblilər üçün təlimlər keçiriləcək - FOTO 14 Noyabr 2019, 17:46