Modern.az

Türkiyə “Barış Pınarı” əməliyyatını DAYANDIRDI

Türkiyə “Barış Pınarı” əməliyyatını DAYANDIRDI

Dünya

23 Oktyabr 2019, 14:50

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Suriyanın şimalında aparılan “Barış Pınarı“ antiterror əməliyyatının dayandırıldığını açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

 

Çavuşoğlu bununla bərabər, əməliyyatın bitmədiyini və lazım gələrsə ordunun terrorçulara zərbə vurmağa hazır olduğunu qeyd edib:

 

“Əgər terrorçular peyda olsa, ordumuz onlarla döyüşəcək. Silah, mina və tələlər qalıb, onları təmizləmək lazımdır. Hələ görüləcək çox işlər var. Bu səbəbdən meydanda qalacağıq”.

 

Qeyd edək ki, oktyabrın 22-də Soçidə Türkiyə və Rusiya prezidentləri arasında Suriyaya dair razılaşma əldə edilib və tərəflər 10 maddəlik Niyyət Protokolu imzalayıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı