Modern.az

“Qarabağ”ın  rəqibi Bakıda qələbəyə iddialıdır

“Qarabağ”ın  rəqibi Bakıda qələbəyə iddialıdır

23 Oktyabr 2019, 20:01

"Qrup mərhələsinə xalla başlamaq yaxşı olardı. Sabah ilk xalımızı qazanmağa çalışacağıq. Nə etməli olduğumuzu çox gözəl bilirik. Sabah tək taktiki cəhətdən yox, həm də ürəklə oynamalıyıq. Komandam işini bilir. Sabahkı oyuna hazırdır".  

Modern.az  xəbər verir ki, bunu Kiprin APOEL klubunun baş məşqçisi Tomas Doll bildirib. 

 

Alman məşqçi bildirib ki, hər bir futbolçu bu oyunun əhəmiyyətini anlayır: "Hamı iki ay əvvəlki kimi bu stadionda yaxşı oyun nümayiş etdirməlidir. O vaxt lazımi anda lazımi qolları vura bilmişdik. Biz uzun yol gəlmişik. Bu üzdən yorğun görünürəm. Amma narahat olmayın. Sabahkı oyundan sonra gülən tərəf mən olacağam. Əgər neqativ olsan, yaxşı da heç nə baş verməyəcək. Ona görə də hər şeyə pozitiv yanaşıram. Biz sabahkı oyunda yaxşı nəticə qazanacağımızı düşünürük. Ona görə də qrupda qalacağımızla bağlı deyiləni qəbul etmirəm”.  

Qeyd edək ki, “Qarabağ” - APOEL görüşü sabah saat 20:55-də başlayacaq. Qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı