Arxiv
26 Oktyabr 2019, 13:20 | HADİSƏ
DİN və Baş Prokurorluq Bakıdakı qətllə bağlı məlumat yaydı

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi mətbuat xidmətləri birgə məlumat yayıb.

 

Belə ki, paytaxtın Biləcəri qəsəbə sakini Çiçək Əsgərova oktyabrın 16-da Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə müraciət edərək həyat yoldaşı Elvin Həbibzadənin oktyabrın 14-də özünə məxsus “BMW” markalı avtomobillə evdən çıxıb getdiyini və geri qayıtmadığını bildirib.

 

Məlumatla əlaqədar itkin düşmüş şəxsin yerinin müəyyən edilərək tapılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Nəticədə E.Həbibzadəyə məxsus avtomobil Qaradağ rayonunun Qızıldaş qəsəbəsində tapılıb və nəqliyyat vasitəsinə baxış keçirilərkən salonda qan izləri aşkar edilib.

 

Cari il oktyabrın 25-də Elvin Həbibzadənin üzərində zorakılıq əlamətləri olan meyit Xəzər rayonunun Türkan qəsəbəsindəki evlərdən birinin qarşısındakı su quyusunda aşkar edilib və Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri tərəfindən oradan çıxarılıb. Polis və prokurorluq orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupunun üzvləri məhkəmə-tibb ekspertinin də iştirakı ilə hadisə yerinə və meyitə baxış keçiriblər.

 

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

 

İlkin araşdırmalarla müəyyən edilib ki, Bakı şəhər sakini Səbuhi Ələkbərov yaxın qohumu Rəşad Fətullayevlə qabaqcadan cinayət əlaqəsinə girərək ailə-məişət zəminində yaranmış mübahisəni həll etmək məqsədilə Elvin Həbibzadənin idarə etdiyi “BMW” markalı avtomaşınla oktyabrın 15-də axşam görüş bəhanəsi ilə Qaradağ rayonunun Sahil qəsəbəsinə gəliblər.

 

Avtomaşında tərəflər arasında kəskin mübahisə yaranıb, E.Həbibzadə S.Ələkbərovun və ailəsinin ünvanına nalayiq ifadələr işlədibərək avtomaşındakı bıçaqla onun sol əlinə xəsarət yetirib. Bu zaman S.Ələkbərov müqavimət göstərən sürücünün qollarını tutub və R.Fətullayev qayçı ilə arxadan boyun nahiyəsinə zərbə endirərək E.Həbibzadəni qətlə yetirib. Daha sonra hər iki şəxs izi itirmək məqsədilə meyiti həmin avtomobillə Xəzər rayonuna gətirərək burada S.Ələkbərovun babasına məxsus evin qarşısındakı quyuya atıblar.

 

Qeyd olunan ağır cinayət əməllərini törətdiklərinə əsaslı şübhələr olduğuna görə  Səbuhi Ələkbərov və Rəşad Fətullayev Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə oktyabrın 25-də şübhəli şəxslər qismində tutulublar.

 

Hazırda cinayət işi zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Arif Məlikovun abidəsi ucaldıldı - FOTO 2 İyun 2020, 13:57 Dünyada daha bir milyarder artdı - FOTO 2 İyun 2020, 13:51 Hansı universitet yay imtahanlarında tələbələrə güzəşt edəcək… 2 İyun 2020, 13:46 İnsanlar koronavirusa niyə inanmırlar? - Həkim: “Millətin yarısı virusa yoluxduqdan sonra...” 2 İyun 2020, 13:40 Fond bağlanan banklara borcu olanlara müraciət etdi 2 İyun 2020, 13:35 Boris Conson Rusiyanı G7-də görmək istəmir 2 İyun 2020, 13:30 BMT Amerika hökumət orqanlarını qınayıb 2 İyun 2020, 13:25 Neftin qiyməti 40 dollara yaxınlaşır 2 İyun 2020, 13:19 Metrodakı davanı polis ARAŞDIRIR - VİDEO 2 İyun 2020, 13:16 Deputatlardan Sahibə Qafarovaya TƏŞƏKKÜR 2 İyun 2020, 13:10 Mədəniyyət Nazirliyindən deputata CAVAB - Heç bir işçi ixtisar olunmayıb 2 İyun 2020, 13:05 Azərbaycanda 51,9 milyon dollar hərraca çıxarıldı 2 İyun 2020, 13:00 Afrikada koronavirusa yoluxanların sayı 150 mini keçdi 2 İyun 2020, 12:55 Maduro İrana gedir 2 İyun 2020, 12:50 Azərbaycanda şirkət rəhbərinə cinayət işi açıldı 2 İyun 2020, 12:45 Sabahın hava PROQNOZU 2 İyun 2020, 12:40 Əlilliyi olan şəxslərin hüquqlarını pozanlar cərimələnəcək 2 İyun 2020, 12:35 Qarabağda daha 3 erməni koronavirusa yoluxub 2 İyun 2020, 12:30 Deputat uşaq evlərini tənqid etdi 2 İyun 2020, 12:26 Parlamentin növbəti iclasının vaxtı məlum oldu 2 İyun 2020, 12:25 Baş nazir sərəncam İMZALADI 2 İyun 2020, 12:24 Parlament sosial yardımın 1 illik təyin olunmasını TƏSDİQLƏDİ 2 İyun 2020, 12:23 Milli Məclis maskalarla bağlı cəriməni TƏSDİQLƏDİ 2 İyun 2020, 12:20 Ali məktəblərə ərizə verən abituriyentlərin sayı AÇIQLANDI   2 İyun 2020, 12:16 “Şəhid ailələri və qazilərimiz təhqir olunur” - Vitse-spiker 2 İyun 2020, 12:11 “3 il öncə qanun qəbul etmişik, lakin işləmir” - Cavanşir Paşazadə 2 İyun 2020, 12:08 Rusiyada ilk dəfə virusdan sağalanlar yoluxanları ÜSTƏLƏYİB 2 İyun 2020, 12:05 Səməd Seyidov parlamentdə Qazaxın su problemini qaldırdı - VİDEO 2 İyun 2020, 12:04 Deputat: “Sosial şəbəkələr haqqında” yeni qanunun hazırlanması çox vacibdir” 2 İyun 2020, 12:00 Fermerlər süni mayalanma ilə doğulmuş buzova görə pul alacaqlar 2 İyun 2020, 11:55 Milli Məclisin iclası canlı yayımlansın - Qüdrət Həsənquliyev 2 İyun 2020, 11:50 Prezident Sumqayıtla bağlı sərəncam İMZALADI 2 İyun 2020, 11:45 “Qondarma rejimi təbrik edən deputatın köməkçisi ermənidir” 2 İyun 2020, 11:40 İyun ayında 190 manat veriləcək? - Nazirlikdən rəsmi CAVAB 2 İyun 2020, 11:38 Deputatdan Yaşıllaşdırma Təsərrüfatı Birliyinə İTTİHAM 2 İyun 2020, 11:34