Arxiv
31 Oktyabr 2019, 08:20 | ÖLKƏ
Azərbaycanda ŞOK: Bəzi sonsuz qadınların süni mayalanmasında əcnəbi kişi donordan istifadə edilirmiş

Dünyada sonsuzluq problemi yaşayan ailələrin sayı getdikcə artmaqdadır. O cümlədən də Azərbaycanda. Xüsusilə də kişi sonsuzluğunun artması bəzi qadınların donor mayalanması ilə hamilə qalmaq üsullarına əl atmasına səbəb olur. Nəticədə bir çox ailənin övlad arzusu 3-cü şəxsin iştirakı ilə gerçəkləşir.
Araşdırmalar göstərir ki, hətta əcnəbi donorun süni mayalanmaya cəlb olunmasını istəyən ailələr də var... Təbii ki, söhbət Azərbaycandan gedir.

Bakıda süni mayalanma həyata keçirən klinikalardan əldə etdiyimiz məlumatlarda kişi donor kimi əcnəbilərdən də istifadə olunduğu istisna edilməyib.

Bəs Azərbaycan qanunvericiliyində süni mayalanma zamanı əcnəbi vətəndaşların donor olmasına icazə verilirmi?
 

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Modern.az-a bildirib ki, hazırda mövcud qanunvericilikdə bu yöndə ciddi boşluq var:

“Yəni qanun nəyi qadağa etmirsə, onu gerçəkləşdirə bilirlər. Amma Milli Məclisin payız sessiyasının iş planına da salınan “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsində bu məsələ daha da konkretləşdirilib. Qanun layihəsində qeyd edilib ki, yalnız nikahda olan şəxslərdən donor kimi istifadə edilə bilər, bətndənkənar mayalanma etmək olar, nikahda olmayan - istər yerli, istərsə də əcnəbi şəxslərdən donor kimi istifadə etmək olmaz”.


Musa Quliyev hazırda gerşəkləşdirilən mayalanmanı “süni mayalanma” deyil, “bətndənkənar mayalanma” adlandırıb.


Deputat bildirib ki, yeni hazırladıqları sənədə əsasən, nikahda olan şəxslərdən birinin hətta sonsuzluq problemi olsa belə, qanun kənar şəxslərdən donor kimi istifadəni qadağan edəcək.


“Qanuna əsasən, donor kimi ya nikahdakı şəxslərdən istifadə olunacaq, sonsuzluq problemi olacaqsa belə, üçüncü bir şəxsdən istifadə edilməyəcək. Bu qanunu yazanlardan biri mən olduğuma görə, məsələyə münasibətim artıq bəllidir: donor kimi kənar şəxslərdən istifadə olunmasına qarşıyam”.

 

İlahiyyatçı, din xadimi Hacı Şahin Həsənli bildirib ki, süni mayalanmaya şəriətdə müxtəlif baxışlar var.

 

“Bəzi din alimləri süni mayalanmanı icazəli hesab etmir. Digərləri isə süni mayalanmada donor kimi xanımın sadəcə həyat yoldaşından istifadəsini düzgün qəbul edir. Nikahdankənar şəxslərin donor kimi istifadəsinə din alimlərində fərqli yanaşma var, əksəriyyət buna razı deyil. Şəriət kənar şəxsin donor kimi istifadəsinə o vaxt icazə verir ki, həmin şəxsin kimliyi bəlli olsun. Din donorun kimliyinin anonim saxlanmasına icazə vermir. Şəriət əcnəbi vətəndaşın donor kimi istifadəsinə həmin şəxsin müsəlman olduğu və kimliyi bəlli olduğu təqdirdə icazə verir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağdaşdan olan hərbi vəzifəlilər təlimlərə yola düşdü - FOTO 21 Sentyabr 2020, 14:42 Abşeronda liftin 5 min manat dəyərində mühərriki oğurlandı 21 Sentyabr 2020, 14:36 Azərbaycan ordusunun əsgəri yaralandı - Prokurorluq cinayət işi açdı 21 Sentyabr 2020, 14:30 İlham Əliyevin xəbərdarlığı Yerevanı QORXUYA SALDI: “Dərhal görüşməyə hazırıq”                  21 Sentyabr 2020, 14:25 Azərbaycan Dillər Universitetində “Çin mədəniyyəti həftəsi”  keçirilir 21 Sentyabr 2020, 14:20 Şəhid hərbçimizin evinin qarşısında izdiham - FOTOLAR   21 Sentyabr 2020, 14:16 Komitə sədri: “1548 məsələ öz həllini tapıb” - FOTO 21 Sentyabr 2020, 14:11 Azyaşlı qızın qeyri-etik fotolarını çəkərək yayan şəxs həbs edildi 21 Sentyabr 2020, 14:07 Naqif Həmzəyev: Ermənistanın avantürist, məkrli planı tezliklə puç olacaq 21 Sentyabr 2020, 14:03 DİN-dən Vəfa Nağınının paylaşımına REAKSİYA 21 Sentyabr 2020, 14:00 Namiq Abdullayev millimizin baş məşqçisi təyin olundu 21 Sentyabr 2020, 13:56 Mətbuat Şurası jurnalistlərə çağırış etdi 21 Sentyabr 2020, 13:50 Hərbçilərin pensiya təyinatı avtomatlaşdırılır - RƏSMİ 21 Sentyabr 2020, 13:45 Qiymətli kağızlar bazarı yenidən canlanır: Bazarın yeni iştirakçıları hansı perspektivlər vəd edir? 21 Sentyabr 2020, 13:40 Avropa Birliyi Belarusla viza rejimi ləğv edə bilər 21 Sentyabr 2020, 13:36 Əsgər salamı ilə məşhurlaşan uşaq: “Atam məni hərbi məktəbə qoyacaq!” 21 Sentyabr 2020, 13:30 Azərbaycanda saxta peyğəmbər bibisini öldürdü - VİDEO 21 Sentyabr 2020, 13:24 Sabah yağış yağacaq, dolu düşəcək 21 Sentyabr 2020, 13:18 Milli Qəhrəmanlar: “Müharibəyə çağırış çoxdan olmalı idi” 21 Sentyabr 2020, 13:13 Ali məktəblərə qəbulun nəticələri bu tarixdə AÇIQLANACAQ 21 Sentyabr 2020, 13:10 “Ali təhsil haqqında” qanun layihəsi hazırlanır 21 Sentyabr 2020, 13:07 Belarusda daha 442 nəfər saxlanıldı 21 Sentyabr 2020, 13:05 Kolleclərə daxil olanların qeydiyyatı davam edir 21 Sentyabr 2020, 13:00 Deputat Qubanın 3 kəndinə su çəkdi - FOTO 21 Sentyabr 2020, 12:54 “Qapıya yazsınlar ki, “şortiklə girmək qadağandır!” - Şortik qalmaqalına REAKSİYA 21 Sentyabr 2020, 12:48 Şəhid olan hərbçimizin FOTOSU 21 Sentyabr 2020, 12:45 Qida zəhərlənmələrindən necə qorunmalı... 21 Sentyabr 2020, 12:40 Bakıda kişini elektrovoz vuraraq öldürdü 21 Sentyabr 2020, 12:37 Deputatlar səfərbərliyə hazırdımı... 21 Sentyabr 2020, 12:33 Əhliman Əmiraslanov: “Azərbaycan-Gürcüstan-Türkiyə arasında əlaqələr möhkəm təməl üzərində qurulub” 21 Sentyabr 2020, 12:30 Qaxda 2 ton narkotik vasitə məhv EDİLDİ 21 Sentyabr 2020, 12:25 Xarici İşlər Nazirliyi şəhid hərbçimizlə bağlı məlumat YAYDI 21 Sentyabr 2020, 12:20 “Funda” tibb mərkəzində vergi müfətişləri ilə MÜBAHİSƏ 21 Sentyabr 2020, 12:15 Prezident Badamdar qəsəbəsi ilə bağlı sərəncam imzaladı 21 Sentyabr 2020, 12:10 Sabirabadda körpə doğuş zamanı öldü 21 Sentyabr 2020, 12:05