Arxiv
1 Noyabr 2019, 14:40 | TƏHSİL
Bakı Slavyan Universiteti Azərbaycan Dillər Universitetinə birləşdirilə bilər...

Bakı Slavyan Universitetinin (BSU) bir qrup tələbəsi vaxtilə Azərbaycanda 20 Yanvar qırğınının törədilməsində iştirak etmiş sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilimiş esse müsabiqəsində iştirak edib. Universitetdə keçirilən bu tədbir cəmiyyətdə heç də yaxşı qarşılanmayıb. Universitet rəhbərliyi ciddi tənqidlərə tuş gəlib.

Modern.az-ın əldə etdiyi məlumata görə, Bakı Slavyan Universitetində yaşanan hadisə bu ali təhsil ocağının  Azərbaycan Dillər Universitetinə birləşdirilməsi məsələsini yenidən gündəmə gətirib. Qeyd olunur ki, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva bu cür qalmaqallı tədbirin gerçəkləşdirilməsinə razılıq verməklə əslində həmin ali təhsil ocağının Azərbaycan Dillər Universitetinə birləşdirilməsini tezləşdirib.

Bu iki ali məktəb birləşdirilə bilərmi?

Milli Məclisin deputatı Fəzail Ağamalı Modern.az saytına açıqlamasında bildirib ki, adıçəkilən universitetlərin birləşdirilməsi məsələsi zaman-zaman gündəmdə olub:

“Ancaq bu birləşmələr bizim fikirlərimizlə həll olunan məsələ deyil. Bunun üçün ciddi əsaslar olmalıdır. Mütəxəssislər  bunun ətrafında fikir mübadiləsi, təhlillər aparmalı, nə dərəcədə perspektivli olduğundan əminlik ifadə etməlidirlər. Hər halda ciddi nəticələr önə çəkilərək, qərar qəbul olunmalıdır”.


Təhsil eksperti Kamran Əsədov qeyd edib ki,  hər iki ali təhsil ocağının birgə fəaliyyət göstərməsi  ilə bağlı təcrübə olsa da, buna ehtiyac yoxdur:

“İki təhsil müəssisəsinin, Bakı Slavyan Universitetinin (BSU) və Azərbaycan Dillər Universitetinin (ADU) birgə fəaliyyət göstərməsi təcrübəsi olub. 1959-cu ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu ilə Rus dili və Ədəbiyyatı İnstitutu birləşdirildi və 1972-ci ilə kimi bir ali məktəb kimi fəaliyyət göstərdilər. Nəzərə alsaq ki, uzun müddət Slavyan Universitetinə rektorluq etmiş akademik Kamal Abdulla  hazırda Dillər Universitetinin rektorudur və bu təhsil müəssisələrnin tədris binaları bitişikdir, nəzəri olaraq birləşdirmə mümkündür. Digər tərəfdən bir-birini təkrar edən ixtisas və fakültələr var və əgər birləşmə baş tutarsa, uyğunlaşmada heç bir problem ola bilməz və bu dövlətin maliyyə yükünü də azalda bilər.

Amma praktik olaraq bu mümkün deyil. Çünki Slavyan Universitetinin olması Azərbaycanın slavyan ölkələri ilə tədris-mədəni əlaqələrinin genişlənməsi, azərbaycanşünaslığın inkişafı, ölkənin qazandığı nailiyyətlərin beynəlxalq aləmdə, xüsusi ilə slavyan xalqları arasında nümayiş etdirilməsi istiqamətində böyük imkanlara malikdir. Bakı Slavyan Universiteti təhsil və mədəniyyət mərkəzi kimi slavyan xalqlarının, həmçinin Şərqi Avropa və Balkan yarımadası ölkələrinin elmi, mədəni, mənəvi nailiyyətlərini öyrənir və tədris edir. Burada slavyan dilləri və ədəbiyyatları üzrə fundamental elmi tədqiqatlar həyata keçirilir. Bakı Slavyan Universiteti təkcə Azərbaycanda deyil, Qafqazda ən böyük və nüfuzlu rusistika mərkəzi sayılır. Burada bütövlükdə region üçün unikal sayıla bilinəcək ixtisaslar üzrə mütəxəssislər hazırlanır. Ən vacib məqam isə  odur ki, ölkəmizdə adambaşına düşən universitet sayımız dünyada qəbul edilmiş normalardan azdır. Bizdə cəmi 164 min tələbə təhsil alır ki, bu da ölkə əhalisinin 1.6 faizi deməkdir. Ona görə də universitetlərin birləşdirilməsinə ehtiyac yoxdur. Sadəcə olaraq ali təhsil müəssisələrində ciddi struktur islahatlarına ehtiyac var. Kadr potensialı yenilənməlidir, idarəetməyə yeni yanaşlamar gətirilməlidir. Bakı Slavyan Universiteti təkcə ali təhsil müəssisəsi deyil, eyni zamanda strateji bir yerdir. Ölkədə rus bölməsi üzrə kifayət qədər məktəbli və kontingent var. Onların kadr ehtiyacını ödəmək üçün bu universitetin mövcudluğu zəruridir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda koronavirus: 148 yoluxma, 177 sağalma, 2 ölüm 19 Sentyabr 2020, 16:54 “İrsimiz məsuliyyətimizdir” adlı layihənin ilk tədbiri keçirilib 19 Sentyabr 2020, 16:23 Prezidentdən xatırlatma: “O vaxtlar rayonlarda ümumiyyətlə, qaz deyilən şey yox idi” 19 Sentyabr 2020, 16:10 Putin “Avanqard” raket kompleksinin müəllifinin adını açıqlayıb 19 Sentyabr 2020, 15:55 Hərbi Dəniz Qüvvələrindən TƏKZİB: “Bədniyyətli şəxslərdir” 19 Sentyabr 2020, 15:22 Dünyanın ən yaşlı sakini yeni REKORD VURDU 19 Sentyabr 2020, 15:11 İranda virusdan ölənlərin sayı 24 mini keçdi 19 Sentyabr 2020, 14:56 Prezident təməlqoyma mərasimində... - YENİLƏNİB 19 Sentyabr 2020, 14:52 Türkiyə televiziyasında “Üç cizgi” adlı Azərbaycan proqramı yayımlanacaq  19 Sentyabr 2020, 14:48 1,8 milyon manatı mənimsəyən şirkət rəhbəri ilə bağlı istintaq aparılıb 19 Sentyabr 2020, 14:40 Erməni hakerlər Tarix İnstitutunun araşdırmalarını dərc edən KİV-ə hücum ediblər 19 Sentyabr 2020, 14:30 “Ölkəmizin həm siyasi, həm iqtisadi nailiyyətləri böyük dərəcədə neft-qaz amilinə söykənir” 19 Sentyabr 2020, 14:16 Azərbaycan neftinin qiyməti ucuzlaşdı 19 Sentyabr 2020, 14:14 Oğuzda heyvanların kütləvi zəhərlənməsinin qarşısı alınıb 19 Sentyabr 2020, 14:05 Deputat Tofiq Yaqublu ilə bağlı qərarı “cəza siyasətinin humanistləşdirilməsi” sayır 19 Sentyabr 2020, 14:01 Müxalifət niyə birləşə bilmir? – Sabir Rüstəmxanlı səbəbləri AÇIQLADI 19 Sentyabr 2020, 13:50 SOCAR 2035-ci ilə qədər planlarını ELAN ETDİ 19 Sentyabr 2020, 13:41 Paşinyanin arvadı erməni qadınlarını yenidən hərbi təlimə TOPLAYIR 19 Sentyabr 2020, 13:32 Çay haqqında bilmədiklərimiz 19 Sentyabr 2020, 13:25 Bağlanmış bankların əmanətçilərinə qaytarılan MƏBLƏĞ 19 Sentyabr 2020, 13:12 Prokurorluq fəhlənin ölümü ilə bağlı məlumat yaydı 19 Sentyabr 2020, 12:55 Əmək pensiyaları ilə bağlı hansı dəyişikliklər olacaq?  19 Sentyabr 2020, 12:33 FHN Bakıdakı yanğınla bağlı MƏLUMAT YAYDI 19 Sentyabr 2020, 12:29 Ermənilər “parlamenti” Şuşaya köçürür – YENİ TƏXRİBAT 19 Sentyabr 2020, 12:18 Şimşək çaxacaq, yağış yağacaq - Sabahın hava PROQNOZU 19 Sentyabr 2020, 12:17 Magistraturaya plan yerlərinin 85 faizi dolub 19 Sentyabr 2020, 12:05 Daha bir rayonda qazlaşdırma 100%-ə çatdırıldı 19 Sentyabr 2020, 12:03 Gürcüstanda virusa yoluxanların sayı yeni REKORD VURDU 19 Sentyabr 2020, 11:51 İxtisas seçimi edən abituriyentlərin sayı AÇIQLANDI 19 Sentyabr 2020, 11:48 Ermənistanda koronavirusa yoluxanların sayı 50 minə YAXINLAŞIR 19 Sentyabr 2020, 11:42 “Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib 19 Sentyabr 2020, 11:39 Ərini bıçaqlayan qadına cinayət işi açıldı 19 Sentyabr 2020, 11:30 Etibar Əliyev: “Bəzən sosial şəbəkələr söyüşün simvoluna çevrilir” – MÜSAHİBƏ 19 Sentyabr 2020, 11:28 Zakir Həsənov COVID-19-la bağlı generallara TAPŞIRIQ VERDİ 19 Sentyabr 2020, 11:24 DTX-dan “Rusiyaya xidmət edən azərbaycanlıların siyahı”sına REAKSİYA 19 Sentyabr 2020, 11:13