Arxiv
3 Noyabr 2019, 09:56 | HADİSƏ
Bir ildir bağlı olan Badamdar yolu nə vaxt açılacaq? - “Gərginlik arta bilər”

23 oktyabr 2018-ci ildə sürüşmə qeydə alınan Badamdarda yolun hərəkət hissəsi nəqliyyat vasitələri üçün bağlanıb.

Rəsmi qurumlar bu addımın təhlükəsizlik üçün atıldığını açıqlasalar da, sürücülər alternativ yolun bağlı olmasından əziyyət çəkir.

Bir neçə gün əvvəl “Azərsu” ASC sürüşmə zonasında kanalizasiya xətlərinin çəkiləcəyini açılayıb. Bu isə ərazidə problemlərin həlli üçün ümidləri artırır.

Məlumatda bildirilib ki, Səbail rayonunun Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində icra olunan layihə  bu ərazidə baş vermiş torpaq sürüşməsinin aradan qaldırılması tədbirləri çərçivəsində ərazidə su təchizatı sistemlərinin və kanalizasiya şəbəkəsinin tamamilə yenidən qurulması qərara alınıb:

“Ərazidə yaranan tullantı suları Salyan şosesində yeni tikilən daşıyıcı xəttə ötürülərək yaxınlıqdan keçən Bayıl-Bibiheybət-Lökbatan kollektoruna yönəldiləcək. Bununla da 10 mindən çox  sakinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq.

3-cü yaşayış massivi ərazisində tullantı sularının axıdılmasında da problemlər yaranırdı. Yaşayış massivinin əksər hissəsində kanalizasiya şəbəkəsi mövcud olmayıb. Tullantı suları əsasən açıq kanallara və  şambolara axıdılıb. Bu da ərazidə torpaq sürüşmələrinin sürətlənməsinə səbəb olurdu. Buna görə də ərazidə kanalizasiya şəbəkəsinin tamamilə yenidən qurulması qərara alınıb. Hazırda icrasına yeni başlanılmış layihə çərçivəsində ərazidə  ümumi uzunluğu 23 km olan kanalizasiya xətləri inşa ediləcək və hər bir ünvanın kanalizasiya sisteminə qoşulması təmin ediləcək. Bununla da həmin ərazidə tullantı sularının axıdılması mərkəzləşdirilmiş qaydada təmin ediləcək".

 

Məsələ ilə bağlı Modern.az-a danışan Ekologiyavə Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, Badamdarda kanalizasiya sistemi qurulduqdan sonra sürüşmənin qarşısı tam olaraq alınacaq:

“Rəsmi məlumatlara görə, ərazidə kanalizasiya sistemi qurulması ilə bağlı qərar verilib. Mən hesab edirəm ki, kanalizasiya sistemi qurulduqdan sonra sürüşmənin qarşısı tam olaraq alınacaq”.

 

Ə.Qaralovun sözlərinə görə, hələlik vəziyyət olduğu kimi qalır:

“Yüngül avtomobillərin hərəkəti üçün yol açılıb. Amma yağışlar intensivləşdikcə gərginlik arta bilər. Çox güman ki, müəyyən hamarlama, terras əmələgəlmə işləri aparılacaq. Bu işlər təmsil etdiyim nazirlik tərəfindən icra olunmayacaq. Əgər kanalizasiya sistemi doğrudan da deyidiyi kimi qurulacaqsa, ərazidə sürüşmə prosesi tamamilə dayanacaq və avtomobillərin hərəkəti də normal qaydada bərpa ediləcək”.

 

Rəis ərazidə işləyən yapon mütəxəssislərilə bağlı məlumatlı olmadığını qeyd edib:

“Həmin mütəxəssislər Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəvət olunmamışdı. Ona görə də bu barədə məlumat verə bilmirəm.

Hazırda tərəfimizdən aparılan vizual müşahidələrə görə elə bir dəyişiklik müşahidə olunmur. Sürüşmənin qaş hissəsində yerləşən 9 ev yerindədir, uçqun, sürüşmə qeydə alınmayıb”.

 

Qeyd edək ki, 13 oktyabr 2018-ci ildə Badamdar sürüşmə sahəsində sürüşmə baş verib, yolun həmin hissəsində nəqliyyatın hərəkəti dayandırılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sizin icra başçınız - Ayaz Əsgərov Yardımlı əhalisinin etimadını qazanıb? - “İctimaiyyətlə görüşə həvəsli deyil” 14 Noyabr 2019, 09:55 Sabir Rüstəmxanlı qardaşının Almaniyada saxlanılmasından DANIŞDI 14 Noyabr 2019, 09:46 Kanada futzalından dünya çempionatına çıxmaq istəyən həmyerlimizlə MÜSAHİBƏ 14 Noyabr 2019, 09:40 Ermənistan atəşkəsi 21 dəfə pozdu 14 Noyabr 2019, 09:29 Kitab oxuyan mahnı oxuyandan daha ağıllı olur... 14 Noyabr 2019, 09:28 Deputat 2020-ci ilin büdcəsini belə dəyərləndirdi: “Maddi kapitalın insan kapitalına çevrilməsi...” 14 Noyabr 2019, 09:23 Dünyada 1 milyarda yaxın insan elektrik enerjisindən məhrumdur 14 Noyabr 2019, 09:03 Milli Məclis bu gün büdcə zərfinin müzakirəsini yekunlaşdıracaq 14 Noyabr 2019, 08:54 Almaniyada miqrant alveri edən azərbaycanlılar tutuldu - ADLAR 14 Noyabr 2019, 08:46 Azərbaycanda valideynlik hüququndan məhrum edilənlərin ŞOK STATİSTİKASI 14 Noyabr 2019, 08:36 Kollecdə silahlı insident: 2 ölü, 3 yaralı 14 Noyabr 2019, 08:30 Türk serialları ölkəyə 500 milyon dollar gəlir gətirib 14 Noyabr 2019, 08:25 Dünyanın dini liderləri Bakıya TOPLAŞDI 14 Noyabr 2019, 08:13 Türkiyədə hərbi hissədə partlayış oldu 14 Noyabr 2019, 00:43 Mehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin borcu silindi - VİDEO 14 Noyabr 2019, 00:21 Türkiyə millisi Ermənistana şans vermədi 14 Noyabr 2019, 00:02 Azərbaycan nefti cüzi ucuzlaşıb 13 Noyabr 2019, 23:44 Bu ölkədə 5,9 bal gücündə zəlzələ oldu 13 Noyabr 2019, 23:25 Putin Braziliyaya yollandı 13 Noyabr 2019, 23:08 Ukrayna  Ermənistana qarşı... 13 Noyabr 2019, 22:47 Türkiyədə terror planlaşdıranlar ələ keçdi 13 Noyabr 2019, 22:30 Məcburi köçkün Gəncədə iş yerindən itkin düşdü 13 Noyabr 2019, 22:16 Şəmkirdə 2 avtomobil toqquşdu: xəsarət alan var 13 Noyabr 2019, 21:57 Ərdoğanla Tramp bir araya gəldi - VİDEO 13 Noyabr 2019, 21:43 Leyla Əliyeva Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyinə qatıldı - FOTO 13 Noyabr 2019, 21:25 Azərbaycanlılar ABŞ-da qəzaya düşdülər: ölən var, VİDEO 13 Noyabr 2019, 21:08 Bulvarda dənizə düşən şəxs xilas edildi 13 Noyabr 2019, 20:52 "El-Klasiko"nun vaxtı açıqlandı 13 Noyabr 2019, 20:38 Quba sakini dəm qazından boğuldu 13 Noyabr 2019, 20:27 BMT Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəldi 13 Noyabr 2019, 20:15 Sosial şəbəkədə narkotik vasitə satan şəxs yaxalandı 13 Noyabr 2019, 20:02 Gəncədə mikroavtobus piyadanı vurub 13 Noyabr 2019, 19:47 Ermənistan ali məktəblərində etiraz aksiyaları 13 Noyabr 2019, 19:36 Bakıda sürücülər arasında dava düşüb, xəsarət alan var 13 Noyabr 2019, 19:27 Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən siqaretlər aşkarlanıb 13 Noyabr 2019, 19:19