Arxiv
3 Noyabr 2019, 11:17 | DİASPOR
“Kanadaya gəlmək istəyən soydaşlarımız unutmasınlar ki...” - Azərbaycanı bu olkədə təmsil edən xanım - FOTOLAR

Əzmlidir, yorulmadan çalışmağı bacarır. Onun üçün müvəffəqiyyət qazanmaq çox əhəmiyyətlidir. Hansı işə əl qoydusa çalışır ki, sonu uğurla nəticələnsin. Şən, mehriban, gülərüz, incə zövqlü xanımdır. Fikirlərini elə ifadə edir ki, maraqlı olduğundan həmsöhbəti heyran qalır...

Haqqında söhbət açdığım Naznaz Sadıqova Bakıda dünyaya gəlib, bu şəhərdə böyüyüb başa çatıb. 1984-cü ildə 138 nömrəli orta məktəbi bitirib. Sonra modalar atelesində işə başlayıb. Əvvəlcə adi dərzi olub, sonradan şəxsi atelesini yaradaraq, şəhərin ən yaxşı modelyerlərindən biri kimi nüfuz qazanıb. Müxtəlif moda yarışlarında yer tutub, mükafata layiq görülüb. 1994-1999-cu illərdə Azərbaycan Dövlət Dillər Universittində ingilis dilinin filologiyası fakültəsində ali təhsil alıb. Və bir gün əslən Cənubi Azərbaycandan olan soydaşımız Yusiflə ailə qurduqdan sonra Kanadaya köçüb...


Deyir: “Uzun illərdir ki, Yusiflə evliyik. Söyləsəm, inanmayacaqsız. Biz hələ də bir-birimizə “siz” deyə müraciət edirik. Bizi tanıyanlar bunun səbəbini soruşsalar da, cavab verməyə çətinlik çəkirik...”.


2006-cı ildən Kanadanın Toronto şəhərində məskunlaşan Naznaz xanım əvvəlcə övladlarının tərbiyəsi ilə məşğul olub. Bir müddət uşaq bağçası müəllimi ixtisasına yiyələnmək üçün kurslara gedib. 2009-cu ildə “Chanel” şirkətində modelyer kimi işə başlayıb. 2017-ci ilədək orada şöbə meneceri vəzifəsinədək yüksələ bilib. Bir neçə ildir ki, Torontonun “Moda həftəsi müsabiqəsi”nə məşhur modelyerlərlə birlikdə kolleksiyalar hazırlayır...


...Ömür-gün yoldaşı Yusif Savalan məşhur Azərbaycan şairi Məhəmməd Hadinin şəcərəsindəndir. Əslən Şamaxıdan olsa da, Təbrizdə anadan olub. Torontoda daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olur və həmçinin “Kişi salonu”na rəhbərlik edir. Bundan əlavə o, 2009-cu ildə “Kanadada Azərbaycan İncəsənət Mərkəzi”ni yaradıb. Həmin mərkəzin xətti ilə Azərbaycan naminə müxtəlif tədbirlər həyata keçirir. Eyni zmanda, müğənni kimi də fəaliyyət göstərir. Milli musiqimizi əcnəbilər arasında layiqincə təbliğ edir.

İki övladı var. Qızı Dəniz 14, oğlu Ayaz isə 13 yaşındadırlar. Hər ikisi də ana dili ilə yanaşı, ingilis, fransız dillərində sərbəst danışmağı bacarır...


Naznaz xanım Azərbaycan aşiqidir. Kanadada vətənimizlə bağlı keçirilən elə bir tədbir olmayıb ki, orada fəal iştirak etməsin. Bu günlərdə həyat yoldaşının rəhbərlik etdiyi “Kanadada Azərbaycan İncəsənət Mərkəzi”nin təşkil etdiyi Nəsiminin 650 illik yubileyinə həsr olunan "Əbədiyyət üfüqlərində doğan eşq günəşi" adlı tədbirin də əsas təşkilatçılarından biri o, olub...


Mütaliəni xoşlayır, Kanada mətbuatını mütamadi izləyir. Ədəbiyyat vurğunudur. Demək olar ki, Musa Yaqub, Fikrət Qoca, Ramiz Rövşən, Zəlimxan Yaqub və Nüsrət Kəsəmənlinin əksər şeirlərini əzbər bilir. Mətbəxdə çalışmaqdan, Azərbaycanın milli təamlarını hazırlamaqdan zövq alır...


Deyir ki, Kanadaya gəlmək istəyən soydaşlarımız əgər dolanışıq xətrinə gəlmək istəyirlərsə unutmasınlar ki, burada da nöqsanlar yetərincədir.

“Burada rüşvət də var, tanışlıqla iş görmək də. Buranın da öz yoxsulları, evsiz-eşiksizləri var. Kanadaya gəlmək istəyən hər bir soydaşımızın qarşısında yeganə məqsəd - əzmlə çalışmaq, yerli əhaliyə qaynayıb-qarışmaq- olmalıdır”...


Yüksək mədəniyyəti, kübar davranışı ilə ürəkləri fəth edən bu xanımın ən böyük arzusu isə “Kanadada Azərbaycan Mədəniyyət Evi”nin tezliklə istifadəyə verilməsidir...


Elman Eldaroğlu

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiyalı deputat bu hərəkətinə görə ermənilər tərəfindən hədələnir - FOTO 13 Noyabr 2019, 13:00 Rafael Cəbrayılov rəsmən məhkəmə qarşısına çıxır 13 Noyabr 2019, 12:59 Deputat elektromobilləri bütün rüsumlardan azad etməyə ÇAĞIRDI 13 Noyabr 2019, 12:56 Sosial şəbəkələrdə narkotik satan dəstənin üzvü tutulub 13 Noyabr 2019, 12:51 ATƏT Tərtərdə monitorinq keçirdi 13 Noyabr 2019, 12:49 “Real”dan “PSJ”-yə Mbappe üçün fantastik transfer TƏKLİFİ 13 Noyabr 2019, 12:44 Oqtay Əsədov deputatlara XƏBƏRDARLIQ ETDİ 13 Noyabr 2019, 12:36 Deputat maliyyə amnistisiyası TƏKLİF ETDİ 13 Noyabr 2019, 12:30 "Sənədsiz məktəbli qalmasın” aksiyasına yenidən start verilib - FOTO 13 Noyabr 2019, 12:22 Yanvardan pensiyalar bu qədər ARTACAQ 13 Noyabr 2019, 12:15 Marketlərdən seyf oğurlayan şəxslər tutuldu 13 Noyabr 2019, 12:07 Milli Məclisdə büdcə müzakirələri DAVAM EDİR 13 Noyabr 2019, 12:04 Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ABŞ-a səfərə gedib - VİDEO 13 Noyabr 2019, 12:00 Elinanın anası apelyasiya şikayəti verdi 13 Noyabr 2019, 11:52 Fuad Muradov Avstriyada yaşayan azərbaycanlılarla görüşüb - FOTO 13 Noyabr 2019, 11:45 “O, deputat nədir, adamlığa layiq deyil” - Rəqibindən Araz Əlizadəyə SƏRT MESAJ 13 Noyabr 2019, 11:45 Bakıda yolu bağlayıb “qoçuluq” edənlər tutuldu - VİDEO 13 Noyabr 2019, 11:40 İnam Kərimov iki rəhbər şəxsi işdən uzaqlaşdırdı 13 Noyabr 2019, 11:34 Nazirlik nostrifikasiya ilə bağlı sənəd qəbulunu dayandırdı 13 Noyabr 2019, 11:33 Yeni Təhsil naziri təyin olunub - Gürcüstanda 13 Noyabr 2019, 11:27 Nazirlik Bakı Beynəlxalq Avtovağzal Kompleksində yoxlamaya BAŞLADI 13 Noyabr 2019, 11:24 Bakıda 570 güzəştli mənzildən neçəsi rəsmiləşdirilib? - AÇIQLAMA 13 Noyabr 2019, 11:20 Ermənilər Kəlbəcər qızılını Rusiyaya satır – Hər il 80 milyon dollar qazanırlar 13 Noyabr 2019, 11:15 İcra başçısı vətəndaşların problemilə yerində tanış olub   13 Noyabr 2019, 11:13 Niyə öskürürük?   13 Noyabr 2019, 11:03 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə olan müraciətlər nə barədədir?... 13 Noyabr 2019, 11:03 Elşad Həsənov kollektivə təqdim olundu 13 Noyabr 2019, 10:54 Tramp Ərdoğana 100 milyard dollarlıq təklif etdi 13 Noyabr 2019, 10:53 Qan yaddaşımızın “Söz Aynası 13 Noyabr 2019, 10:51 Eldar Əzizov Sabunçuda: “Prezident qarşımıza tapşırıq qoyub” 13 Noyabr 2019, 10:45 Növbəti “Məktəb seminarları” Xəzər və Pirallahda 13 Noyabr 2019, 10:42 Mirqafar Seyidova ağır itki üz verib  13 Noyabr 2019, 10:38 Müsavat başqanının müavininə 15 sutka həbs verildi 13 Noyabr 2019, 10:32 Məktəblər arasında respublika çempionatı davam edir 13 Noyabr 2019, 10:25 İcbari tibbi sığorta: kimlər, nə qədər ödəməlidir? 13 Noyabr 2019, 10:17