Arxiv
4 Noyabr 2019, 09:42 | HADİSƏ
Azərbaycan-İran sərhədində növbəti İNSİDENT - 1 nəfər öldürüldü, 2 nəfər...

Noyabrın 3-də saat 04:50 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 1 nəfər naməlum şəxsin döv­lət sərhədini pozaraq mühəndis çəpərinə yaxınlaşması mü­şa­hidə olunub.

 

Bu barədə Modern.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

 

Sərhəd zastavası "Silaha" komandası üzrə qaldırılıb, xid­məti əra­zi tam qapadıl­ıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sər­həd pozu­cusu təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. La­kin sərhəd pozu­cu­su əmrə tabe olmayıb, üzərindəki çantanı ataraq İran istiqamətində qaçmağa cəhd göstər­ib.

 

Bildirilib ki, "Dövlət sərhədi haqqında" qanunu­n tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən sərhəd pozucusuna qarşı silah tətbiq olun­muş və sərhəd pozucusu aldığı güllə yarasından hadisə yerin­də və­fat edib. Zərərsizləşdirilən sərhəd pozucusuna və əraziyə baxış za­manı 1 ədəd qara çantada ümumi çəkisi təxminən 12 kq 340 qram olan müxtəlif növ nar­­­kotik vasitələr, 1 ədəd “Pietro Beretta” markalı tapança, 1 ədəd daraq, 8 ədəd patron aş­kar olun­ub.

 

Hadisə yerinin bilavasitə yaxınlığında sərhəd pozucusunu qarşı­layan göy rəngli "Niva" markalı 99-FC-999 dövlət nömrə nişanlı avto­mobildə Biləsuvar rayonunun sakini 1991-ci il təvəllüdlü Həsənov Elgün Həsənxan oğlu və Mingəçevir rayonunun sakini 1995-ci il təvəllüdlü Nəsirzadə Orxan Məhəmməd oğlu şübhəli şəxs qismində saxlanıl­ıblar. Araşdırma nəticəsində zərərsizləşdirilən sərhəd pozucusunun Cəlilabad rayonunun sakini 1994-cü il təvəllüdlü Əmirov Tural Əliəşrəf oğlu olması və oktyabr ayının 31-də “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsindən keçməklə İran İslam Respublikasına getməsi müəyyən edilib.

 

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Lən­kəran Hərbi Prokurorluğunun əmək­daşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hə­rə­kət­ləri həyata keçirilir.

 

Dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xaricdə təhsil alan azərbaycanlı gənclərin sayı AÇIQLANDI   15 Noyabr 2019, 15:56 Bakıda Milli Qəhrəmanın heykəli qoyuldu 15 Noyabr 2019, 15:38 İcra başçısı Xəsədərli kəndində səyyar qəbul keçirib 15 Noyabr 2019, 15:36 Ölkəyə qanunsuz dərman keçirmək istədi - Foto 15 Noyabr 2019, 15:22 İlham Əliyev bir qrup din xadimini qəbul edib - FOTO 15 Noyabr 2019, 15:16 Bakıdakı yanğından son xəbər - 15 nəfər zəhərlənib 15 Noyabr 2019, 15:15 Prezident Bilal Əliyevə mənzil bağışladı 15 Noyabr 2019, 15:07 Əliyar Ağayev Avro-2020 oyununa təyinat aldı 15 Noyabr 2019, 15:02 Bu ilin 10 ayında alıcılar ən çox bu mallara pul xərcləyib 15 Noyabr 2019, 14:57 Azərbaycanın qeyri neft-qaz sektorunda əlavə dəyər artıb 15 Noyabr 2019, 14:55 "Nəsimi ili" müsabiqəsinə yekun vuruldu 15 Noyabr 2019, 14:48 Azərbaycanın mal alıb-satdığı ölkələrin SİYAHISI 15 Noyabr 2019, 14:46 Əbülfəs Qarayev və müavinləri vətəndaşlarla görüşüb - FOTO 15 Noyabr 2019, 14:39 Naftalandakı Regional Bərpa Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verildi 15 Noyabr 2019, 14:35 Azərbaycanda avtomobillərə pərdə qadağası götürülür - Sürücülərə ŞAD XƏBƏR 15 Noyabr 2019, 14:32 “AzerGold” QSC İSO beynəlxalq standart sertifikatlarına layiq görülüb   15 Noyabr 2019, 14:31 Ən bahalı küçələrin SİYAHISI 15 Noyabr 2019, 14:10 Dünya erməniləri Qarabağ üçün pul toplayacaq 15 Noyabr 2019, 14:05 BDU-nun bütün əməkdaşlarına mükafat veriləcək 15 Noyabr 2019, 14:04 UNEC-də yeni Tələbə-rektor seçilib 15 Noyabr 2019, 13:56 Ekoloqdan hava dəyişkənliyi barədə: “Yeni buzlaq dövrünə qədəm qoymuşuq” 15 Noyabr 2019, 13:50 Putinin jurnalistlər üçün mətbuat konfransının vaxtı AÇIQLANDI 15 Noyabr 2019, 13:46 “Gələn il pensiya və maaşların artım tempi yerində saymayacaq” - Deputat 15 Noyabr 2019, 13:46 DİM dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçirəcək 15 Noyabr 2019, 13:36 Xilaskar təbib 15 Noyabr 2019, 13:19 Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın hava proqnozu 15 Noyabr 2019, 13:05 Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsi qəbul edildi 15 Noyabr 2019, 12:56 Nazirlikdən Balakəndəki qətllə bağlı AÇIQLAMA 15 Noyabr 2019, 12:50 Almaniya Azərbaycanlıları Alyansından mühacir alverçiləri ilə bağlı BƏYANAT  15 Noyabr 2019, 12:50 “Ayıbdır” deyib qız uşaqlarını ginekoloqa aparmamağın nəticəsi... - MÜSAHİBƏ 15 Noyabr 2019, 12:42 Ermənistan BMT-də Ukraynanın ərazi bütövlüyünə qarşı çıxdı 15 Noyabr 2019, 12:35 Dünənki qəzalarda 4 nəfər ölüb 15 Noyabr 2019, 12:27 Tələbələrin işlə təminatı üçün imkanlar yaradılır 15 Noyabr 2019, 12:27 Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinə getdi 15 Noyabr 2019, 12:26 Məktəblilərimiz beynəlxalq yarışlardan qızıl medalla qayıdıblar 15 Noyabr 2019, 12:16