Modern.az

Elçin Əlibəyli onu döyən qonşusu ilə BARIŞDI

Elçin Əlibəyli onu döyən qonşusu ilə BARIŞDI

5 Noyabr 2019, 23:46

Teleaparıcı Elçin Əlibəylinin Olimpiya çempionu Namiq Abdullayevin qardaşı Natiq Abdullayev tərəfindən döyülməsi faktı araşdırılıb və məsələyə nöqtə qoyulub.

Modern.az-ın məlumatına görə, bu barədə E.Əlibəylinin özü bildirib:

“Mənə dəyər verib, çətin anımda yanımda olan dostlar! Gün ərzində Sizin dəstəyinizi və diqqətinizi hiss etdim! Buna görə xüsusi təşəkkür! Sosial şəbəkədə yazdığım statutsa DİN tərəfindən dərhal reaksiya verildi və başda cənab nazir, general-polkovnik Vilayət Eyvazov olmaqla məsələnin həlli üçün çevik addımlar atıldı. Bakı Şəhəri Baş Polis İdarəsi məsələyə müdaxilə edərək, mənim tapdalanmış haqqımı bərpa etmək üçün dərhal tədbirlər gördü.
 Bakı Şəhəri Baş Polis İdarəsinin rəisi general-mayor Mirqafar Seyidov, İstintaq İdarəsinin rəisi polkovnik Nazim İsmayılov və digər əməkdaşlar xüsusi diqqətlə məsələnin həllinə nail oldular. Həmçinin, Yasamal rayon 29-cu Polis bölməsinin rəsi, polvoknik Ayxan Bağırov bu məsələdə haqqın tərəfində durdulər. Bira daha əmin oldum ki, Azərbaycan polisi dğvlətimizin, vətəndaşıarın keşiyində durmaqla bərabər, insanlara xüsusi qayğı və diqqət göstərirlər. Qonşumla ola mübahisədə məhz polislərin iradəsi ilə razılıq əldə edib, barışdıq. Düşmən olmaq mənim prinsiplərimə ziddir!. Əziz dostlarım və mətbuatda çalışan həmkarlarım, mənə göstərdiyiniz qayğıya görə Sizə təşəkkür edir, ehtiramla önünüzdə baş əyirəm!”.


A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir