Arxiv
6 Noyabr 2019, 09:52 | MEDİA
Modern.az-ın baş redaktoru deputat Elxan Süleymanovun ittihamlarına CAVAB VERDİ

Deputat Elxan Süleymanov Mətbuat Şurasının sədri Əflatun Amaşova açıq məktub yazıb. Elxan Süleymanov məktubda Modern.az saytında dərc edilən “Yaşlı deputatlar xanım köməkçilərə üstünlük verir” başlıqlı yazı ilə bağlı hiddətini ifadə edib. Onun iddiasına görə, “həmin yazı  cəmiyyətdə mənəviyyatsızlıq toxumları səpir və bilərəkdən yaşlı deputatları üstüörtülü şəkildə namussuzluq və şərəfsizlik kimi qeyri-insani əməllərdə suçlayır”.


Modern.az
saytının baş redaktoru Əfqan Qafarlı “Yeni Sabah”a açıqlamasında deyib ki, Elxan Süleymanov Mətbuat Şurasına ünvanladığı məktubda fikirlərini çox aqressiv şəkildə ifadə edib:

“Az qala Modern.az saytını asıb-kəsməyə çalışır... Ola bilsin ki, son günlər mətbuatda pensiya yaşını keçmiş məmur və deputatlar barədə dərc olunan yersiz yazılar Elxan müəllimi də özündən çıxarıb və o da bütün acığını Modern.az-a yönəldib.

Elxan Süleymanovun Modern.az saytının 4 noyabr 2019-cu il tarixli “Yaşlı deputatlar xanım köməkçilərə üstünlük verirlər...” adlı məqaləsini  alçaldıcı yazı kimi təqdim etməsi əsassız iddiadır və başadüşülən deyil. 

Yazıda deputatlara öz işlərində xanım köməkçilərin yardım etdiyi diqqətə çatdırılıb. Bu informasiya da Milli Məclisin öz saytından götürülüb. Elxan müəllim çox uzağa gedərək, iddia edir ki, yazı cəmiyyətdə mənəviyyatsızlıq toxumları səpir və bilərəkdən yaşlı deputatları üstüörtülü şəkildə namussuzluq və şərəfsizlik kimi qeyri-insani əməllərdə suçlayır. Hardadı həmin suçlama? Yazıda qeyri-adi, üstüörtülü ifadələr harda qeyd olunub? 

Xanımlar bizim baş tacımızdır və cəmiyyətimizdə onlara daim xüsusi hörmət və ehtiram mövcud olub, düşünürük ki, həmişə də belə olacaq.

Elxan müəllimdən xahiş edirik ki, fikirlərini ifadə edəndə jurnalistlərə iftira atmasın, hansısa cümləni başqa yerə yozmasın, yaşlı insan kimi nümunə göstərsin.  Yox, yenə başqa cür fikirləşirsə, bu artıq onun öz işidir”. 


Baş redaktor bildirib ki, Milli Məclislə sıx işgüzar münasibətlər quran Modern.az saytı heç vaxt kimliyindən asılı olayaraq hansısa deputata qarşı qərəzli, sifarişli, təhqiramiz yazılar dərc etməyib.

“Əksinə, həmişə başqalarının “vurduğu” deputatlara öz fikirlərini cəmiyyətə çatdırmaq üçün tribuna vermişik.

Məsələn, deputatlara yaşlarına görə mənfi yanaşma az qala kampaniya halını alanda biz dərhal yaşlı nəslin nümayəndələrindən olan millət vəkillərinə öz fikirlərini cəmiyyətə təqdim etməyə şərait yaratdıq”, -deyə Əfqan Qafarlı vurğulayıb.


Baş redaktor əlavə edib ki, Milli Məclisə seçkilərdə namizədlərə yuxarı yaş həddi qoyulmadığı bəllidir:

“Biz də yazılarımızda da heç vaxt bu məqamı qabartmamışıq. Elxan Süleymanov düz deyir, biz də Modern.az olaraq hesab edirik ki, elə yaşlı deputat və ya məmur var ki, o, bacarığına, savadına, nitq qabiliyyətinə və digər keyfiyyətlərinə görə bəzi gənclərə nümunə ola bilər və belə insanların təcrübəsindən həmişə istifadə olunmalıdır”.

Məlumat üçün deyək ki, sözügedən yazı deputat köməkçiləri ilə bağlıdır. Milli Məclisin saytına istinadən hazırlanan materialda bildirilir ki, yaşlı deputatların köməkçiləri əsasən xanımlardır. Yazıda həmin deputatlardan bəzilərinin, o cümlədən də Elxan Süleymanovun adı qeyd edilib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağstafada 4 otaqlı ev yandı 24 Sentyabr 2021, 00:52 Daha bir ölkədə vulkan püskürdü 24 Sentyabr 2021, 00:50 ABŞ İsrailin raket sistemləri üçün 1 milyard dollar ayırır 24 Sentyabr 2021, 00:37 Şahmatçılarımız Avropada növbəti dəfə qələbə qazandılar 24 Sentyabr 2021, 00:19 Mediasiya Şurasının geniş iclası keçirildi 24 Sentyabr 2021, 00:08 Qardaşı Mübariz Mənsimovu məhkəməyə verdi 23 Sentyabr 2021, 23:55 Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü - FOTO 23 Sentyabr 2021, 23:40 Rusiyada hərbi helikopter yoxa çıxıb 23 Sentyabr 2021, 23:34 Azərbaycan Ermənistanı beynəlxalq məhkəməyə verdi 23 Sentyabr 2021, 23:13 NATO-nun iki hərbi gəmisi Qara dənizə girdi 23 Sentyabr 2021, 22:58 BMT-nin missiya rəhbəri Kabilə qayıtdı 23 Sentyabr 2021, 22:40 XİN başçısı slovakiyalı həmkarı ilə görüşdü 23 Sentyabr 2021, 22:21 Ceyhun Bayramov Baş katiblə müzakirələr aparıb 23 Sentyabr 2021, 22:07 Türkiyə əhalisinin 69%-dən çoxu tam peyvəndlənib 23 Sentyabr 2021, 21:51 Şəhid tabor komandirinin xatirəsi anıldı - FOTOLAR 23 Sentyabr 2021, 21:36 Sabiq partiya sədrinə YAP-ın vəsiqəsi verildi 23 Sentyabr 2021, 21:28 Türkiyəli futbolçu rəsmən “Barselona”da 23 Sentyabr 2021, 21:12 “Azərbaycan Opera İnciləri” filmi təqdim olundu 23 Sentyabr 2021, 21:01 FHN hava ilə bağlı əhaliyə müraciət etdi 23 Sentyabr 2021, 20:48 “ABŞ-la düşmən yox, dost olmaq istəyirik” - Ərdoğan 23 Sentyabr 2021, 20:32 Azərbaycanda ali təhsil almağın QİYMƏTİ - İllik 6500 manat... 23 Sentyabr 2021, 20:18 Sel bəzi rayonları su, qaz və işıqsız qoydu 23 Sentyabr 2021, 20:15 Çimərlik güləşçimiz dünya çempionu oldu 23 Sentyabr 2021, 20:14 Ərdoğan Putinlə görüşdə bu məsələləri müzakirə edəcək 23 Sentyabr 2021, 20:06 Blinken fransalı həmkarı ilə görüşəcək 23 Sentyabr 2021, 19:53 “İğdırdan Naxçıvana dəmir yolu çəkiləcək” - Ərdoğan 23 Sentyabr 2021, 19:39 Ərdoğan: “Paşinyandan müsbət mesajlar alırıq” 23 Sentyabr 2021, 19:27 İƏT nümayəndələri ANAMA-da olub 23 Sentyabr 2021, 19:13 Nizami Gəncəvi Mərkəzinin üzvləri Ərdoğanla görüşdülər 23 Sentyabr 2021, 19:10 Özbəkistan Prezidenti Eldar İbrahimovu təltif etdi 23 Sentyabr 2021, 19:08 Zaqatalada çayda batan kişinin meyiti tapıldı - VİDEO 23 Sentyabr 2021, 18:56 Fərid Qayıbov Azərbaycan Güləş Federasiyasında - FOTOLAR 23 Sentyabr 2021, 18:45 Naxçıvanda şəhid ailələrinə medallar təqdim olundu   23 Sentyabr 2021, 18:36 Həkim: “Böyrək daşını əritmək üçün dərman yoxdur” 23 Sentyabr 2021, 18:24 Şəhidlərimiz dini məbədlərdə yad olunacaq   23 Sentyabr 2021, 18:14
SORĞU Hansı vaksinə etibar edirsiniz?