Modern.az

Göyçayda ağır qəza: 4 yaralı var - Nazirlik məlumat yaydı

Göyçayda ağır qəza: 4 yaralı var - Nazirlik məlumat yaydı

6 Noyabr 2019, 10:04

Səhiyyə Nazirliyi Göyçayda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanlarla bağlı məlumat yayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Göyçayda rayon mərkəzində "Qazel" markalı yük avtomobili ilə "VAZ-2106" markalı minik avtomobilinin toqquşması ilə baş verən yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 4 nəfər kişi Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlardan 3-ü lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. 4-cü şəxs isə çanaq, burun və əlin sınıqları diaqnozu ilə xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib.

Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər