Modern.az

Azər Qasımlı ReAl Partiyasından istefa verdi - YENİLƏNİB

Azər Qasımlı ReAl Partiyasından istefa verdi - YENİLƏNİB

Aktual

6 Noyabr 2019, 11:35

ReAl Partiyasının əsas funsionerlərindən biri istefa verib.

Modern.az xəbər verir ki, ReAl Partiyasının Məclis sədri Azər Qasımlı bu gün keçirdiyi mətbuat konfransında partiyadan istefa verdiyini açıqlayıb.

O bildirib ki, partiya sədri İlqar Məmmədovun etdiyi yeni təkliflərə görə istefa verib:

"Belə bir vəziyyətdə mən bu partiyada qala bilmərəm. Mən özümü bu partiyada, strukturda görmürəm və getmək qərarına gəlmişəm. Siyasi mövqeyimi dəyişməmişəm və indiki mərhələdə partiya yaratmaq kimi bir fikrim yoxdur.

İlqar Məmmədovun təklif etdiyi layihə bizim qurduğumuz təşkilatı məhv edəcək, partiyanı Kommunist partiyasına çevirəcək. İdarə heyətini heç kim təftiş edə bilməyəcək. Məclisin olmaması isə o deməkdir ki, idarə heyətini məsuliyyətə cəlb edəcək, ondan hesabat tələb edəcək hansısa qurum olmayacaq. Siz təsəvvür edin ki, hazırda ölkəmizdə fəaliyyət göstərən, hətta 1990-cı illərdə yaradılan siyasi partiyaların strukturunda belə bu cür biabırçı vəziyyət yoxdur".

Qeyd edək ki, ReAl Partiyası qurultay keçirməyə hazırlaşır və bununla bağlı partiya Məclisi buraxılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var