Arxiv
6 Noyabr 2019, 13:17 | AKTUAL
ReAl Partiyası İlqar Məmmədovun avtoritarlaşdığı barədə ittihamları CAVABLANDIRDI

“Nə İlqar Məmmədov avtoritarlaşa bilər, nə buna imkan yaradılar”.

Bu fikirləri Modern.az-a ReAl Partiyasının icra katibi Natiq Cəfərli söyləyib. O partiyanı tərk edən Azər Qasımlının İlqar Məmmədov haqqında səsləndirdiyi avtoritarlaşma iddialarına münasibət bildirib:


“ReAl Partiyasında həmişə demokratitk mühit olub. İdarə heyətinin üzvləri, Məclis sədri və digər şəxslər həmişə tənqdilərə açıq olublar. Daxili demokratiya bundan sonra da üst səviyyədə olacaq. İlqar Məmmədovun yeni modelə keçidlə bağlı təklifi reallaşdırıldıqdan sonra sədrin səlahiyyətləri azalacaq. ReAl-a toplaşan insanlar şəxsi uğur qazanmış şəxslərdir, onlar tək adam partiyası istəsəydilər, ReAl-ın yaradılmasının əhəmiyyəti olmazdı.

Azər bəyin bir qədər emosional davrandığını düşünürəm. Yeni təkliflərə uyğun olaraq, Məclisin hələlik ləğv olunmasını, yeni strukturun yaradılmasını bəzi məqamlarda şəxsi qəbul etdiyini düşünürəm. Bu normaldır. Hər kəsin şəxsi fikri var. Amma İlqar Məmmədovu avtoritarizmdə ittiham etmək yersizdir. Çünki ReAl-da bu mümkün deyil. Heç kim partiya daxilində avtoritarizmi reallaşdıra bilməz”.

N.Cəfərli xatırladıb ki, İlqar Məmmədov həbsdə olarkən, dəfələrlə partiya Məclisinə təkliflər göndərib. İcra katibi, partiyanın idarə heyətinin səsvermə keçirib, bəzi təklifləri qəbul etmədiyini vurğulayıb:

“Azərbaycan reallığında bunu edə biləcək ikinci partiya yoxdur və ola da bilməz. Beləlikələ, nə İlqar Məmmədov avtoritaritarlaşa bilər, nə buna imkan yaradılar. Əksinə yeni struktur daha effektiv idarəetməyə, seçkiyə hesablanmış şəkildə qurulacaq. Sədrin hesabatlı olmasını təmin edəcək. Qurultaydan sonra İlqar Məmmədovun səlahiyyətləri xeyli azalacaq”.


N.Cəfərli qurultaydan sonra Azər Qasımlının yenidən partiyaya dəvət edilib-edilməyəcəyi haqqında sualımıza isə belə cavab verib:


“Biz Azər bəyi bu gün də dəvət etdik. Son toplantıda dəfələrlə İlqar bəy də, mən də təklif etdik. Emosional vəziyyəti keçdikdən sonra, daha rasional düşüncəyə qayıtdıqda, yenidən Azər bəyi aramızda görməyə şad olarıq. O, dostumdur, harada olmasından asılı olmayaraq, yaxşı münasibətlərimiz qalacaq.  Azər bəyə gələcək işlərində uğurlar arzu edirəm. Amma düşünürəm ki, bir müddət sonra onu yenidən aramızda görə biləcəyik”.


Qeyd edək ki, ReAl Partiyasının Məclis sədri Azər Qasımlı bu gün keçirdiyi mətbuat konfransında partiyadan istefa verdiyini açıqlayıb. O, İlqar Məmmədovun təklif etdiyi yeni idarəçilik layihəsi ilə razılaşmır. A. Qasımlı bildirib ki, yeni təkliflər təşkilatı məhv edəcək, partiyanı Kommunist partiyasına çevirəcək. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu ölkədə dar küçədə siqaret çəkmək qadağan edildi 14 Avqust 2020, 19:21 BMT Təhlükəsizlik Şurasının iclası çağırılsın - Putin 14 Avqust 2020, 19:08 Ümumi daxili məhsulun həcmi açıqlanıb 14 Avqust 2020, 18:55 ARB və Xəzər TV-nin yayımı 3 saatlıq dayandırılacaq 14 Avqust 2020, 18:48 Bakı, Sumqayıt və İmişlidə silahlı şəxslərə qarşı ƏMƏLİYYAT 14 Avqust 2020, 18:32 Ceyhun Bayramov Yaponiyanın yeni səfirini qəbul etdi 14 Avqust 2020, 18:28 Azay Quliyev seçicilərlə videogörüş keçirib     14 Avqust 2020, 18:24 Azərbaycanda təhsil sistemi keyfiyyətcə yeni inkişaf müstəvisinə qədəm qoyub - Deputat 14 Avqust 2020, 18:20 Dollar yeni həftəyə belə başlayacaq 14 Avqust 2020, 18:17 Azərbaycanın dövlət büdcəsində kəsir yarandı 14 Avqust 2020, 18:10 Müdafiə Nazirliyindən ermənilərin “Gəncəni vurarıq” təhdidinə REAKSİYA 14 Avqust 2020, 18:05 Səfir: “Türkiyə ilə Azərbaycanın düşmənləri kimdirsə, baxıb qısqansınlar” – MÜSAHİBƏ 14 Avqust 2020, 17:59 Naqif Həmzəyev: Türkiyənin Minsk Qrupu həmsədrləri sırasına daxil edilməsi ən optimal variantdır 14 Avqust 2020, 17:54 Vahid Əhmədov seçicilərini onlayn qəbul edib 14 Avqust 2020, 17:48 Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri ilə görüşdü 14 Avqust 2020, 17:42 Bərdədə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərildi 14 Avqust 2020, 17:36 Daha 400 Taliban döyüşçüsü azadlığa buraxıldı 14 Avqust 2020, 17:30 Nazirlik “Qanun” nəşriyyatından video YAYDI 14 Avqust 2020, 17:24 Azərbaycanda daha 103 nəfər koronavirusa yoluxdu - 3 nəfər öldü 14 Avqust 2020, 17:18 ABŞ Venesuelaya gedən İran tankerlərindən yanacağı müsadirə etdi  14 Avqust 2020, 17:12 Türkiyədə axtarışa verilən 2 terrorçu məhv edildi 14 Avqust 2020, 17:11 Kanadada vətəndaşlar baş naziri və hökuməti hədələyirlər 14 Avqust 2020, 17:10 Polisdən vətəndaşlara Məhərrəm ayı və Aşura günü XƏBƏRDARLIĞI 14 Avqust 2020, 17:04 Belarus müxalifəti hakimiyyəti təhvil almaq üçün Koordinasiya Şurası YARATDI 14 Avqust 2020, 16:58 Əli Əsədov yeni vəzifəsində ilk tapşırığını verdi 14 Avqust 2020, 16:52 Oqtay Şirəliyev xaricdən gələn həkimlərlə görüşdü 14 Avqust 2020, 16:46 DİN-dən Şahbaz Xuduoğlunun iddialarına CAVAB 14 Avqust 2020, 16:40 15 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı - FOTOLAR 14 Avqust 2020, 16:34 Tələbələrin köçürülməsi qaydası açıqlandı 14 Avqust 2020, 16:28 Sayğaclara müdaxilə etmək mümkündür? - "Azərişıq"dan açıqlama 14 Avqust 2020, 16:22 “İtaliya mətbuatında ermənilərin növbəti yalanları ifşa olunub”  14 Avqust 2020, 16:16 Nişan mərasimi keçirənlərin işi məhkəməyə göndərildi 14 Avqust 2020, 16:10 13 erməni öldü, 300-dən çoxu yaralandı - RƏSMİ 14 Avqust 2020, 16:04 Azərbaycanda yüksək vəzifəli məmur işdən çıxarıldı 14 Avqust 2020, 16:03 Tələbələrin köçürülməsinin vaxtı açıqlandı   14 Avqust 2020, 15:58