Arxiv
7 Noyabr 2019, 09:31 | PARLAMENT
Deputatların büdcə təklifləri… “Fərqli baxışların polemikaları oldu”

Milli Məclisdə 2020-ci ilin büdcə zərfinin müzakirələri davam edir.

Modern.az xəbər verir ki, noyabrın 5-i, 6-sı və 7-ni əhatə edəcək büdcə müzakirələrində bütün komitələr iştirak edəcək.

Noyabrın 5-i keçirilən müzakirələrdə iştirak edən deputat Aydın Mirzəzadə Modern.az-a açıqlamasında bildirib ki, hökumətin iqtisadi blokuna daxil olan nazirlik və sahə rəhbərlərinin hamısı orada iştirak edib:

“Hamı gələn ilin büdcəsi ilə bağlı fikirlərini bildirdi. Çox canlı, maraqlı müzakirə keçirildi. Təqribən 3 saat yarım ərzində nazirlər dinlənildi, ayrı-ayrı deputatlar öz təkliflərini verdi. Hətta mən deyərdim ki, fərqli baxışların polemikaları da oldu.

Gələn il büdcəmiz 4 milyard manata qədər artır. Bu o deməkdir ki, hökumət işləyir, prezidentin iqtisadi kursu konkret nəticələrini verib. Müdafiədən tutmuş, sosial müdafiəyə qədər ayrı-ayrı sahələrdə artım gözlənilir.

Diqqəti cəlb edən ayrı-ayrı istiqamətlər üçün 200 minə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Bunun 130 mini daimi iş yeri, 17 mini özünü məşğulluq, 50 mini ictimai əmək olacaq. İnsanlar daha çox işlə təmin olunacaq. Bu iş yerlərinin böyük əksəriyyətinin regionlarda açılması nəzərdə tutulur”.

A.Mirzəzadə əlavə edib ki, sahibkarlara dəstək üçün çox böyük işlər görülür:

“Vergi, gömrük qanunvericiliyində dəyişikliklərin edilməsi sahibkarın maraqlarına uyğun daha çevik, liberal mövqe tutulmasına gətirib çıxaracaq. Təhsil, mədəniyyət, səhiyyə sahəsinə böyük diqqət yetirilməsi gözlənilir.

Dünənki müzakirələri çox əhəmiyyətli hesab edirəm. Gələn ilin büdcəsinin təkcə qanunvericilər və iqtisadçılar arasında deyil, cəmiyyətdə də böyük maraq doğuracağına heç bir şübhəm yoxdur”.  

Deputat Tahir Mirkişili də 5 noyabrda, komitələrin birgə iclasında müzakirələrin aktiv keçirildiyini vurğulayıb:

“Ümumi olaraq büdcə zərfi makroiqtisadi situasiyaya görə hazırlanıb və dövlər başçısı tərəfindən aparılan iqtisadi və sosial islahatlara cavab verir. Bir neçə təklif də mənim tərəfimdən oldu. Əsasən xarici imvestisiyaların cəlb olunması üçün “bir pəncərə” sisteminin yaradılması, nağdsız ödənişlərin stimullaşdırılması, güzəştli kreditlərin verilməsi mexanizmlərinin dəyişdirilməsi və s. Sumqayıtda havanın zərərli maddələrdən qorunması üçün məişət tullantıları zavodunun inşasının dövlət investisiya proqramına salınması da tərəfimdən təklif edildi”.

Deputat Fazil Mustafa isə 5 noyabr müzakirələrində bir sıra təkliflərlə çıxış edib:


“Bir neçə komitənin birgə iclasında 2020-ci ilin büdcə layihəsi ilə bağlı bir çox məsələləri gündəmə gətirdim. Ölkədə əsas problem insanların pul qazanmasının yollarının bağlanmasıdır. Bununla bağlı sahibkarlıq fəaliyyətinə imkanların yaradılmasını, son vaxtlar yaradılan publik hüquqi şəxslərin dövlət tərəfindən maliyyələşmə mexanizmində dəqiqləşdirmələrin aparılmasını qeyd etdim. Həmçinin, 2020-ci ilin yanvarın 1-dən ölkədə bütün daşınmaz əmlaka icbari sığorta tətbiq olunmasının lüzumsuz olduğunu qeyd etdim. Əlil uşaqlar üçün ayda verilən müavinətin məbləğinin ən azı 3 dəfə artırılmasını, kitab və çap məhsullarına qoyulan 18%lik ƏDV sıfırlanmasını və bütün məktəbli geyimində olan uşaqların ictimai nəqliyyatdan pulsuz istifadəsinin təmin olunmasını irəli sürdüm”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bir gündə yol qəzalarında 4 nəfər öldü - Rəsmi 21 Yanvar 2020, 10:36 Deputatlığa namizəd Anar Məmmədovun seçicilərlə görüşü davam edir - FOTOLAR 21 Yanvar 2020, 10:20 Silahlı insidentlə bağlı cinayət işi başlanıb - Şübhəli şəxs saxlanılıb 21 Yanvar 2020, 10:20 Rusiyada oteldə partlayış - 5 nəfər öldü 21 Yanvar 2020, 10:13 20 Yanvar faciəsinə görə 1 nəfər də cəzalandırılmayıb   21 Yanvar 2020, 10:02 Rza Zərrabın banan yeyən atı quru samana möhtac qalıb - FOTO 21 Yanvar 2020, 09:56 Azərbaycanlıların Rusiyaya axını gözlənilir - SƏBƏB 21 Yanvar 2020, 09:50 Seyid Əzim Şirvaninin nəticəsi Azərbaycana gəlmək istədi, Elxan Süleymanov aldatdı, Novruz Məmmədov mane oldu 21 Yanvar 2020, 09:42 Xəzərdə suyun səviyyəsi azalır -  Nazirlik: “Limanların fəaliyyətinə təsir edə bilər”   21 Yanvar 2020, 09:35 Cəbhədə gərginlik - pulemyotlar işə düşdü 21 Yanvar 2020, 09:28 Goranboyda qarda batan avtomobilə yardım edilib 21 Yanvar 2020, 09:21 Abay Kunanbayevin “Qara Sözü” Modern.az-da - Üçüncü söz 21 Yanvar 2020, 09:15 Manatın xarici valyutalara qarşı məzənnəsi AÇIQLANDI 21 Yanvar 2020, 09:10 Çingiz Qənizadədən seçicilərə VİDEOMÜRACİƏT 21 Yanvar 2020, 09:08 Azərbaycanda turizm bələdçiləri attestasiyadan keçiriləcək 21 Yanvar 2020, 09:04 ABŞ-ın İraqdakı səfirliyi raketlə vuruldu - FOTO 21 Yanvar 2020, 08:58 Qardaşla bacının üzərinə qaynar su dağıldı 21 Yanvar 2020, 08:52 Zelenski Putinlə münasibətindən danışdı 21 Yanvar 2020, 00:46 ABŞ yeni silahını nümayiş etdirdi – VİDEO 21 Yanvar 2020, 00:22 BBC-nin baş direktoru istefa verəcək 21 Yanvar 2020, 00:03 Azərbaycan Prezidenti Davosda müzakirələr apardı 20 Yanvar 2020, 23:47 Prezident İlham Əliyev Davosda "VTB Bank"ın prezidenti ilə görüşüb 20 Yanvar 2020, 23:35 Abşeronda qadını keçmiş əri bıçaqlayıb 20 Yanvar 2020, 23:22 Ərdoğan Haftarla danışıqlardan imtina etdi - SƏBƏB   20 Yanvar 2020, 23:06 Hökumət tam tərkibdə istefaya getdi 20 Yanvar 2020, 22:47 İmişlidə 16 yaşlı nişanlı qız intihar etdi 20 Yanvar 2020, 22:36 Serbiyada Qanlı Yanvar faciəsinin 30-cu ildönümü anıldı - FOTO 20 Yanvar 2020, 22:20 Siyəzəndə zəlzələ oldu 20 Yanvar 2020, 22:19 Bələdiyyələrin fəaliyyətlərini tənzimləyən normativ hüquqi aktlar 20 Yanvar 2020, 22:09 Türkiyənin bəzi məhsulları Azərbaycanda istehsal oluna bilər 20 Yanvar 2020, 21:53 Abşeronda mənzildən kişi meyiti tapıldı 20 Yanvar 2020, 21:37 Hikmət Hacıyev NATO Baş katibinin müavini ilə görüşdü 20 Yanvar 2020, 21:20 İstiqlal salnaməsinin qəhrəmanlıq səhifəsi 20 Yanvar 2020, 21:11 Azay Quliyev qazilərlə birlikdə 20 yanvar şəhidlərini anıb - FOTOLAR 20 Yanvar 2020, 20:50 Mingəçevir sakini odlu silahdan yaralandı 20 Yanvar 2020, 20:17
SORĞU Yeni parlamentdə kimlər olsun?