Arxiv
8 Noyabr 2019, 19:30 | AKTUAL
Xoyskinin nəvəsi İlham Əliyevə təşəkkür etdi - FOTO
Azərbaycanın ilk bayrağını görənlərdən biri olduğum üçün çox xoşbəxtəm".  

Modern.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri, daxili işlər, hərbiyə, ədliyyə və xarici işlər naziri olmuş Fətəli xan Xoyskinin qardaşı, general Hüseynqulu xan Xoyskinin nəvəsi Leyla xan Xoyski-Keykurun bildirib.

 

O, 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib:

 

"Mənim evim kiçik Azərbaycandır. Ona görə də Azərbaycandan gələn hər kəsə qapımı açıb qucaqlayıram. Mən Azərbaycan bayrağını hər bir azərbaycanlıdan bəlkə də daha çox sevirəm. Deməli, Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Fətəli xan Xoyski babam Adil xan Ziyadxanı fars dilini mükəmməl bildiyi üçün İrana səfir təyin etmişdi. Adil xan Ziyadxan Azərbaycanən üçrəngli bayrağını dizayn edən Əli bəy Hüseyinzadə ilə tez-tez görüşüb məsləhətləşirmiş. Həmin vaxt babam digər hökumət üzvləri ilə birlikdə dizayn edib hazırladıqları ilk beş üçrəngli Azərbaycan bayrağından birini özü ilə İrana aparmışdı.

 

Uşaq da olsam, bugünkü kimi yadımdadır. Bir gün anamla babamı ziyarətə getmişdik. Babamgilə divarda üçrəngli, kənarları qızılı pullarla işlənmiş parça gördüm. Rəngləri o qədər gözəl idi ki... Xalalarım bayrağın ətrafına qızıl pullar tikmişdilər, kəpənək formasında ortadan büzmüşdülər, par-par parıldayırdı. Çox xoşuma gəldi. Evin ən gözəl yerində asılmışdı. Xalalarımdan nə olduğunu soruşanda bunun bizim bayrağımız olduğunu dedilər. İlk dəfə bayrağımızı onda gördüm. Hər dəfə babamgilə gedəndə pianonun yanında oturub saatlarla bayrağımızı izləyirdim.

 

 

L.Xoyski ailəsinin 1921-ci ildə İrandan Türkiyəyə mühacirət etmək məcburiyyətində qaldığını deyib:

 

"Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra üçrəngli bayraq evimizə gətirildi. Təəssüf ki, evdən köçəndə həmin bayraq müəmmalı şəkildə yox oldu. Ya itdi, ya da oğurlandı.  Yəqin ki, kənarlarındakı qızıl pula görə götürmüşdülər. Sonralar xalam yağlı boya ilə bayrağımızın şəklini çəkdir və divara vurdu. Həmin rəsm evimizin ən əziz əşyası idi. Həqiqətən çox gözəl çəkmişdi. Sanki toxunsam, əlimdə hiss edəcəyəm kimi gəlirdi. Yəni bir gün belə evin divarı bayraqsız qalmadı".

 

O, ailəsində Azərbaycan bayrağın gördüyü sevginin sərhədsiz və sonsuz olduğunu vurğulayıb: “Mən gözümü açanda atam və anamın bayrağa olan böyük sevgisini gördüm. Həmin vaxt Azərbaycan bayrağı bir tək bizim evdə vardı. O bayraq mənə Azərbaycanda yaşadığımı hiss etdirirdi. Azərbaycandan biri gələndə gözlərim dolur, elə bilirəm atam, anam gəlir. Anam, atam, babam, nənəm, xalalarım hər gün yenidən Azərbaycana qayıtmaq arzusu ilə yaşayırdılar, Azərbaycanla nəfəs alırdılar. Mən onlarda bayrağa, vətənə olan sonsuz sevgini gördüm. Bir sözlə, 70 il vətən həsrəti ilə yaşayan atam və anamdan öyrəndim bayraq sevgisini. Həmin bayraq bizim üçün çox dəyərli, müqəddəs və toxunulmaz idi. Ümumiyyətlə, mənim üçün bayraq sevgisini sözlə ifadə etmək çətindir. İndi Azərbaycanın üçrəngli bayrağı hər yerdə dalğalanır. Bax, mənim üçün ən böyük qürur, xoşbəxtlik budur”.

 

L.Xoyski bu ilin sentyabr ayında “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalı ilə təltif olunduğuna görə Prezident İlham Əliyevə təşəkkür edib:

 

"Göstərdiyi böyük diqqət və qayğı üçün Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Mən ailəm adına bu medala layiq görüldüyüm üçün çox qürurluyam.  Mən bu medalı vətən, vətən deyə gözüyaşlı dünyadan köçən, babam, nənəm, atam, anam üçün aldım. Tək arzum Azərbaycanın müstəqilliyinin daimi olmasıdır. Baxın, bayraq yenə mənim ürəyimin üzərindədir. Yaşasın Azərbaycan, yaşasın Azərbaycan xalqı və Azərbaycan bayrağı!”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazir Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərini ELAN ETDİ 13 Noyabr 2019, 13:53 Sahil Babayev İşsizlikdən Sığorta Fondunun büdcəsindən DANIŞDI 13 Noyabr 2019, 13:50 Nazir müavini Ucarda dərs prosesini izləyib - FOTOLAR 13 Noyabr 2019, 13:47 Qarabağ separatçılarına qadın başçılıq edə bilər – FOTO 13 Noyabr 2019, 13:45 Cəlil Məmmədquluzadənin nəslinin davamçıları İLK DƏFƏ Azərbaycana gələcək 13 Noyabr 2019, 13:38 Deputatdan hökumətə ÇAĞIRIŞ: “İnsanları şərləyirlər, bizneslərini ələ keçirməyə cəhd edirlər” 13 Noyabr 2019, 13:35 Elmi impact məqalələrə görə Azərbaycan dünyada 92-ci yerdədir 13 Noyabr 2019, 13:27 Gələn ilin büdcə layihəsi I oxunuşda qəbul edildi 13 Noyabr 2019, 13:19 Sabahın hava proqnozu AÇIQLANDI 13 Noyabr 2019, 13:15 Qarabağın azərbaycanlı icmasından Lavrovun qalmaqallı fikirlərinə REAKSİYA 13 Noyabr 2019, 13:07 Rusiyalı deputat bu hərəkətinə görə ermənilər tərəfindən hədələnir - FOTO 13 Noyabr 2019, 13:00 Rafael Cəbrayılov rəsmən məhkəmə qarşısına çıxır 13 Noyabr 2019, 12:59 Deputat elektromobilləri bütün rüsumlardan azad etməyə ÇAĞIRDI 13 Noyabr 2019, 12:56 Sosial şəbəkələrdə narkotik satan dəstənin üzvü tutulub 13 Noyabr 2019, 12:51 ATƏT Tərtərdə monitorinq keçirdi 13 Noyabr 2019, 12:49 “Real”dan “PSJ”-yə Mbappe üçün fantastik transfer TƏKLİFİ 13 Noyabr 2019, 12:44 Oqtay Əsədov deputatlara XƏBƏRDARLIQ ETDİ 13 Noyabr 2019, 12:36 Deputat maliyyə amnistisiyası TƏKLİF ETDİ 13 Noyabr 2019, 12:30 "Sənədsiz məktəbli qalmasın” aksiyasına yenidən start verilib - FOTO 13 Noyabr 2019, 12:22 Yanvardan pensiyalar bu qədər ARTACAQ 13 Noyabr 2019, 12:15 Marketlərdən seyf oğurlayan şəxslər tutuldu 13 Noyabr 2019, 12:07 Milli Məclisdə büdcə müzakirələri DAVAM EDİR 13 Noyabr 2019, 12:04 Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ABŞ-a səfərə gedib - VİDEO 13 Noyabr 2019, 12:00 Elinanın anası apelyasiya şikayəti verdi 13 Noyabr 2019, 11:52 Fuad Muradov Avstriyada yaşayan azərbaycanlılarla görüşüb - FOTO 13 Noyabr 2019, 11:45 “O, deputat nədir, adamlığa layiq deyil” - Rəqibindən Araz Əlizadəyə SƏRT MESAJ 13 Noyabr 2019, 11:45 Bakıda yolu bağlayıb “qoçuluq” edənlər tutuldu - VİDEO 13 Noyabr 2019, 11:40 İnam Kərimov iki rəhbər şəxsi işdən uzaqlaşdırdı 13 Noyabr 2019, 11:34 Nazirlik nostrifikasiya ilə bağlı sənəd qəbulunu dayandırdı 13 Noyabr 2019, 11:33 Yeni Təhsil naziri təyin olunub - Gürcüstanda 13 Noyabr 2019, 11:27 Nazirlik Bakı Beynəlxalq Avtovağzal Kompleksində yoxlamaya BAŞLADI 13 Noyabr 2019, 11:24 Bakıda 570 güzəştli mənzildən neçəsi rəsmiləşdirilib? - AÇIQLAMA 13 Noyabr 2019, 11:20 Ermənilər Kəlbəcər qızılını Rusiyaya satır – Hər il 80 milyon dollar qazanırlar 13 Noyabr 2019, 11:15 İcra başçısı vətəndaşların problemilə yerində tanış olub   13 Noyabr 2019, 11:13 Niyə öskürürük?   13 Noyabr 2019, 11:03