Modern.az

İŞİD silahlı hücumun məsuliyyətini üzərinə götürdü

İŞİD silahlı hücumun məsuliyyətini üzərinə götürdü

Aktual

10 Noyabr 2019, 00:33
İŞİD terror təşkilatı noyabrın 6-da Tacikistan-Özbəkistan sərhədində yerləşən hərbi hissəyə edilən silahlı hücumun məsuliyyətini öz üzərinə götürüb.


Modern.az xəbər verir ki, bu barədə "Sputnik" məlumat yayıb.

Əfqanıstan Xarici İşlər Nazirliyi isə İŞİD üzvlərinin Tacikistana Əfqanıstan ərazisindən daxil olması xəbərini təkzib edib.

Qeyd edək ki, 6 noyabrda 20 maskalı şəxs Tacikistan-Özbəkistan sərhədində yerləşən 4 saylı “İşkobod” hərbi hissəsinə hücum çəkib. Gecə ərzində davam edən atışmada dəstənin 15 üzvü öldürülüb, sağ qalan 5 nəfər isə əsir götürülüb. Atışmada bir polis və bir sərhədçi həlak olub.

Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Qoşunları İdarəsi teraktı İŞİD terrorçularının törətdiyini və ölkəyə Əfqanıstan ərazisindən daxil olduqlarını açıqlamışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı