Modern.az

Ankara məktəbliləri Azərbaycan bayrağı hazırladılar - FOTOLAR

Ankara məktəbliləri Azərbaycan bayrağı hazırladılar - FOTOLAR

Aktual

11 Noyabr 2019, 17:32

Ankaranın Mamak ilçəsindəki Ali Kuşçu ilkokulunda 3d sinif şagirdləri müxtəlif materiallardan Azərbaycanın üçrəngli bayrağını hazırlayırblar.

Modern.az-ın məlumatına görə, türkiyəli şagirdlər bununla Azərbaycanda qeyd edilən 9 noyabr Dövlət Bayrağı gününə öz töhfələrini veriblər.

Qeyd edək ki, bir ildir ki, Ankaranın Mamak ilçəsindəki Ali Kuşçu ilkokulunda Yasemin Erdoğanın sinif rəhbəri olduğu 3D sinif şagirdləri ilə Bakı şəhəri Nərimanov rayonu 47 saylı tam orta məktəbdə Aişə Rüstəmzadənin sinif rəhbəri olduğu 3c sinfinin şagirdləri arasında “Məktub dostluğu layihəsi” gerçəkləşdirilir.

Layihə 2018-ci ilin dekabrından başlayıb. Bu layihə çərçivəsində iki ölkənin adları çəkilən məktəblərinin şagirdləri məktublaşırlar. Uşaqların, onların valideynlərinin və müəllimlərinin razılığı ilə atılan bu addım məktəblilərin qarşılıqlı olaraq qardaş ölkə haqqında məlumatlarını artırır. Bu, həmçinin Azərbaycanda və Türkiyədə qardaş ölkəni yaxından tanıyaraq böyüyən bir nəslin yetişməsinə töhfə vermək baxımından önəmlidir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür