Modern.az

Azərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİ

Azərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİ

11 Noyabr 2019, 17:59

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Rusiya xarici işlər naziri Sergey avrovun Yerevanda keçirilən mətbuat konfransı zamanı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sualı cavablandırarkən səsləndiriyi qalmaqallı fikirlərinə münasibət bildirib.

Modern.az-ın məlumatına görə, XİN-in mətbuat katibi L.Abdullayeva deyib:


“Əlbəttə ki, ölkəmizin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təklif olunan hər hansı planın tərkib hissəsini təşkil edir. Hər zaman qeyd etdiyimiz kimi, bir daha vurğulamaq istərdim ki, yalnız bu bölgədən didərgin salınmış azərbacanlıların Dağlıq Qarabağda öz evlərinə geri qayıtması münaqişənin Azərbaycan Respublikasının sərhədləri daxilində bölgənin hər iki - azərbaycanlı və erməni icmalarının sülh və təhlükəsizlik şəraitində birgə yaşamasını nəzərdə tutan yüksək səviyyəli özünüidarəetmə statusu əsasında həlli üçün real imkanlar aça bilər. Bunun üçün isə ilk növbədə, münaqişənin həlli ilə bağlı substantiv danışıqlar aparılmalı və Ermənistanın işğalçı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonundan çıxmalıdır”.

 
Xatırladaq ki, Ermənistanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov noyabrın 11-də Yerevanda keçirilən mətbuat konfransında “Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir razılaşma imzalana bilməz. Ermənistan sadəcə bunu imzalamayacaq. Biz də bunu nəzərə alırıq” deyə qalmqallı açıqlama verib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir