Modern.az

Goranboyda avtomobil traktorla toqquşub, xəsarət alan var

Goranboyda avtomobil traktorla toqquşub, xəsarət alan var

11 Noyabr 2019, 18:43

Goranboyda minik avtomobili traktorla toqquşub.  

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Xanqərvənd kəndi ərazisində qeydə alınıb. “Mercedes” markalı avtomobilin traktorla toqquşması nəticəsində minik maşınında olan sərnişin, 1969-cu il təvəllüdlü Məmmədova Həcər İbrahim qızı  ağır bədən xəsarəti alıb. Yaralı ətrafdakıların köməyi ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun durumu orta ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi