Modern.az

Fransada güclü zəlzələ oldu: xəsarət alanlar var

Fransada güclü zəlzələ oldu: xəsarət alanlar var

Aktual

11 Noyabr 2019, 20:58

Fransanın cənub-şərq departamenti Dromda 5,4 bal gücündə zəlzələ baş verib.

Modern.az məlumatına görə, zəlzələ nəticəsində Ardeş departamentinin 3 və Drom departamentinin 1 sakini yüngül xəsarətlər alıblar.

Məlumatda Le-Tey regionunda təxminən 200 evə ziyan dəydiyi, həmçinin meriya binasında çatların əmələ gəldiyi bildirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu