Modern.az

Bəşər Əsədin Moskvada 40 milyon dollarlıq daşınmaz əmlakı

Bəşər Əsədin Moskvada 40 milyon dollarlıq daşınmaz əmlakı

11 Noyabr 2019, 22:46

Suriya Prezidenti Bəşər Əsəd “Moskva Siti” beynəlxalq kompleksində 20 mənzilə sahibdir.

Modern.az  “Financial Times”a istinadən xəbər verir ki, son altı ildə Əsədə məxsus olan Məhluf ailəsinin bir neçə üzvü kompleksdə olan 18 ədəd daşınmaz əmlakı alıb.

Kompleksdə yerləşən 13 obyekt Əsədin qardaşı Hafiz Məhlufa, iki obyekt onun arvadına və qayınanasına, daha üçü isə onun qardaşı oğluna məxsusdur.

Ümumilikdə, ailənin aldığı bütün mənzillərin ümumi dəyərinin 40 milyon dollar təşkil etdiyi bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir