Arxiv
11 Noyabr 2019, 23:47 | AKTUAL
SOCAR-dan yanacaqdoldurma məntəqələrindəki sıxlıqla bağlı AÇIQLAMA

SOCAR maye qazının və yaxud da LPG-nin qiymətini tənzimləyə bilməz, çünkü SOCAR onun sadəcə istehsalçılarından biridir.

Modern.az xəbər verir ki, bunu "Trend"in  hazırda Bakı şəhərinin maye qazı satılan yanacaqdoldurma məntəqələrində müşahidə edilən avtomobil sıxlığı ilə əlaqədar sualını cavablandırarkən SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

İ.Əhmədov bildirib ki, respublikada maye qaz kimi  tanınan məhsul bəzən təbii qazla səhv salınır: "Əslində təbii qaz və maye qaz təmamilə fərqli olan məhsullardır. Maye qazına LPG-də deyilir. Bunun əsl adı mayeləşdirilmiş neft qazıdır, yəni təbii qazdan fərqli olaraq maye qazı neft emalının məhsuludur, neftdən əldə olunur, təbii qazdan əldə olunmur. Təbii qazdan əldə olunan isə satışda digər yanacaq növü var ki, onun adı CNG-dir və yaxud da sıxlaşdırılmış təbii qazdır və bildiyiniz kimi, sıxlaşdırılmış təbii qazın qiymətində hər hansı bir dəyişiklik yoxdur. Daha əvvəl 45 qəpiyə satılırdısa, bu gün də 45 qəpiyə satılır. Lakin LPG artıq 45 qəpiyə deyil, bir çox yanacaq doldurulma məntəqələrində onun qiyməti bir qədər artırılmışdır. Və bunun qiymətini SOCAR tənzimləmir. Onu da qeyd edim ki, SOCAR maye qazının və yaxud da LPG-nin qiymətini tənzimləyə bilməz, çünki SOCAR onun sadəcə istehsalçılarından biridir. Həmin məhsulun üzərində bizim hər hansısa bir inhisarımız yoxdur, məhsulun SOCAR-dan və digər şirkətlərdən almaq hüququna malik olan təhcizatçı şirkət onu ölkəyə həm də xaricdən idxal edir və xaricdən idxal etməyə başlandıqdan sonra görünür ki, məhsulun maya dəyəri də artmışdır. Bəs məhsulun xaricdən idxal olunmasına zərurət hardan yarandı? Bu da yəqinki aydın idi, artıq son aylarda biz gördük ki, maye qazı və ya LPG-nin təchizatında bir az qıtlıq yaranmağa başladı. Bu qıtlığın səbəbi bu idi ki, LPG-nin istehsalı əvvəlki səviyyədə qalsa da ona olan tələbat artmışdır. Sırf tələbat artımı ilə bağlı olan bu qıtlıq buradan qaynaqlanırdı ki, LPG daha çox kimya sənayesində istifadə olunur. Bu kimya sənayesinin əsas xammallarından biridir. Və həm də onun qalıq həcmləri keçmişdə yanacaq kimi də bazara çıxarılırdı. İndi isə kimya sənayesində sıçrayış, artım olduğuna görə, kimya sənayesində bu məhsula olan tələbat artmışdır və buna görə yanacaq bazarında LPG azalmağa başladı. Onu xaricdən idxal etməyə zərurət yarandı və həm də Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan son dövr təmir işləri müddətində həmin qıtlıq bir qədər də artmışdır, kəskinləşmişdir. Nəticədə görünür ki, təhcizatçı şirkət bunu xaricdən idxal etməyə başlayıb və hazırda onun bu məhsulu satdığı bazarda qiymət hamı üçün eynidir, həm də SOCAR yanacaq doldurma məntəqələri üçün də eynidir".

İ.Əhmədov əlavə edib ki, SOCAR-ın hər hansı bir üstünlüyü və yaxud da fərqli mərağı yoxdur: "Bunu bir daha qeyd edim ki, CNG və yaxud da sıxlaşdırlmış təbii qaz hansı ki, buna alternativ olan yanacaq növü ola bilər, bir çox istehlakçılar üçün bu məhsulun satışında hər hansı bir dəyişiklik, onun qiymətində hər hansı bir dəyişiklik gözlənilmir. Həmin məhsula qıtlıq da yaranmayacaq, çünkü maye qazı və ya LPG kimi tanınan məhsulun istehsalı neft, neftin emalına bağlıdırsa, CNG və ya sıxlaşdırılmış təbii qazın istehsalı neftin emalına bağlı deyil. Bu sadəcə evlərimizdə istifadə etdiyimiz təbii qazdır ki, həm də birbaşa borular vasitəsi ilə yanacaqdoldurma məntəqələrinə ötürülür və orada sıxlaşdırılaraq avtomobillərə vurulur. Onun yanacaq kimi effektivliyi də maye qazından daha yüksəkdir və daha da təhlükəsizdir. Buna görə biz onu hələ ötən ildən etibarən bazara daxil etmişik.

Əslində maye qazının tələbatının tənzimlənməsi bizim əlimizdə, yəni SOCAR olaraq bizim əlimizdə olmasa da, bunun qıtlığını nəzərə alaraq biz istehlakçının maksimum məmnunluğuna nail olmaq üçün öz töhfəmizi də verməyə çalışırıq və görürük ki, bu qıtlıq hələ yaranmazdan əvvəl, yəni LPG-nin satışında olan qıtlıq yaranmazdan əvvəl bizim yerli istehlakçıların böyük hissəsi artıq CNG-yə böyük maraq göstərməyə başlayıb. Sıxlaşdırılmış təbii qazın satışı ötən ildən etibarən sürətlə artmaqdadır, bu isə əsasən həmin məhsulun üstünlükləri ilə bağlıdır. Qeyd etdiyim kimi, onun qiyməti 45 qəpikdir və olduğu kimidə qalacaqdır".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda it dişləyən 4-cü sinif şagirdi öldü - FOTO 25 Yanvar 2020, 12:27 Deputatlığa namizədlərin SAYI... 25 Yanvar 2020, 12:16 Polis 34 şübhəlini saxladı 25 Yanvar 2020, 12:03 Rəsmi Bakı: “Türkiyəyə hər cür yardım göstərməyə hazırıq” 25 Yanvar 2020, 11:52 Koronavirus sürətlə dünyaya yayılır – Beynəlxalq Fövqəladə vəziyyət oluna bilər 25 Yanvar 2020, 11:33 Azərbaycanda SİBİR SOYUQLARI - 19 dərəcə şaxta olub, qar örtüyü 30 sm-a çatıb  25 Yanvar 2020, 11:18 Naqif Həmzəyev Gəncənin Gülüstan qəsəbəsinin sakinləri ilə görüşüb - VİDEO 25 Yanvar 2020, 11:15 Novruz Aslanovun təşviqat kampaniyası 33 kəndi əhatə edib - FOTOLAR 25 Yanvar 2020, 11:10 Bakı sakini Belarus arağından zəhərləndi 25 Yanvar 2020, 11:08 Fəzail Ağamalı 2 kəndin sakinləri ilə görüşdü - VİDEO 25 Yanvar 2020, 10:59 Xırdalanda bu gün işıq kəsiləcək 25 Yanvar 2020, 10:45 Azərbaycanın tarixi və mədəniyyət abidələri “bərpa” etmək adı altında “erməniləşdirilir” - BƏYANAT 25 Yanvar 2020, 10:30 Kamran Bayramovun seçicilərlə görüşü - FOTOLAR 25 Yanvar 2020, 10:23 Gələcəkdə bizi nə gözləyir – REKTOR YAZIR 25 Yanvar 2020, 10:12 Naftalan sakini qidadan zəhərlənərək ölüb 25 Yanvar 2020, 10:05 Nazirlik 40 mindən çox şəxsə elektron qaydada müavinət təyin olunub 25 Yanvar 2020, 09:55 Bakıda sərnişin avtobusu yoldan çıxdı - yaralılar var 25 Yanvar 2020, 09:46 Kənd sakinlərinin icra başçısından 4 xahişi - FOTOLAR 25 Yanvar 2020, 09:39 Milli Qəhrəmanların parlament gözləntiləri: ÇAĞIRIŞ EDƏN DƏ OLDU, “O SEÇİLSƏ, SONUMUZ  NECƏ OLACAQ” deyən də   25 Yanvar 2020, 09:30 Ermənilər Baş Qərvəndi atəşə tutdu 25 Yanvar 2020, 09:25 Yerə nəhəng asteroid yaxınlaşır - TƏHLÜKƏ 25 Yanvar 2020, 09:07 Türkiyədə güclü zəlzələ: binalar uçdu, ölü sayı 20-yə çatdı - YENİLƏNİB 25 Yanvar 2020, 08:54 Zəlzələ bölgəsində əhaliyə pulsuz internet verildi 25 Yanvar 2020, 01:03 Yağlıvənd də Vüqar Bayramova tam dəstək verdi - FOTOLAR 25 Yanvar 2020, 00:46 Rusiya XİN-də Qarabağ müzakirəsi 25 Yanvar 2020, 00:29 Azərbaycanın Türkiyədəki səfirliyində “qaynar xətt” yaradıldı 25 Yanvar 2020, 00:12 35 saylı dairənin sədri istefa verdi: SƏBƏBLƏR 24 Yanvar 2020, 23:47 ABŞ 34 əsgərinin yaralandığını etiraf etdi 24 Yanvar 2020, 23:33 Rəşad Mahmudov növbəti görüşünü şəhid ailəsi ilə keçirib – FOTO 24 Yanvar 2020, 22:56 Bakıda təcili tibbi yardım avtomobili qəzaya uğradı 24 Yanvar 2020, 22:22 İslahatlar Naminə Açıq Media Bloku - İNAM yaradıldı 24 Yanvar 2020, 22:03 Beyləqanda  məcburi köçkünlər Vüqar Bayramovu böyük sevgi ilə qarşılayıb - FOTOLAR 24 Yanvar 2020, 21:46 AMEA-da yeni təyinat 24 Yanvar 2020, 21:29 Məşhur Məmmədov seçicilərə müraciət etdi - VİDEO 24 Yanvar 2020, 21:13 Ərdoğan Merkeli belə sevindirdi - VİDEO 24 Yanvar 2020, 20:53
SORĞU Yeni parlamentdə kimlər olsun?