Arxiv
12 Noyabr 2019, 17:13 | AKTUAL
Daha 32 Qarabağ əlili və şəhid ailəsinə ev verildi - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncə şəhərində yeni yaşayış binasından alınmış 12, Şirvan şəhərində isə 20 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

 

Modern.az xəbər verir ki, Gəncə şəhərində mənzillərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının rəhbəri Hidayət Abdullayev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Şirvan şəhərində isə nazirliyin Aparat rəhbərinin müavini Niyazi Rəhimov, Şəhər İcra Hakimiyyətinin başçısının müavini Məharət Mustafayev iştirak ediblər. 

 

İctimai birliklərin və yerli ictimaiyyətin nümayəndələrinin qatıldığı tədbirlərdə bildirilib ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin və bu döyüşlərdə sağlamlıqlarını itirirmələri nəticəsində əlilliyi olan şəxslərin mənzillə təminatı ölkəmizdə aparılan sosial siyasətin əsas istiqamətlərindən biridir. Prezident cənab İlham Əliyevin şəhid ailələrinə və müharibə əlillərinə xüsusi qayğısı nəticəsində bu tədbirlər ildən-ilə gücləndirilir. Yeni yaşayış binasından mənzillər alınaraq, həmçinin fərdi yaşayış evləri inşa etdirilərək həmin kateqoriyalardan olan vətəndaşlara təqdim edilir.

 

2018-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilibsə, cari ildə 934 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi planlaşdırılıb. Onlardan cari ilin ötən dövründə 246 mənzil artıq verilib. Bununla da indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 6900 mənzil təqdim edilib. Həmçinin müharibə əlillərinə ötən il 265 avtomobil verilib, cari ildə isə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobil verilməsi planlaşdırılıb ki, onlardan artıq 427  avtomobil verilməklə, indiyədək həmin vətəndaşlara verilən avtomobillərin sayı 6400-ə çatıb.

 

Əmək haqqı, pensiya, müavinət və təqaüdlərin artırılması sahəsində də bu il inqilabi addımlar atıldığı diqqətə çatdırılıb. Cari ildə reallaşan iki sosial paket nəticəsində minimum əməkhaqqının 2 dəfəyə yaxın, minimum pensiyanın 72,4 faiz, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırıldığı və s. qeyd edilib. Şəhid ailələri və müharibə əlillərinin digər istiqamətlərdə də dövlət qayğısı ilə əhatə olunduqları vurğulanıb.

 

Yeni mənzillə təmin edilən vətəndaşlar şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, ümumən onların hərtərəfli təminatına göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Karantin postlarından 385 maşın geri qaytarıldı   14 İyul 2020, 11:04 Ermənistanda koronavirusa yoluxanların və ölənlərin sayı ARTDI 14 İyul 2020, 11:01 Ermənistan niyə məhz indi hərbi təxribata əl atır? - Azay Quliyevdən açıqlama 14 İyul 2020, 10:59 Cəbhə bölgəsinin deputatı Tovuzdan son XƏBƏRLƏR VERDİ: “Belə atışmada...” 14 İyul 2020, 10:51 İcazəsiz rayona gedənlərdən heroin tapıldı - FOTO 14 İyul 2020, 10:48 Deputat: “Sərhəddəki təxribat Paşinyanın hakimiyyətini xilas etməyəcək”   14 İyul 2020, 10:43 İlin sonuna 102 məktəb binası tikiləcək 14 İyul 2020, 10:40 DİM karantindən sonrakı buraxılış-qəbul imtahanları ilə bağlı məlumat YAYDI 14 İyul 2020, 10:35 Ermənilər Tovuzun daha bir kəndini top atəşinə tutdu 14 İyul 2020, 10:30 Rusiyanın qızıl gəlirləri qaz gəlirlərini üstələdi 14 İyul 2020, 10:24 Azərbaycan nefti bahalaşmaqda davam edir 14 İyul 2020, 10:18 “Semaşko”nun koronavirusa yoluxan həkimi ilə bağlı AÇIQLAMA 14 İyul 2020, 10:12 Hacıqabulda xüsusi karantin rejimi ilə bağlı növbəti reyd keçirilib - FOTO 14 İyul 2020, 10:06 Quba - Xınalıq yolunda hərəkət bərpa olundu 14 İyul 2020, 10:00 Naftalanda ağır qəza: Ölənlər və yaralananlar var   14 İyul 2020, 09:54 Xarici işlər naziri koronavirusa yoluxdu 14 İyul 2020, 09:48 Sabiq prorektorun oğlu hakim qarşısında 14 İyul 2020, 09:42 Qazaxıstanda karantin rejimi uzadıldı 14 İyul 2020, 09:41 Kapital Bank 2020-cu ilin ikinci rübünün nəticələrini elan edib 14 İyul 2020, 09:36 Neft yenidən ucuzlaşdı 14 İyul 2020, 09:30 Dollar günə bu məzənnə ilə BAŞLADI    14 İyul 2020, 09:24 Cəbhədə gərginlik - Düşmən daha 5 rayonumuzu qumbaraatanlardan atəşə tutdu  14 İyul 2020, 09:18 Bakıda axtarışda olan qadın tutuldu 14 İyul 2020, 09:12 ABŞ sərhəddəki vəziyyətlə bağlı BƏYANAT yaydı 14 İyul 2020, 09:06 Ermənilər Tovuzu yenidən atəşə tutdu 14 İyul 2020, 09:00 Artur Rasizadə: “Ata-anası azərbaycanlı olub yarıtmaz iş görənlər o qədərdi ki!” - MÜSAHİBƏ 14 İyul 2020, 08:54 Alimlər koronavirusun yeni yoluxma riskini aşkarladılar 14 İyul 2020, 08:53 BMT baş katibi cəbhədəki gərginliklə bağlı müraciət etdi 14 İyul 2020, 08:27 Türkiyədə sel dörd nəfərin həyatına son qoyub 14 İyul 2020, 00:44 “Ermənistan törətdiyi bütün qanunsuz əməllərin cavabını verəcəkdir” - XİN 14 İyul 2020, 00:31 Naftalanda ağır qəza: ölənlər var 14 İyul 2020, 00:19 Heydər Əliyevin hakimiyyətə gəlməsindən 51 il ötür 14 İyul 2020, 00:13 “Ermənistan regionda gərginliyi artırmağa çalışır” - Hikmət Hacıyev 13 İyul 2020, 23:59 “Ermənistanın təcavüzünü pisləyirik” - İranlı sabiq deputat 13 İyul 2020, 23:42 Nazir Avropa İttifaqını cəbhədəki vəziyyətlə bağlı məlumatlandırdı 13 İyul 2020, 23:18