Modern.az

“Dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisə təqdim olunmalıdır”

“Dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisə təqdim olunmalıdır”

12 Noyabr 2019, 19:59

“Büdcə layihəsi hazırlanarkən şəffaflıq və ədalətlilik prinsipi tam təmin olunmayıb”.

 

Modern.az-ın məlumatına görə, bunu deputat Qüdrət Həsənquliyev bu gün 2020-ci ilin büdcə layihəsi ilə bağlı Milli Məclisin plenar iclasında çıxışı zamanı bildirib.

 

Onun sözlərinə görə, dəfələrlə ölkə başçısı bildirib ki, büdcə vəsaitləri qənaətlə və səmərəli istifadə olunmalı, investisiya layihələri şişirdilməməlidir. 

 

“Millət vəkilləri bu məsələdə Prezidentə kömək etmək imkanına malik deyillər. Çünki “Büdcə sistemi haqqında” qanuna zidd olaraq, dövlət investisiya proqramının layihəsi büdcə zərfinə daxil edilməyib. Ona görə də bizim neçə obyektin tikiləcəyi barədə, hansı obyektin tikintisinə nə qədər vəsaitin ayrılacağı barədə ən kiçik məlumatımız belə yoxdur. Bilirik ki, götürülən kreditlər əsasən, tikintiyə sərf olunur. Ona görə də dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisə təqdim olunmalıdır. Çünki biz o pulları büdcədən qaytarırıq”, - deyə deputat bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada dəhşət Ukrayna Vampirləri işə saldı