Modern.az

Deputat 2020-ci ilin büdcəsini belə dəyərləndirdi: “Maddi kapitalın insan kapitalına çevrilməsi...”

Deputat 2020-ci ilin büdcəsini belə dəyərləndirdi: “Maddi kapitalın insan kapitalına çevrilməsi...”

14 Noyabr 2019, 09:23

“Müzakirələr zamanı bir daha aydın oldu ki, 2020-ci ilin büdcəsi sosialyönümlüdür. Bilavasitə insanların sosial rifah halının yaxşılaşmasına xidmət edir”.

Bu sözləri Modern.az-a Milli Məclisin plenar iclasındakı büdcə müzakirələrini dəyərləndirərkən deputat Tahir Rzayev deyib. O qeyd edib ki, büdcə xərclərinin 39,5 faizinin sosial məsələləri əhatə etməsi, təhsilə, səhiyyəyə, mədəniyyətə, idmana ayrılan vəsaitlərin artırılması insan amillinin dövlət siyasətinin əsası olduğunu göstərir:


“Yenə də diqqət vətəndaşların firəvan həyatının təmin olunmasına yönəlib.

Ölkə rəhbəri İlham Əliyevin sosial sahədə həyata keçirdiyi mühüm tədbirlər kampaniya xarakteri daşımır. Bu məsələ daim diqqət mərkəzindədir. İqtisadi inkişafımızla bağlı olaraq, bu məsələ müzakirə edilir. İqtisadi imkanlarımız araşdırılıb, düşünülmüş qaydada həyata keçirilir. Sosial paketə daxil olan və qəbul edilən bir çox məsələlər pensiyaların, əmək haqlarının müavinətlərin, təqaüdlərin artırılması, birdəfəlik yardımların verilməsi, qaçqın və məcburi köçkünlərə, əlillərə, veteranlara, imkansızlara köməklik göstərilməsi, onlara evlərin, maşınların ayrılması da bu qəbildəndir.

Büdcə layihəsində əksini tapan bir çox məsələlər həyata keçirilən tədbirlərin davamıdır və gələcəkdə insanların həyatının yaxşılaşması üçün böyük əhəmiyyətə malikdir. Maddi kapitalın insan kapitalına çevrilməsi prinsipi 2020-ci ilin büdcəsində də aydın əks olunub”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...