Arxiv
14 Noyabr 2019, 10:28 | AKTUAL
“Ölkə üzrə orta aylıq əməkhaqqı 723,4 manata çatıb” - Statistika Komitəsi

2019-cu il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artaraq 1639,1 min nəfər olub.

 

Bu barədə Dövlət Statsitika Komitəsindən (DSK) Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, onlardan 909,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 729,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

 

Muzdla işləyənlərin 20,2 faizi təhsil, 17,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,3 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,6 faizi tikinti, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 13,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

 

Rəsmi məlumata görə, 2019-cu ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 11,7 faiz artaraq 603,5 manat təşkil edib.

 

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə reallaşdırılan kompleks sosial islahatlar nəticəsində sentyabr ayının 1-dən ölkədə minimum aylıq əməkhaqqı məbləğinin 250 manata qaldırılması, dövlət qulluqçularının, dövlət büdcəsindən maliyyələşən bir sıra idarə, müəssisə və təşkilatlarda, dövlət neft şirkətində çalışan işçilərin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması, bununla əlaqədar özəl sektorda çalışanların da əməkhaqlarının yüksəlməsi və bu sahədə şəffaflaşma proseslərinin sürətləndirilməsi nəticəsində 2019-cu ilin sentyabr ayında ölkə üzrə orta aylıq nominal əməkhaqqı 723,4 manata çatıb ki, bu da ötən ilin sentyabr ayı ilə müqayisədə 35,8 faiz, cari ilin avqust ayı ilə müqayisədə isə 21,6 faiz çoxdur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ-da hərbi bazada atışma: 4 ölü 6 Dekabr 2019, 21:24 Qızılcadan ölənlərin sayı 140 minə çatdı 6 Dekabr 2019, 21:10 “Qarabağ” xal itirdi 6 Dekabr 2019, 20:51 F-35-ləri ala bilməsək... 6 Dekabr 2019, 20:37 Deputat Yevda Abramov vəfat etdi 6 Dekabr 2019, 20:24 Azərbaycanla  Gürcüstan arasında humanitar əməkdaşlıq  müzakirə olundu 6 Dekabr 2019, 20:17 Dünyada  ilin ən yaxşı hava limanı 6 Dekabr 2019, 20:03 Leriklilər ağacəkmə kampaniyasında fəal iştirak ediblər - FOTO 6 Dekabr 2019, 19:40 “Tufan“ adlı solo konserti keçirilib - FOTO 6 Dekabr 2019, 19:29 Əli Əsədov Dünya Bankının regional direktoru ilə görüşüb 6 Dekabr 2019, 19:18 Xaçmazda minik maşını ilə yük maşını toqquşub, ölənlər var 6 Dekabr 2019, 19:09 Azərbaycan gündəlik neft hasilatını 7 min barrel azaldacaq   6 Dekabr 2019, 19:00 AFFA “Qəbələ”yə maddi yardım edəcək? 6 Dekabr 2019, 18:50 Hesablama Palatasının Təlim Mərkəzi açılıb 6 Dekabr 2019, 18:40 “Cahana sığmayan şair” adlı tədbir keçirilib - FOTO 6 Dekabr 2019, 18:29 AzMİU ilə “PMD Projects” arasında müqavilə imzalanıb - FOTO 6 Dekabr 2019, 18:23 Gömrük Akademiyası da ağacəkmə kampaniyasına qoşuldu 6 Dekabr 2019, 18:17 Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib 6 Dekabr 2019, 18:17 Rüstəm Xəlilov icra başçısı kimi sakinlərlə ilk görüşünü keçirib - FOTO 6 Dekabr 2019, 18:10 Təhsil Nazirliyinin əməkdaşları autizm sindromlu uşaqlarla görüşdülər 6 Dekabr 2019, 18:02 “Parlament siyasət meydanıdır” - Sədr müavini  6 Dekabr 2019, 17:57 Manatın üçgünlük məzənnəsi açıqlanıb 6 Dekabr 2019, 17:56 Dövlət Gömrük Komitəsi “Elektron növbə” layihəsinin tətbiqinə başladı 6 Dekabr 2019, 17:48 BMU-nun tələbəsi Azərbaycan üzrə birincilik qazanıb   6 Dekabr 2019, 17:46 Ağac əkimi Nəsimi ruhuna ehtiram, ekoloji tarazlığa töhfədir 6 Dekabr 2019, 17:38 Binəqədidə ağacəkmə aksiyası keçirilib - FOTO 6 Dekabr 2019, 17:34 Brüsseldə Avropa Parlamenti deputatlarının Qarabağa səfərinə ETİRAZ EDİLİB 6 Dekabr 2019, 17:33 Sosial xidmət layihələrində 1600-ə yaxın şəxs çalışır - Nazirlik 6 Dekabr 2019, 17:30 Nazim Bəydəmirli yenidən deputat olmaq niyyətindədir 6 Dekabr 2019, 17:27 MSK-dan növbədənkənar parlament seçkisi AÇIQLAMASI 6 Dekabr 2019, 17:10 Prezident və birinci xanım gənclərlə selfi çəkdirdilər - FOTOLAR 6 Dekabr 2019, 16:57 İstirahət günləri üçün hava PROQNOZU 6 Dekabr 2019, 16:54 Daşnaklar Paşinyana qarşı partizan müharibəsinə HAZIRLAŞIR 6 Dekabr 2019, 16:51 “Məni bu sahəyə kimya müəllimim həvəsləndirdi” - Olimpiadalar qalibi 6 Dekabr 2019, 16:49 Bakıdan Cəlilabada gedib ev yardılar - FOTO   6 Dekabr 2019, 16:48
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?