Modern.az

“Azəristiliktəchizat” qiymətləri artıracaq? - “Hazırda hesablamalar aparılır”

“Azəristiliktəchizat” qiymətləri artıracaq? - “Hazırda hesablamalar aparılır”

14 Noyabr 2019, 12:08

"Bu gün əhaliyə verilən istiliyin satış dəyəri maya dəyərindən aşağıdır".

 

Modern.az xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev söyləyib.

 

O qeyd edib ki, bu da onun sosial əhəmiyyəti ilə əlaqədardır:

 

"Həmin zərər məbləği müəyyən formada aradan qaldırılır. Hər hansı biznesmenin zərərlə işləyən qurumu özəlləşdirməkdə maraqlı olmaz. Özəlləşdirmənin olması məsələnin həlli deyil. Bu səbəbdən də biz strateji yol xəritələrinə uyğun yenilənmə etdikdən sonra bunu özəlləşməyə çıxarmağı düşünürük".

 

İ. Mirzəliyev istilik sisteminin tariflərin artırılmasından da danışıb:

 

"Hazırda hesablamalar aparılır, amma bu, qiymətlərin artması anlamına gəlməyəcək".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı