Arxiv
14 Noyabr 2019, 12:23 | AKTUAL
Ziyad Səmədzadə Vergi Məcəlləsinə dəyişiklikləri ŞƏRH ETDİ

Milli Məclisin bu gün keçirilən iclasında 2020-ci ilin dövlət büdcəsi zərfinə daxil olan  layihələrin müzakirəsi davam etdirilir.

Modern.az-ın məlumatına görə, iclasda çıxış edən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Vergi Məcəlləsində dəyişikliklərin əsas istiqaməti və mahiyyəti barədə danışıb.

Qeyd edək ki, dəyişikliklər yeddi əsas istiqaməti əhatə edir. Yeniliklər, əsasən, ədalətli rəqabətin şərti olan bərabər və şəffaf mühitin təmin edilməsini nəzərdə tutur.

Z.Səmədzadə bildirib ki, dəyişikliklər haqsız rəqabətin aradan qaldırılmasına önəmli töhfə verəcək. Deputat qeyd edib ki, dəyişiklik layihəsi Azərbaycanın iqtisadi inkişafı üçün fundamental məqsəd daşıyır.

“Dəyişikliklər şəffaf fiskal mühitin, rəqabət mühitinin təmin edilməsi, əmtəəsiz əməliyyatlar, vergidən yayınmaların qarşısının alınması ilə bağlı kompleks tədbirlər təşkil edir. Hələ də əmtəəsiz əməliyyatlar həyata keçirilir. Bu isə iqtisadiyyatda şəffaflığın təmin edilməsinə maneə yaradır”,-deyə Z.Səmədzadə əlavə edib.

Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi 162 dəyişiklikdən ibarətdir.

Dəyişikliklər riskli vergi ödəyicilərinə nəzarətin,ƏDV inzibatçılığının təkmilləşdirilməsini, sahibkarların inzibatçılıq yükünün azaldılmasını da özündə ehtiva edir. Sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılması, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergitutma bazasının genişləndirilməsi, beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsi də dəyişikliklərdə öz əksini tapıb. Bu, əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergitutuma metodunun ləğv edilməsi və həmin şəxslərin vahid vergi rejimində fəaliyyət göstərməsinin təmin edilməsi (ƏDV və mənfəət vergisi metodu), Transmilli Şirkətlər Qrupu anlayışının müəyyən olunması ilə bağlıdır. Həmçinin, quş əti satışının ƏDV-dən azadolma müddətinin daha dörd il müddətinə uzadılması, habelə heyvan ətinin satışının dörd il ərzində ƏDV-dən azad edilməsi ilə bağlı müddəalardır.

Dəyişikliyin məqsədi ölkənin davamlı iqtisadi inkişafı, şəffaflığın artırılması, sahibkarlığın inkişafını təmin etmək, eyni zamanda, vergi ödənişində uçot-qeydiyyat sisteminin sadələşdirilməsinə şərait yaradılmasıdır. Həmçinin ölkədə dövlət orqanları ilə vergi ödəyiciləri arasında ünsiyyətin minimuma endirilməsi planlaşdırılır. Dövlət orqanları ilə elektron məlumat mübadiləsinin genişləndirilməsi ölkədə iqtisadi səmərənin daha da artırılmasında və sui-istifadə hallarının azaldılmasında faydalı olacaq. Ölkədə sərbəst biznes mühitinin təkmilləşdirilməsi hər zaman diqqət mərkəzindədir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
3-cü mikrorayon bazarı da YANIR - VİDEO 14 Dekabr 2019, 17:58 MSK parlament seçkilərinin müşahidəsi üçün beynəlxalq təşkilatlara dəvət göndərib 14 Dekabr 2019, 17:54 “Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verildi - FOTO 14 Dekabr 2019, 17:47 Ölkədə 500-dən çox abidənin təmirə ehtiyacı var - RƏSMİ 14 Dekabr 2019, 17:38 MSK: 125 deputat yerinə 268 şəxs namizədliyini irəli sürüb 14 Dekabr 2019, 17:26 İlham Əliyev krala məktub göndərdi 14 Dekabr 2019, 17:11 Polis Cəlilabadda xüsusi əməliyyat KEÇİRDİ 14 Dekabr 2019, 17:05 Prezident İlham Əliyev qazaxıstanlı həmkarını təbrik etdi 14 Dekabr 2019, 16:57 İlham Əliyev 60 yaşlı icra başçısı ilə bağlı sərəncam verdi 14 Dekabr 2019, 16:43 Xaçmazda silsilə oğurluq edən şəxs saxlanıldı 14 Dekabr 2019, 16:36 Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirdi - FOTO 14 Dekabr 2019, 16:27 Milli Qəhrəmanın ailəsinə üçotaqlı mənzil verildi 14 Dekabr 2019, 16:16 Pənah Hüseyn seçkilərə qatılmayacaq: “Qərarım qətidir” 14 Dekabr 2019, 16:09 Müxalifət partiyaları seçki bloku yaradacaq? 14 Dekabr 2019, 15:49 Elvin İsayev Azərbaycana deportasiya edildi - RƏSMİ 14 Dekabr 2019, 15:24 Təbriz Qasımov dünya çempionu oldu - FOTO 14 Dekabr 2019, 15:13 “Trampın bu addımı atacağına ümid çox azdır” - Qənirə Paşayeva 14 Dekabr 2019, 14:51 Metroda UNEC tələbələrinin sərgisi keçiriləcək 14 Dekabr 2019, 14:34 Parlament seçkilərinə qatılan partiyaların sayı 9-a çatdı 14 Dekabr 2019, 14:20 Toy karvanından çıxan maşın qaz şkafına girdi - əhali qazsız qaldı 14 Dekabr 2019, 13:56 Ərdoğan Qənirə Paşayevanın şeirini OXUDU 14 Dekabr 2019, 13:33 Azərbaycanlı olimpiya ÇEMPİONLARI – onlar indi nə işlə məşğuldurlar? 14 Dekabr 2019, 13:13 Bazar gününün HAVA PROQNOZU 14 Dekabr 2019, 12:56 Qarabağın azərbaycanlı icması Avropanın 751 deputatına SƏSLƏNDİ 14 Dekabr 2019, 12:37 İsa Qəmbərin oğlunun namizədliyinə deputatdan REAKSİYA - “Çox yaxşı bir haldır” 14 Dekabr 2019, 12:22 Goranboyda uşaqlar arasında musiqi yarışması keçirildi - FOTOLAR 14 Dekabr 2019, 11:58 Qələmin gücü paklıq prinsipinə məğlub oldu 14 Dekabr 2019, 11:42 Parlamentlərarası Dostluq qrupunun rəhbəri ABŞ Senatının qətnaməsini pislədi 14 Dekabr 2019, 11:42 Məcburi köçkünlər arasında futzal turniri keçiriləcək 14 Dekabr 2019, 11:33 Baş Nazir yeni Fondla bağlı qərar VERDİ 14 Dekabr 2019, 11:22 Polis 31 şübhəlini SAXLADI 14 Dekabr 2019, 11:16 Azercell hər kəsi xüsusi İnstaqram yarışmasına dəvət etdi   14 Dekabr 2019, 11:07 Paytaxtda avtobus QƏZASI: yaralananlar var 14 Dekabr 2019, 10:58 Bütün ailə üzvləri namizəd olan bələdiyyə sədri geri çəkildi 14 Dekabr 2019, 10:53 ATƏT PA-nın müşahidə missiyasının Azərbaycana gələcəyini gözləyirik” - Bahar Muradova 14 Dekabr 2019, 10:42