Modern.az

Novruz Aslanov müğənniləri müdafiə etdi

Novruz Aslanov müğənniləri müdafiə etdi

14 Noyabr 2019, 17:39

“Müğənnilərin iş fəaliyyəti çox mürəkkəb və çətindir. Bu insanların həyat fəaliyyəti və qazancı toy biznesi sayəsində olur. Müğənnilər toylara gedəndə ansamblla gedir. Elə toylarımız olur ki, müğənni ora 15-17 nəfər ansambl üzvləri ilə gedir. Təbii, onların hər birinə pul verilməlidir. 14-15 min vəsaitdən müğənniyə o qədər də pul qalmır”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin büdcə müzakirələri zamanı çıxış edən deputat Novruz Aslanov deyib.

 

O, həmkarı Qüdrət Həsənquliyevin çıxışına arayış formasında cavab verdiyini bildirib:

 

“Qüdrət Həsənquliyev ən hörmət etdiyim insanlardan biridir. Mənim cavabım onun çıxışına irad yox, sadəcə olaraq arayış formasındadır.

Bir məqamı da qeyd etmək istərdim. Radioda, televiziyada 3-5 dəqiqəlik qulaq asdığımız mahnılar var. Maraqlıdır, bu 3-5 dəqiqəlik mahnının bir müğənniyə neçəyə başa gəldiyini bilirik?! Deyim ki,  bir mahnı 5 mindən 15 minə qədər maliyyə hesabına başa gəlir. Təkcə mahnının aranjimanı 2 min vəsait tələb edir”.

 

Novruz Aslanov özünün də şahidi olduğu bir məsələni qeyd edib:

 

“Bu yaxınlarda həmkarım Hikmət Babaoğlu ilə birgə Qarabağ atlarına həsr olunmuş  “Atım” adlı bir layihəmiz gerçəkləşdi. Sözlərin müəllifi Hikmət Babaoğlu, musiqinin müəllifi isə mən idim. Təbii, biz bu layihədən maliyyə götürmədik. Bizə düşən maliyyəni çıxmaq şərtilə çox bahalı layihə oldu. Layihədə 12 ədəd canlı musiqi aləti iştirak edirdi. Hər bir alətin iştirakı üçün xeyli miqdarda pul ödənilir. Dediyim odur ki, 3-4 dəqiqəlik qulaq asdığımız mahnı müğənniyə baha başa gəlir”.

 

Deputat bəstəkarların müğənnilərə mahnıları heç də ucuz satmadığını da vurğulayıb:

 

“Elə bəstəkarlar var ki, mahnını müğənniyə 10-15 minə satır. Hesab edirəm ki, müğənnilərin üzərinə çox da getmək lazım deyil. Müğənnilərin həyatı da, təminatı da səs tellərindən asılıdır. Onlar sığortalı deyillər. Tanınmış xalq artistimiz Akif İslamzadə buna bariz nümunədir. Çünki onun səs telləri zədələnəndən sonra sənət karyerası puç oldu. Ona görə də bu tip sənətçilər sığortalı deyillər.

Hesab edirəm ki, hazırkı İqitsadiyyat Nazirliyi bu işə çox həssaslıqla və diqqətlə yanaşır. Dediklərimi də nəzərə alacaq”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir