Modern.az

Şahbaz Xuduoğlu qardaşının Almaniyada həbs olunmasından danışdı

Şahbaz Xuduoğlu qardaşının Almaniyada həbs olunmasından danışdı

14 Noyabr 2019, 20:54

"Qardaşım Əlövsət Əliyev alman polisi tərəfindən şübhəli şəxs qismində saxlanılıb".

Modern.az-ın məlumatında görə, bunu "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Almaniyada qanunsuz miqrant daşınmasında adı hallanan qardaşı Əlövsət Əliyevlə bağlı danışarkən bildirib.

Ş.Xuduoğlu qardaşının tez bir zamanda azad olunacağına inandığını deyib:
"Əlövsət son dərəcə ağıllı və öz işini bilən adamdır. O, yardım istəyən hər bir azərbaycanlıya kömək etməyə çalışıb. Məsləhət verib. Çünki o hüquqşünasdır, eləcə də ictimai xadimdir.

Adım kimi əminəm, o heç bir çirkin oyunun iştirakçısı deyil. O, hüquqazidd heç bir hərəkət edə bilməz".

O, alman hüquq mühafizə orqanlarının tez bir zamanda məsələni araşdıracağına və Əlövsət Əliyevi sərbəst buraxacaqlarına inandığını bildirib.

Qeyd edək ki, Almaniya polisi ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərində yoxlama aparıb, miqrant alveri ilə məşğul olan azərbaycanlılardan ibarət dəstə saxlanılıb.

Məlumatlara görə, saxlanılan dəstədə “Legat” İnteqrasiya Mərkəzinin sədri Əlövsət Əliyev də var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi