Arxiv
15 Noyabr 2019, 10:23 | AKTUAL
Təhsil müzakirələri davam edir - FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Məktəb seminarları”nın növbəti sessiyaları Qaradağ rayonunun ümumi təhsil müəssisələrini əhatə edib.

 

Modern.az xəbər verir ki, sessiyalarda BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə  və təşkilati işlər üzrə direktor müavinləri, uşaq birliyi rəhbərləri, Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənni üzrə metodbirləşmə sədrləri, məktəb saytlarını idarə edən şəxslər  iştirak ediblər.

 

“Məktəb seminarları” layihəsinin məktəb direktorları üçün keçirilən sessiyasında çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev ümumi təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili, səmərəli idarəetmənin rolunun artırılması, məktəbin imicinin formalaşdırılması, müəllimlərin peşəkar inkişafı, təhsil müəssisələrinin fəaliyyətinin və uğurlarının daha dolğun təbliği, dərsə davamiyyətin tənzimlənməsi və digər müvafiq məsələlərə toxunub.

 

İdarə müdiri həmçinin 2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrində və “Müasir dövrdə ümumi təhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən edilmiş hədəflərin yerinə yetirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən və qarşıda duran vəzifələrdən bəhs edib.

 

Qruplar şəklində ayrı-ayrılıqda təşkil olunan sessiyalarda təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, məktəbdaxili metodiki işə nəzarət, istedadlı şagirdlərlə iş, məktəbdaxili qiymətləndirmə işinin təşkili, sosial layihə və fəaliyyətlərin planlaşdırılması, təmayülləşmənin tətbiqinin genişləndirilməsində valideynlərin maarifləndirilməsi, ictimaiyyətlə əlaqələr, məktəb saytlarının idarə olunması və digər müvafiq mövzularda çıxışlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Sessiyalarda qeyd olunan məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib. Müvafiq məsələlər ətrafında müzakirələr aparılıb.

 

Qeyd edək ki, “Məktəb seminarları”nın keçirilməsinin əsas məqsədi Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuş Fəaliyyət Planından irəli gələn məsələlərin ümumi təhsil məktəbləri tərəfindən səmərəli icrasını və təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, həmçinin ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Belarusda iki mindən çox insan saxlanıldı 12 Avqust 2020, 00:59 Trampı qorxuya salan səbəb 12 Avqust 2020, 00:45 Ceyhun Bayramov terror qurbanı olan şəhid diplomatları yad etdi 12 Avqust 2020, 00:27 Türkiyə hərbi təyyarəsi Livanda 12 Avqust 2020, 00:13 Avropa İttifaqı Belarusu sanksiya ilə HƏDƏLƏDİ 11 Avqust 2020, 23:53 Çempionlar Liqasının final oyunu təxirə salındı 11 Avqust 2020, 23:41 Dənizdə batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas edildi 11 Avqust 2020, 23:25 İmişli sakini həmkəndlisini qətlə yetirdi 11 Avqust 2020, 23:11 Yayılan fotolarla bağlı “Bandotdel”də monitorinq aparıldı 11 Avqust 2020, 22:55 Goranboyda üç uşaq anası özünü asdı 11 Avqust 2020, 22:39 Sumqayıtda yük maşını kanala aşdı 11 Avqust 2020, 22:22 Reanimasiyada olan koronavirus xəstələrinin sayı AÇIQLANDI 11 Avqust 2020, 22:09 Daha 40 şagird “Virtual məktəb”lə bağlı onlayn təlimə cəlb olunub - FOTO 11 Avqust 2020, 21:51 ABŞ Rusiyanın peyvəndini keyfiyyətsiz adlandırdı 11 Avqust 2020, 21:44 Türkiyədə 226 155 nəfər koronavirusdan sağaldı 11 Avqust 2020, 21:26 Dövlət Komitəsindən uşaq ədəbiyyatının tənqidinə REAKSİYA 11 Avqust 2020, 21:07 Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə bu məsələləri müzakirə etdi - FOTO 11 Avqust 2020, 20:49 Hökumət təkzib etdi: komendant saatı tətbiq edilməyəcək 11 Avqust 2020, 20:35 ABŞ-da bir gündə 515 nəfər koronadan öldü 11 Avqust 2020, 20:19 Binəqədidə karantin qaydalarını pozanlar cərimələndi 11 Avqust 2020, 20:07 Livanda etirazçılar Prezidentin istefasını tələb edir 11 Avqust 2020, 19:57 Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı təxliyə ediləcək 11 Avqust 2020, 19:48 Hərbi hissədə ideoloji işə həsr edilən növbəti tədbir keçirilib - FOTO/VİDEO 11 Avqust 2020, 19:39 Aeroport yolunda qəza tıxac yaratdı 11 Avqust 2020, 19:30 Maliyyə dəstəyi üçün daha 148 min vergi ödəyicisi müraciət etdi 11 Avqust 2020, 19:21 Abşeronda sanitar-karantin qaydalarını pozan 28 nəfər cərimələndi - FOTO 11 Avqust 2020, 19:12 Azərbaycanda 15 yaşlı şagirdini hamilə buraxan müəllimə hökm oxundu 11 Avqust 2020, 19:03 Xaricdəki tələbələrlə vətənpərvərlik mövzusunda onlayn görüş keçirilib 11 Avqust 2020, 18:54 Millimizin yeni baş məşqçisi “Qarabağ”ın oyununu izləyəcək 11 Avqust 2020, 18:45 Rusiya-Azərbaycan sərhədində gözləyən soydaşlarımız bu gün vətənə qayıdır 11 Avqust 2020, 18:36 Dadlı və faydalı quru meyvələri necə seçək? 11 Avqust 2020, 18:27 Baş nazir kafe və restoranlarla bağlı qərara dəyişiklik etdi 11 Avqust 2020, 18:18 Əqli qüsurlu qadın yaxınlarını axtarır - FOTO 11 Avqust 2020, 18:09 Dövlət Agentliyi daha 58 obyektdə qayda pozuntuları aşkarladı 11 Avqust 2020, 18:00 Müdafiə Nazirliyindən Nəcməddin Sadıqovla bağlı AÇIQLAMA 11 Avqust 2020, 17:54