Arxiv
15 Noyabr 2019, 14:35 | AKTUAL
Naftalandakı Regional Bərpa Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verildi

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Naftalan şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

 

Modern.az-ın məlumatına görə, Mərkəzin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Cavid Əbdül-Qədirov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Rüstəm Ağayev, Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Afət Cabbarova qeyri-hökumət təşkilatlarının nümayəndələri, əlilliyi olan şəxslər və b. iştirak edib.

 

C.Əbdül-Qədirov bildirib ki, əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların tibbi-sosial reabilitasiya imkanlarının genişləndirilməsi Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin mühüm tərkib hissəsidir. Eyni zamanda, dövlət başçısının tapşırıqlarına əsasən, reabilitasiya mərkəzlərində müasir tələblərə uyğun şərait yaradılır. Nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində, Uşaq Bərpa Mərkəzində, bu günlərdə istifadəyə verilən Yevlax Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində yüksək səviyyəli reabilitasiya şəraiti yaradılıb. Bu istiqamətdə işlər Naftalanda Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzini də əhatə edib. Açılışı olan bu müəssisədə də müasir tələblərə cavab verən bərpa müalicəsi şəraiti yaradılıb. 

 

Xidmət rəisi Mərkəzdə il ərzində 600-dək əlilliyi olan şəxsə xidmət göstəriləcəyini diqqətə çatdırıb. Bildirib ki, müəssisə yeni müasir tibbi-reabilitasiya aparatları, avadanlıqlarla da təchiz edilib. Burada əlilliyi olan şəxslərə effektiv  fizioterapevtik üsulların tətbiqi əsasında tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək. Həmçinin Naftalan nefti ilə sınanmış müalicə prosedurları tətbiq ediləcək. Eləcə də əlilliyi olan şəxslər müalicə idmanına cəlb olunacaq. Hazırda digər bir çox reabilitasiya mərkəzlərində də əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Nazirliyin Bakıda və regionlarda 14 bərpa mərkəzi vardır və bərpa mərkəzləri şəbəkəsi ölkə boyu genişləndiriləcək, bölgələrdə yeni reabilitasiya müəssisələri yaradılacaq.

 

Qeyd edilib ki, yeni qurulan “Reabilitasiya” altsistemi əlilliyi olan şəxslərin reabilitasiyası işinin təşkilində bərpa müəssisələri ilə Tibbi-Sosial Ekspert Komissiyaları arasında elektron müstəvidə məlumat mübadiləsinə imkan verir və əilliyi olan şəxslərin reabilitasiya müəssisələrinə qəbulu həmin Komissiyalar tərəfindən altsistemə daxil edilən göndərişlər əsasında şəffaf, obyektiv şəkildə  həyata keçiriləcək.

 

A.Cabbarova ölkəmizdə əlilliyi olan şəxslərin reabilitasiyası üçün geniş imkanlar yaradılmasının, müasir tələblərə uyğun reabilitasiya müəssisələrinin açılmasının Prezident İlham Əliyev tərəfindən həssas qruplara xüsusi qayğının bir nümunəsi olduğunu bildirib.

 

İctimai birliklərin nümayəndələri, əlilliyi olan şəxslər ildən-ilə gücləndirilən sosial müdafiə tədbirlərindən razılıqla bəhs ediblər. Onlar əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırılması, eyni zamanda bu kateqoriyadan olan vətəndaşların sağlamlıqlarının bərpası, reabilitasiya infrastrukturunun təkmilləşdirilməsi sahəsində aparılan mühüm işlərə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.  

 

Sonra mərkəzdə yaradılan şəraitə baxış olub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ və İran alimləri dəyişdirdi - FOTO 8 Dekabr 2019, 20:32 Bakıda 36 yaşlı kişi mənzilində ölü tapıldı 8 Dekabr 2019, 20:16 Sürücülərə XƏBƏRDARLIQ: bu yollarda sürət həddi endirildi 8 Dekabr 2019, 20:01 Litvada idman təyyarəsi qəzaya uğrayıb 8 Dekabr 2019, 19:31 Keniyada ölənlərin sayı 7-yə çatdı 8 Dekabr 2019, 19:26 Sel və daşqınlar nəticəsində 22 nəfər ölüb 8 Dekabr 2019, 19:00 Beynəlxalq Avtovağzal yaxınlığında avtomobil yanır 8 Dekabr 2019, 18:30 Valideynləri azyaşlı uşaqlara işgəncə verib - FOTOLAR 8 Dekabr 2019, 17:48 Astarada ev yanıb, 57 yaşlı kişinin yanmış meyiti tapılıb 8 Dekabr 2019, 17:36 Aftandil Hacıyev: "10 oyun qalib gəlməmək böyük problem deyil" 8 Dekabr 2019, 17:31 Qusarda 15 yaşlı qız dəm qazından zəhərlənərək ölüb 8 Dekabr 2019, 17:17 İranda 15 min 618 deputatlığa namizəd qeydə alınıb 8 Dekabr 2019, 16:44 Azərbaycan ağırlıqqaldıranı ikinci dəfə Avropa çempionu olub 8 Dekabr 2019, 16:08 Həmkarı Yevda Abramovdan yazdı 8 Dekabr 2019, 16:02 Azərbaycan taekvondoçuları Avropa birinciliyində 7 medal qazanıb 8 Dekabr 2019, 15:33 Yevda Abramov dəfn olundu - YENİLƏNİB - FOTOLAR 8 Dekabr 2019, 15:09 Azərbaycan XİN Ukrayna xalqına başsağlığı verib 8 Dekabr 2019, 14:57 Messi tarix yazmağa davam edir - YENİ REKORD 8 Dekabr 2019, 14:44 Ukraynada matəm elan olunub 8 Dekabr 2019, 14:18 Elçibəyin nəvəsinin yeni FOTOSU  8 Dekabr 2019, 14:06 "Sədərək" Ticarət Mərkəzində avtobus və minik avtomobili toqquşub 8 Dekabr 2019, 13:34 Deputat: “Mikayıl Cabbarov əsaslı cavabı ilə erməni təxribatının qarşısını aldı” 8 Dekabr 2019, 13:27 Sabaha gözlənən hava proqnozu açıqlanıb 8 Dekabr 2019, 13:05 “Həzi Aslanov” stansiyası bağlanacaq? - Rəsmi CAVAB 8 Dekabr 2019, 12:58 Cəlilabadda icra nümayəndəsi yol qəzası törətdi: həyat yoldaşı öldü 8 Dekabr 2019, 12:44 Oğlunun öldüyünü zənn edən atanın ürəyi yatdı 8 Dekabr 2019, 11:42 Yevda Abramovun dəfn mərasimi keçirilir 8 Dekabr 2019, 11:35  “Mənim burda yerim hanı?” - Tanınmış şairə haqda dərc olunmayan YAZI 8 Dekabr 2019, 11:11 Restoran mafiyası insanları müflis edir: Xalq şairindən ilginc AÇIQLAMA 8 Dekabr 2019, 11:07 Otel otağında kimsəsiz ölən dahi... 8 Dekabr 2019, 10:53 Ermənilər atəşkəsi 23 dəfə pozublar   8 Dekabr 2019, 10:06 Avtomobilin banından 27 yaşlı qızın meyiti götürülüb 8 Dekabr 2019, 09:33 Hindistanda zavod yandı: 32 can aldı 8 Dekabr 2019, 09:17 Prezident 92 məhkumu əfv edib 8 Dekabr 2019, 00:57 ABŞ terror təşkilatı ilə danışıqları bərpa edir 8 Dekabr 2019, 00:42
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?