Modern.az

Azərbaycanla Fransa arasında miqrasiya sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Fransa arasında miqrasiya sahəsində əməkdaşlıq müzakirə olunub

16 Noyabr 2019, 09:48

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovla Fransa Respublikasının Daxili İşlər Nazirliyinin Fransada Yaşayan Əcnəbilər üzrə Baş Direktorluğunun rəhbəri Pierre-Antoine Molina arasında görüş keçirilib.

 

DMX-dən Modern.az-a bildiriblər ki, görüşdə iki ölkə arasında miqrasiya sahəsində əməkdaşlığın mövcud vəziyyəti, hüquq-müqavilə bazasının gücləndirilməsi və əməkdaşlığın genişləndirilə biləcəyi mümkün sahələr müzakirə edilib. Miqrasiya idarəçiliyi sahəsində və maarifləndirmənin artırılmasında qarşılıqlı məlumat və təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib.

 

Görüşün sonunda miqrasiyanın müxtəlif aspektlərini əhatə edən mümkün birgə layihələr barədə fikir mübadiləsi aparılıb.

 

Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşı görüşdə iştirak edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi